İslamda ailə qurmağın ülvi məqsədləri

İslamda ailə qurmağın ülvi məqsədləri

Ailə qurmamış bir gəncin - istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın - pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə-tapır.

Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu etiraf etməliyik. Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir. Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.İzdivac ‒ bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, ilahi təqvanı və iffəti qoruyan başlıca amildir. Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar. Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə təriflər deyərlər»Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün ilahi əmrlərə itaət edilən ev mömin evidir. Bəli, Quran ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər.

Haşiyələr: «Nur» surəsi, ayə 36. Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri ilahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur. Mömin qadın digər mömin bir kişi ilə ailə qurduqda hər biri özünü ilahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar

Top