Ailə Qurmaq - Nəsihət 2

Ailə Qurmaq - Nəsihət 2

Övrətin saleh olmasına çalışmaq

Əgər övrət saleh bəndədirsə, bu necə də xoşbəxtlikdir və Allahın bəxş etdiyi bir nemətdir. Bu keyfiyyət olmadığı halda övrətinin islah edilməsinə çalışmaq ailə başçısının üzərinə düşən vacibatlardandır. Övrətin saleh bəndələrdən olmaması ilə adətən aşağıdakı hallarda rastlaşılır:
Kişi özü dinə yeni gəldiyinə görə dindarlığa əhəmiyyət vermədiyi üçün, evləndikdən sonra övrətini islah etmək ümidilə, yaxud da qohumlarının təzyiqi ilə dindar olmayan bir qadınla ailə həyatı qurur. Belə bir məqamda isə qolları çırmalayıb islah əməliyyatına başlamaq lazımdır. Lakin ər hər şeydən əvvəl bilməlidir ki, hidayət Allahdandır və islah edən də Odur. Allah-taala Zəkəriyyaya olan mərhəməti haqda Öz müqəddəs kitabında belə buyurur: «Biz Zəkəriyyanın duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini [doğmağa] qabil bir hala gətirdik…». İstər cismani, istərsə də dini baxımdan Allah-taala onun zövcəsini islah etmişdir.
İbn Abbasın τ təfsirinə görə əvvəl Zəkəriyyanın zövcəsi sonsuz idi, sonra isə doğmağa qabil oldu. Əta isə ayənin təfsiri haqda belə deyir: Zəkəriyyanın zövcəsinin dilində uzunluq var idi, Allah da bu qüsuru ondan götürdü.
Övrətin islah edilməsi yolunda bəzi tədbir və metodlar:
1. Onun bir çox ibadət növləri ilə Allaha ibadət etməsinə diqqət yetirmək:
2. Aşağıdakı tədbirlərlə övrətin imanının qalxmasına çalışmaq:
a. Onu gecə namazlarını qılmağa sövq etmək.
b. Qurani-Kərimi oxutdurmaq.
c. Zikrlərin əzbərlətdirilməsi və münasib məqamlarda onların yada salınması.
ç. Sədəqə verməyə sövq etmək.
d. Övrəti faydalı islam ədəbiyyatları oxumağa həvəsləndirmək.
q. Elm və imandan bəhs edən faydalı islam kasetlərini dinləməyə həvəsləndirmək və bu növ kasetlərlə ona kömək etməyə davam etmək.
e. Övrət üçün dindar rəfiqələr tapmaq lazımdır ki, onlarla bacılıq əlaqələri qursun, yaxşı söhbətlər etsin və məqsədyönlü ziyarətlər həyata keçirsin.
f. Şəri övrətdən dəf etmək, şərin ona açılan qapılarını bağlamaq və övrəti pis rəfiqələrdən və pis yerlərdən uzaq saxlamaq.

Məhəmməd Saleh əl-Münəccid

Top