Valideynlər üçün əhdlər

Valideynlər üçün əhdlər

ALLAH məhəbbət və anlamla sizin hərəkətlərinizi izləyir, sizin dualarınızı eşitməyə və ehtiyacınız olduğu şeylərdə sizə kömək etməyə hazırdır. O, hər bir ürəyin dərdlərini bilir və bütün fövqəladə anlarda ən yaxşı Dost kimi Özünü göstərir. Onun əbədi əlləri bizə dəstək verir. Bu gün də O, hər bir ananın qayğı və çətinliklərinə kömək əlini uzatmağa hazırdır. Anaların narahat ürəyini sakitləşdirmək üçün, Xilaskarımız onların dualarını eşidəcək və uşaqlarını xeyir-dualayacaq.

     
Qadın öz yükünü Onun ayaqları yanına qoya və Ondan güc ala bilər. Bu güc ən çətin anlarda onu dəstəkləyəcək, ona gümrahlıq, ümid, cəsarət və müdriklik bəxş edəcək. Qayğılardan əziyyət çəkən anaın bütün həyat çətinliklərində ona kömək etməyə hazır olan bu cür Dostunun olmasını dərk etmək necə də şirindir! 

 

      ALLAHIN köməyi olmadan uşaqlarınızı düzgün tərbiyə edə bilməzsiniz.

Valideynlər uşaqlarının tərbiyəsində İlahi göstərişlərə əsaslanan zaman köməyi yuxarıdan alırlar. Uşaqları öyrədə-öyrədə özləri də öyrənirlər. Onların uşaqları ALLAHIN iradəsini dərk etməklə qələbə çalacaqlar. 

Ey valideynlər, öz uşaqlarınız üçün tükənməz enerji ilə çalışırsınızmı? ALLAH sizin qayğıkeşliyinizi, səylərinizi və daimi diqqətinizi nəzərdən qaçırmır. O, sizin dualarınızı eşidir. Öz uşaqlarınızı hövsələ və nəvazişlə ALLAH üçün böyüdün. Bütün Səma sizin işinizlə maraqlanır. ALLAH səylərinizi müvəffəqiyyətlə qiymətləndirəcək, sizinlə birləşəcək.

      Öz vacib işlərini həyata keçirərkən, valideynlər ALLAHDAN kömək istəməlidirlər və onu alacaqlar.

Hətta əgər valideynlərin adət və vərdişləri doğru nümunəyə əsasən formalaşmamışdırsa, əgər uşaqlıqda və gənc yaşlarında aldıqları dərslər xarakterin yanlış inkişafına gətirib çıxarmışdırsa, yenə də məyusluğa qapılmamalıdırlar. Rəbbin dəyişdirici qüvvəsi irsi və sonradan qazanılmış meylləri dəyişdirməyə qadirdir, zira din insanı yüksəldir.

Əgər Rəbbə səslənsəniz, cavab verəcək. O deyəcək: «Budur Mənəm: səninçün nə etməyimi istəyirsən?» Səma yerlə elə bağlıdır ki, hər bir ürək öz işini həyata keçirə bilər. Rəbb uşaqları sevir və istəyir ki, onlar öz yüksək vəzifələrini dərk edərək tərbiyə olunsunlar.

Birləşmiş səylər. İnsanın səyləri olmadan İlahi səylər mənasızdır. ALLAH o vaxt gücünü işə salacaq ki, valideynlər öz üzərlərinə düşən cavabdehliyi dərk edəcək və uşaqlarını düzgün tərbiyə etməyə çalışacaqlar. Rəbb o valideynlərlə əməkdaşlıq edəcək ki, Ondan asılılıqlarını dərk edərək, uşaqlarını qayğı və dua ilə böyüdürlər. 

      Yalnız insani cəhdlər uşaqlarınızın səma üçün kamil xarakter qazanmasına kömək edə bilməyəcək, lakin ALLAHIN köməyilə böyük və müqəddəs iş yerinə yetirilə bilər.

Ata və analar üçün ən vacib iş uşaqlarının xarakterinin kamilləşməsinə yönəlmiş iş olmalıdır. Bu iş ilahinin köməyinə arxalanaraq, insanın bütün qüvvəsini sərf etməklə həyata keçirilməlidir.

 

Top