XVII əsrdə Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi əvvəlcə vəqf müəssisələrinin zəifləməsinə, daha sonra isə onlara bağlı təhsil sisteminin zəifləməsinə səbəb oldu. Bu, dini elmlərin inkişafına mane oldu. Dünyəvi elmlər isə inkişaf edir, türk alimləri dövrün mədəniyyətinə öz töhfələrini verirdilər. Katib Çələbi və Evliya Çələbi həmin dövrün böyük türk alimləri olmuşlar.
XVII əsrdə Osmanlı dövlətində əsas təhsil müəssisələri mədrəsələr idi. Mədrəsələrdə dini elmlərlə bərabər, dünyəvi elmlər də tədris olunurdu. Onların məzunları müdərris, qazı, müfti, ila- hiyyatçı, astronom, həkim, riyaziyyatçı kimi hazırlanırdı.
Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə aid bir çox dəyərli əsərlərin müəllifidir.
Evliya Çələbinin oncildlik «Səyahətnamə» əsəri isə Osmanlı və dünya tarixini və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbələrdən biridir. Bu əsərdə müəllif Azərbaycan haqqında da qiymətli məlumatlar verib. Evliya Çələbinin «Səyahətnamə»- sində Azərbaycan şəhərləri barədə, xüsusilə Təbriz şəhəri, onun qapıları, məhəllələri, sarayları, məscidləri, məktəbləri, mədrəsələri, sənətkarları və s. haqqında dəyərli məlumatlar öyrənmək mümkündür.
XVII—XVIII əsrlər Osmanlı memarlığının tənəzzülü dövrüdür. Lakin həmin dövrdə də ölkədə bir sıra memarlıq abidələri inşa edilmişdir. Həmin əsrlərdə artıq ənənəvi memarlıq üslubu Avropaya xas olan rokoko* və barokko* memarlıq üslubu ilə əvəz olunmuşdu. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdi.
Bu dövr Osmanlı memarlığının şah əsəri Sultan Əhməd məscididir. Memarı Mehmet Ağa olan bu məscid 1609—1616-cı illərdə inşa edilmişdir.
Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür əsərlərə üstünlük verirdilər. Məşhur rəssam Levninin miniatürlərini fərqləndirən başlıca cəhət onun əsərlərində insanlara, hadisələrə yeni baxışın olması idi.
Nəbi, Nedim, Titnat xanım XVII əsr türk ədəbiyyatının tanınmış simalarından olublar.
Memarlıqdan fərqli olaraq, bu dövrdə musiqi yüksək inkişaf səviyyəsinə çatmışdı. XVIII əsr Ömər bəy İtri, Musa Əfəndi kimi böyük türk bəstəkarlarının yaşayıb-yaratdığı dövrdür. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü olmuşdur. Türk musiqisi nəinki Avropa musiqisinin təsiri altına düşmüş, əksinə, Avropa musiqisinə təsir göstərmişdir. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının — Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu sahəyə olan maraqları ilə bağlı idi.
XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə başladılar. Bunun nəticəsində ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı.
Azərbaycan mədəniyyəti.XVII—XVIII əsrlərdə Azərbaycanda elmin inkişafında da canlanma olmuşdur. İsgəndər bəy Münşi, Mirzə Məhəmməd, Yusif Qarabaği və başqaları bu dövrün adlı- sanlı alimləri idilər.1560—1634-cü illərdə yaşamış İsgəndər bəy Münşinin əsərləri Yaxın Şərq və türk tarixinə dair qiymətli mənbələrdir. Mirzə Məhəmməd fəlsəfəyə, astronomiyaya və riyaziyyata, Yusif Qarabaği isə məntiq, hüquq və astronomiyaya aid dəyərli əsərlər yazmışlar.
Bu əsrdə Azərbaycan tarixinə dair qiymətli mənbə olan «XVIII yüzillikdə Car müharibələri salnaməsi» yazılmışdır.
Şəkidəki xan sarayı XVIII əsr Azərbaycan və dünya memarlığının ən dəyərli incilərindən biridir.
XVII—XVIII əsrlərdə Arif Şirvani, Arif Təbrizli, Xəstə Qasım, Şəkili Nəbi, Molla Vəli Vidadi və bir çox başqa şairlər yaşayıb- yaratmışlar. XVIII əsrin ən məşhur şairi isə Molla Pənah Vaqif olub.
Həmin dövrdə ölkəmizdəki hər bir məktəbin, mədrəsənin öz kitabxanası vardı. Şəxsi kitabxanalar da çox idi. Şairlər, alimlər, kitab həvəskarları şəxsi kitabxanalarını yaratmışdılar.
Qafqaz xalqlarının mədəniyyəti.
Şimali Qafqaz ərazilərində təhsil məktəb (mollaxana) və mədrəsələrdə verilirdi. Quran oxumaq və yazı məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya tədris edilirdi. Mədrəsə müəllimləri içərisində Yaxın və Orta Şərqdə tanınan görkəmli elm və din xadimləri də vardı. Siyasi və dini mərkəzlərdə müxtəlif elm sahələrinə aid əsərlərin saxlandığı zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qazıqumuq, Xunzax belə mərkəzlərdən idi.
Qafqazda bir çox elm sahələri ilə yanaşı, tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə müxtəlif xəstəlikləri sağaldır, çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar. Bu xəstəliyə qarşı peyvənd üsulunu avropalı alimlər xeyli sonralar öyrənmişdilər.
Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb əlifbasından, əsasən bölgənin müsəlman əhalisi istifadə edirdi. XVIII əsrdə avar əlifbası tərtib olundu.
Qafqazda yaşayan hər bir xalqın özünəməxsus memarlıq abidələri olub. Bu abidələr içərisində məscidlər, türbələr, pirlər, kilsələr və s. xüsusilə əhəmiyyətlidir. Burada müdafiə məqsədi bağlayır, xristian dini məktəbləri açırdılar. Bu yolla türklər həmin məktəblərə cəlb edilirdi.
XVIII əsrin sonlarında burada ilk dünyəvi ibtidai məktəblər açıldı. Rusiyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi. Odur ki, tibb, texniki və başqa peşə məktəbləri yaradıldı.
Kazanda açılan gimnaziyada təhsil rus dilində idi. Amma tatar, ərəb, türk dilləri də tədris olunurdu. Bu dövrdə Sagit Xalfin ilk tatar əlifbasını tərtib etmişdi. XVIII əsrdə rus qrafikası əsasında çuvaş əlifbası tərtib olundu.
Bu dövrdə Sibir türklərinin də mədəni həyatında müsbət dəyişikliklər olmuşdur.
Mənbə: Ümumi Tarix — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün DƏRSLİK
Müəllif: Yaqub Mahmudlu, Sabir Ağayev, Tofiq Nəcəfli, Babək Xubyarov, Amənə Kərbəlayeva