Rəbb öz müdrikliyi ilə ailəni ən böyük tərbiyəverici qüvvə kimi təyin etmişdi. Uşağın təhsili ailədən başlamalıdır. Bu, onun ilk məktəbidir. Burada valideyn — müəllimləri birgə əməyilə o, bütün gələcək həyatını idarə edəcək dərsləri — diqqət, itaət, hörmət, təmkin kimi dərsləri öyrənməlidir. Ailənin tərbiyəvi təsiri xeyirə və şərə yol açan əsas qüvvədir. Bir çox hallarda o, gizli aramla, lakin düzgün istiqamətdə gedir və həqiqətin təsdiqində əsaslı qüvvəyə çevrilir. Əgər uşaq evdə lazımi tərbiyəni almırsa, şər onu özünə sərfəli istiqamətdə tərbiyə edəcək. Buna görə də ailə məktəbi nə qədər vacibdir!
Ailəni məktəb kimi qəbul edin, elə bir məktəb ki, burada siz öz uşaqlarınıza ailə və cəmiyyət qarşısındakı vəzifələrini yerinə yetirməyi öyrədirsiniz.
Ümumcəmiyyət tərəfindən qəbul olunmuş, təəssüf doğuran kədərli fakt göstərir ki, ailə tərbiyəsi bu gün acınacaqlı vəziyyətdədir. Ailəni quran və rəhbərlik edən şəxslərin üzərinə düşən vəzifədən daha vacibi yoxdur. İnsanlara tapşırılmış işlərdən heç biri, ata-anaların gördüyü iş kimi ciddi və böyük iz qoyan nəticələr vermir.
Bugünkü gənclər və uşaqlar gələcək cəmiyyətin göstəriciləridir və bu uşaqların tutacaqları yol böyüdükləri ailədən asılıdır. Cəmiyyətdəki xəstəliklərin, bəşəriyyət üçün lənətə çevrilmiş bəlaların və cinayətlərin əsas səbəbi — lazımi tərbiyənin verilməməsidir. Əgər həyat tərzi düzgün qurulsaydı və ata-ana himayəsindən ayrılmış uşaqlar həyat qayğılarına və təhlükələrinə lazımınca hazırlansaydılar, dünyada necə böyük dəyişikliklər baş verərdi!
Uşaqlarınıza qarşı diqqətli olun. Valideynlər işlə bağlı problemlərinə, təxirəsalınmaz işlərinə, adət və vərdişlərinə, moda ardınca qaçmağa aludə olaraq, uşaqlarını lazımi diqqətdən məhrum etməməlidirlər. Bu cür diqqətsizlik uşaqlar böyüyərkən onları tərbiyə etmək işini qeyri-mümkün edir.
Bu gün şərin dünyada baş alıb getməsinin əsas səbəbi odur ki, valideynlər uşaqlarına Rəbbin yolu ilə getməyi öyrətməyin an vacib məsələ olduğu haqqında hər şeydən az düşünürlər. Əgər gözlə görünməyən şeylər insan qarşısında açılsaydı, aydın şəkildə görərdik ki, düz yoldan azmış uşaqların əksər hissəsi valideynlərin laqeydliyi üzündən diqqətdən məhrum olanlardır. Nə qədər vacib olursa olsun, heç bir iş uşaqlarınızı tərbiyə etməkdə sizə maneçilik törədə bilməz.
Öz səylərinizə görə hansı mükafatı alacaqsınız? Görəcəksiniz ki, uşaqlar sizin tərəfinizdədirlər, təklif etdiyiniz bütün sahələrdə sizi dəstəkləyəcək və əməkdaşlıq edəcəklər.
Valideynlər vaxtlarının çox hissəsini evdə keçirməyə çalışmalıdırlar. Öz nəsihətləri və nümunələrinin köməyilə onlar uşaqlarına ağıllı, ünsiyyətli və məhəbbətli olmağı öyrətməlidirlər. Uşaqlarda əməksevərlik, qənaətcillik və səxavətlilik ruhu tərbiyə edərək və onlara ailədə dəstək verərək, valideynlər övladlarını bir çox çətinliklərdən qoruyan təhlükəsiz və arzuolunan sığınacaqla təmin edə bilərlər.
Xüsusilə uşaqların kiçik yaşlarında ana onlarla fasiləsiz ünsiyyətdə olur. O, həmişə övladları üçün bələdçi və dost olmalıdır, vərdiş və zövqlərini düzgün formalaşdırmaq üçün onları səliqə və intizama alışdırmalıdırlar: onları əməksevər, öz qüvvələrinə arxalanmağa qadir və başqaları üçün faydalı tərbiyə etməlidirlər ki, sanki ALLAHIN gözü qarşısındaymışlar kimi yaşasınlar, hərəkət etsinlər və işləsinlər.
Müqəddəs Kitab qanunları ona görə verilmişdir ki, hamı — həm valideynlər, həm də uşaqlar onlara uyğun yaşasınlar. ALLAHIN əmrləri bizim üçün birinci yerdə durmalıdır. ALLAHIN kəlamını açın və səmimi soruşun: «ALLAH nə deyir?»
Valideynlərin üzərinə heç kəsə verə bilməyəcəkləri cavabdehlik düşür. Nə qədər ki, sağdırlar, onlar ALLAHIN yolunu saxlamaq üçün Onun qarşısında cavab verirlər. Ata və analar öz övladlarının sağlamlığı və onların fiziki və əxlaqi xüsusiyyətlərinin ahəngdar inkişafına görə cavabdehlik daşıyırlar. Onlardan başqa heç kəs bu işlə məşğul olmalı deyil. ALLAHIN Kəlamını özlərinə bələdçi seçən və övladlarının xarakterinin formalaşmasının onlardan nə qədər asılı olduğunu dərk edən valideynlər, uşaqlarına tərəddüd etmədən izləmək mümkün olan bir nümunə göstərirlər.
Çox təəssüflər olsun ki, bir çox ata və analar övladları ilə bağlı ALLAHIN onların üzərinə qoyduğu vəzifələrdən imyina edirlər və bu işi onların əvəzinə başqalarının görməsini istəyirlər. Onlar istəyirlər ki, övladları üçün başqaları zəhmət çəksinlər və onları bu yükdən azad etsinlər. Uşaqların itaətsizliyindən göz yaşı axıtmaq dərəcəsinə gələnlərin çoxu buna görə özlərini günahlandırmalıdırlar.
Mənim üçün nə daha vacibdir: maddi vəsait əldə etmək, yoxsa uşaqlarımın xarakterinin formalaşmasında onlara kömək etmək?