Öz qadınına necə sevinc bəxş etməli?
1. Gül-çiçək mağazasına girin və bir buket qızılgül, yaxud başqa çiçəklərdən alın. Çiçəklərin arasına «Səni düşündüm və ürəyimdən keçdi ki, səni nə qədər çox sevdiyimi söyləyim» sözləri yazılmış açıqca qoyun və buketi qapının kandarında və ya nahar vaxtı təqdim edin.
2. Həftə ərzində bir neçə dəfə telefonla zəng edin. Bunu heç bir səbəb olmadan, yalnız bu sözləri demək üçün edin: «Mən səni sevirəm və səninlə olduğum üçün özümü dünyanın ən xoşbəxt kişisi hesab edirəm».
3. Öz əllərinizlə açıqca hazırlayın və həyat yoldaşınızı ad günü və ya evlənməniz ildönümü münasibətilə təbrik edin. Düzəltdiyiniz açıqcanı sənət əsəri hesab etmək mümkün olmasa da, inanın ki, bu hədiyyəniz onun üçün daha yaddaqalan olacaq.
Öz ərinə məhəbbətini necə izhar etməli?