Şimali Atlantika müqaviləsi təşkilatı (NATO)

Şimali Atlantika müqaviləsi təşkilatı (NATO)

NATO (NATO North Atlantic Treaty Orqanisation) 1949-cu ildə yaradılmışdır və SENTO (SENTO Central Treaty Orqanisation) və CEATO (SEATO — South-East Asia Treaty Orqanisation Cənub-Şərqi Asiya müqaviləsi Təşkilatı) ilə birlikdə Sovet İttifaqının ekspansionist siyasətində hərbi qarşıdurma vəzifəsini yerinə yetirirdi. Şimali Atlantika müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, müqaviləni imzalayan bir və ya daha çox dövlətə hərbi hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir (5-ci maddə). Alyansın üzvləri Belçika, Almaniya, Yunanıstan, Danimarka, İtaliya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları, Türkiyə və Fransadır. Çex Respublikası, Macarıstan və Polşanın 1999-cu ildə Şimali Atlantika müqaviləsinə daxil olmaları üçün 1997-ci ildən danışıqlara başlanılıb, müqavilənin tələblərini yerinə yetirmək iqtidarında olan Avropada başqa demokratiya törəmələrinin üzvlüyə daxil olmaları haqqında ərizələrini müzakirə edən zaman NATO genişlənmə prosesinə icazə verir və Rumıniya və Sloveniyaya qarşı münasibətlər xüsusilə qeyd edilir. NATO map

Müqavilənin fəaliyyəti bütün Avropanı yaxud Şimali Amerikanı əhatə edir; Avropanın hər hansı hissəsində yaxud NATO-nun yurisdiksiyası altında olan adalarda, Şimali Atlantika zonasının Tropika Rakadan şimala hər hansı hissəsində yaxud bu zonanın hər hansı hissəsində dəniz və hava gəmilərinə münasibətdə güc tətbiq edilməsi. Toqquşmaların qarşısının alınması, sülhün möhkəmlənməsi və dəstəklənməsi məqsədilə zona xaricində aparılan əməliyyatlar 5-ci maddədə təkmilləşdirilmişdir. NATO-nun əsas tapşırığı — müdafiə qabiliyyətini saxlamaq, üzvlərin suverenliyini və ərazi bütövlüyünü, təhlükəsizliyini lazım olan minimal səviyyədə təmin etmək. NATO-nun daha konstruktiv vəzifəsi Avro Atlantik zonada qarşılıqlı institutların birləşdirilməsi və möhkəmləndirilməsi əsasında sabitlik və təhlükəsizliyin təmin ediləcəyini əsaslanaraq dialoq vasitəsilə yeni tərəfdaşlığa və əməkdaşlığa və daha çox sülhü yoluna qoyma qaydalarına nail olmaqdan ibarətdir.

1991-ci ildə Avropada siyasi və hərbi vəziyyətə reaksiya verərək NATO-ya üzv-dövlətlər Varşava müqaviləsinin keçmiş üzvləri ilə birlikdə Şimali Atlantika əməkdaşlıq Şurasını (ŞAƏŞ, uyğun olaraq ing. NACC) yaratdılar. Təşəbbüsü 1994-cü ildə sülh naminə Tərəfdaşlıq (Partnership for Peases — ixtisarla PfP. — Red. qeydi.) sistemi davam etdirmişdir, ŞAƏS-ə və ATƏT-ə üzv-ölkələr etimadın gücləndirilməsi haqqında kollektiv tədbirlər dialoqunda iştirak etmək üçün dəvət edilmişdilər, milli müdafiənin planlaşdırılmasında və xərclərdə "şəffaflığın" həyata keçirilməsini nəzərdə tutaraq; silahlı qüvvələr üzərində demokratik nəzarət; Birləşmiş Millətlər Təşkilatının və ATƏT-in himayəsi altında keçirilən əməliyyatlara yardım göstərmək, qabiliyyətlərinin və hazırlıqlarının saxlanmasına dəstək vermək (konstitusiya məhdudlaşdırmaları sayılan); NATO ilə əməkdaşlığın inkişafı; onların, NATO üzvlərinin başqa orduları ilə daha yaxşı qarşılıqlı fəaliyyət göstərmələri üçün silahlı qüvvələrin bu cür sürəkli təkmilləşdirilməsi. «Sülh naminə tərəfdaşlığın» iştirakçıları: Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Macarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Makedoniya, Moldaviya, Polşa, Rusiya, Rumıniya, Slovakiya, Sloveniya, Tacikistan, Özbəkistan, Ukrayna, Finlandiya, Çex Respublikası, İsveçrə, İsveç və Estoniyadır.

1997-ci ildən bu missiyanı siyasi tərəfdaşlığın və praktiki əməkdaşlığın genişləndirilməsindən ötrü «sülh naminə tərəfdaşlıq» məqsədinin reallaşdırılması üçün şöbələrə ayrılmış quruluşa malik olan Avro-Atlantik əməkdaşlığı Şurası (uyğun olaraq ing. — EACC) davam etdirməyə başladı. Avro-Atlantik əməkdaşlıq Şurası vəzifə fəaliyyətlərini ATƏT, Avropa ittifaqı, Qərbi Avropa ittifaqı, Avropa Şurası və özünün gələcək davamçısı ŞAƏŞ kimi başqa qohum təşkilatlara verərək üzvlər arasında konsultasiyalar aparmaq üçün, həm də siyasət və təhlükəsizlik sahəsində xarici məsələlər üzrə strukturu yaradır.

«Sülh naminə tərəfdaşlıq» bu elastik çərçivələr daxilində konkretləşdirilmiş forma, aşkar müəyyən olunan elementdir. AAƏŞ-in təmsil etdiyi konsultasiyaların və əməkdaşlığın siyasi əhəmiyyətinin gücləndirilməsi, əgər tərəfdaşlar bunu istəsələr onlara Alyansla birbaşa siyasi münasibətlərini fərdi yaxud kiçik qruplar halında inkişaf etdirməyə imkan yaradır. Şuranın istisnalığı ondan ibarətdir ki, o siyasi konsultasiyalar və praktiki əməkdaşlıq imkanlarını təklif edərək bütün tərəfdaşlar və müttəfiqlər üçün eyni dərəcədə açıqdır. Tərəfdaşlar müstəqil surətdə NATO ilə əməkdaşlığın səviyyəsini və istiqamətini müəyyən edə bilərlər, məsələn siyasi və təhlükəsizlik məsələlərində; böhranları idarə etmək; regional problemlərinin həlli; nüvə, bioloji, kimyəvi silahların yayılmaması və müdafiə problemi.

NATO-nun hərbi strukturuna Təşkilatın bütün üzv-ölkələrin (müşahidəçi statusuna malik olan Fransa və İspaniyadan başqa) təmsil olunduğu Hərbi komitə başçılıq edir. Komitə baş katibə göndərilən hərbi təşəbbüsün ilkin mənbəyidir, həmçinin Alyansın bütün hərbi əməliyyatlarının əvvəldən axıra kimi aparılmasında NATO Şurasının hərbi planlaşdırma Komitəsi və nüvə planlaşdırması Qrupu qarşısında məsuliyyət daşıyır. Avropada NATO hərbi qüvvələrinin ali komandanının qərargahı (uyğun olaraq ing. — SACEUR) Belçikanın Kasto şəhərində; Atlantikada NATO hərbi qüvvələrinin ali komandanının qərargahı (uyğun olaraq ing. — SACLANT) ABŞ-ın Norfolk şəhərində; Regional kanada-amerika planlaşdırma qrupu (uyğun olaraq ing. — CUSRPG) ABŞ-ın Arlinqton şəhərində yerləşir.

Birləşmiş silahlı qüvvələr komandanı NATO Hərbi komitəsinin göstərişlərinin və qərarlarının yerinə yetirilməsini təmin edir və altı şöbəyə — kəşfiyyat Şöbəsinə, planlaşdırma və siyasət Şöbəsinə, əməliyyat Şöbəsinə, maddi-texniki təchizat və ehtiyatlar Şöbəsinə, rabitə və informasiya sistemi Şöbəsinə, həmçinin əməkdaşlıq və regional təhlükəsizlik Şöbəsinə — rəhbərlik edir. NATO-nun qərargahı və katibliyi Brüsseldə, Hərbi akademiya isə Romada yerləşir. Bundan əlavə Brüsseldə NATO-nun qərargahında NATO-ya tərəfdaş-ölkələrin diplomatik nümayəndəlikləri yerləşir.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

Top