1990-cı ildən bəri kommunizm terminini insanlar çox az hallandırırlar. Xüsusilə də, kommunist rejimdən, ya da kommunist təhlükədən danışdıqda insanlar bunu çox qəribə qarşılayırlar. Məntiqləri belədir ki, kommunizm tarixin bir mərhələsi idi ki, gəldi keçdi. Bu haqda danışmağa ehtiyac yoxdu. Ancaq kommunizmi sadəcə gəlib keçən tarixi bir mərhələ kimi qəbul edən insanlar əslində hadisələri səthi qiymətləndirməklə çox bəsit dünyagörüşə sahib olduqlarını sübut edirlər.
“İndiki zamanda kommunizmdən danışmağın yerimi var, kommunizm artıq bitmişdir.” Bu cümlələri quran insanlardan həqiqətən də şübhə duyuram. Ya onlar həqiqətən də yuxarıda qeyd etdiyim kimi, çox səthi dünyagörüşə sahibdirlər, ya da ki bu insanlar hələ də mövcud olan qeyri-qanuni kommunist təşkilat tərəfdarları və onun gizli dəstəkçiləridir ki, gizli təbliğatlarla öz çirkin hədəflərinə çatmaq üçün dünyanı məhv etməyə çalışırlar.
Onu da qeyd edim ki, Sovetlər Birliyi dağıdıldıqdan sonra əslində nə kommunizm bitdi, nə də kommunistlər yox oldu.Onlar hələ də varlığını davam etdirirlər. Sadəcə olaraq, qabıq dəyişiblər. Bu kommunistlərin bir çoxu Avropadan güclü dəstək alır və bu şəkildə sosialist iqtidar olaraq təsirlərini davam etdirir, öz zehniyyətlərini yaymağa çalışırlar. Onların hal-hazırda gizli fəaliyyət göstərməsinin də əslində ciddi səbəbi var. Onlar insanların fikrini yayındırmağa çalışaraq o məqsədi güdürlər ki, dünya qəfil gələn təhlükədən özünü müdafiə edə bilməyəcək və təhlükə bilinəndə isə iş işdən keçəcək.
Əgər həqiqətən də kommunizm bitmişdirsə və ölkəmiz, eləcə də dünya üçün təhlükə deyilsə niyə görə dövlət əlehinə iğtişaşlar dayanmır. Hər yerdə qarşıdurma, atışma… Bunların hamısı kommunnist zehniyyətin doğurduğu nəticələrdir. Bu gün kommunizm həm ölkəmizdə, həm də dünyanın bir çox yerində varlığını gizli və ya aşkar davam etdirir. Keçən aylarda Türkiyədəki Taksim hadisələri buna əyani sübutdur. Hökuməti devirməyə çalışan, polisə, dövlət idarələrinə hücum edən bu gənclərin məqsədi Leninin izi ilə gedərək kommunist çevriliş etməkdir. Onlar qan tökməyə, ölməyə və öldürməyə görə təlim keçmiş insanlardır. Şəhər içində polisi təsirsiz hala gətirməyin üsulları nədir, qarşı çıxanları yaralamaq və öldürmək üçün nə edilə bilər, istifadə ediləcək yalanlar nələrdir, xalqa dərindən təsir edəcək, qızışdıracaq mövzular hansılardır və bu istiqamətdə hazırlanan xəbərlər sürətlə necə yayıla bilər, haralarda gizlənmək olar və s. kimi mövzularda aylarla, illərlə təlim keçirlər və fürsət düşən kimi də dərhal vəziyyəti istifadə edirlər. Buna görə də Azərbaycan xalqı dövlətimizin, millətimizin təhlükəsizliyi üçün anti-kommunist təlim keçməli və hazır olmalıdır.
Ötən il Bakı şəhərində və bəzi rayonlarda baş verən iğtişaşlar insanların kommunizm bitib deyib yuxuya getmələrinin, bu təhlükə haqqında məlumatsız olmalarının nəticəsidir. Bu gün biz kommunist hərəkat qarşısında nə etməliyik, necə müdafiə olunmalıyıq? bunları bilmirik. Baş verənləri səssizcə izləməklə, qınamaqla heç nə əldə etmək olmur. Ciddi fəaliyyətlər həyata keçirmək lazımdır. Fikirlə, yazı ilə, sosial şəbəkələr kimi imkanları istifadə etməklə insanları bu mövzuda maarifləndirmək gözəl addım ola bilər. Dövlətimizin hansı vəziyyətdə necə hərəkət edəcəklərinə dair millətimizi aydınlatması həyati önəm daşıyır.
Azərbaycan xalqı çox diqqətli, ayıq-sayıq, ağıllı və güclü xalqdır. Dövlətimiz də çox güclüdür. Lakin kommunizm təhlükəsini yox hesab etmək, anti kommunist mübarizə aparmamaq ölkəmizi böyük risk altına salar. Qəfil baş verən hadisələrdə dövlət və millət birlikdə hərəkət etməlidir, bir-birinə dəstək olmalıdır. Xalq problemləri həll etməyi dövlətin üstünə atsa, passivlik etsə, qorxu və narahatçılıqla hadisələri sadəcə izləməklə kifayətlənsə kommunistlər bu vəziyyətdən istifadə edə bilərlər.
Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq, dövlətimin mənə verdiyi fikir və söz azadlığı hüququndan istifadə edərək dövlətin baş verə biləcək kommunist hərəkata qarşı millətimizi necə hazırlaya biləcəyi mövzusunda öz fikirlərimi oxucularla paylaşmaq istərdim:
1. Dövlət ilk əvvəl Darvinist-materialist təhsilə son qoymalıdır.
2. Dövlət tərəfindən Darvinizmə-kommunizmə qarşı anti Darvinist, anti kommunist fəaliyyət aparmalıdır.
3. Radio, televizor, internet vasitəsilə və yaxud kitab və jurnallarla, qısası bütün imkanların istifadə olunması ilə kommunist təhlükəyə qarşı xalqımız məlumatlandırılmalı, kommunizmin iç üzü xalqa göstərilməlidir.
4. Kommunizmə qarşı mənəviyyatın və milli dəyərlərə bağlılığın güclü olması üçün çalışmalar həyata keçirilməlidir.
5. Gənclərə dini təhsil də verilməlidir. Allahın varlığının dəlilləri, Quran möcüzələri, iman həqiqətləri və elmi gerçəklər öyrədilməlidir.
Kommunizmi çəkicə bənzətmək olar. Bir dəfə hədəfə vurur. Sonra geri çəkilir. Nə üçün? İkinci dəfə hədəfinə daha qüvvətli vurmaq üçün. Kommunizm də Leninin 1 irəli, iki geri planına əsasən geri çəkilib. 3 irəli addımını reallaşdırmaq üçün indi pusquda dayanıb. Bu həqiqəti əsla unutmayaq.
Müəllif: Nuridə Nuriyeva