Konfliktin əsas formaları aşağıdakılardır:
- Sosial konfliktlər. Sosial konfliktlər cəmiyyət daxili ictimai münasibətlər sisteminə aid edilən fenomendir. Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin fikir müstəvisindəki ziddiyyəti, «soyuq» qarşıdurması və fiziki mənada toqquşması deməkdir. Lakin, sosial konfliktə verilən bu tərif yəqin ki, onun mahiyyətinin bir tərəfini işıqlandıra bilər. Bunu nəzərə aldıqda tərif belə bir şəkil alır: Sosial konflikt mənafe naminə qarşı tərəflərin, insanların, sosial qrupların və ya ictimai qüvvələrin sosial bərabərsizlik zəminində əmələ gələn narazılıqlarının fikir müstəvisindəki ziddiyyətə, «soyuq» qarşıdurma və fiziki mənada toqquşmaya transformasiyası deməkdir.
- Siyasi konfliktlər. Siyasi konfliktlər daha çox hakimiyyət iddiasından irəli gələn və siyasi mənafelərin toqquşması ilə müşayiət olunan konflikt növüdür. Konfliktin bu növü miqyas, mənafe, xarakter, aparıcı xətt və əhatə subyektlərinə görə bir neçə tipə bölünür. Həmin tiplər aşa-ğıdakılardır: Federal subyektlərin qarşıdurması zamanı dövlət daxilində baş verən münaqişələr. Keçmiş SSRİ və Yuqoslaviya Federasiyasında baş verən konfliktlər və hər iki dövlətin parçalanması bu konflikt tipinin nəticəsində baş vermişdir. Qeyd: konfliktin bu tipi sonralar inkişaf edərək beynəlxalq konfliktlərə çevrilə bilər.
- Siniflərarası konfliktlər. Konfliktin bu tipi daha çox sosial təbəqə-ləşmənin güclü olduğu qeyri-sabit siyasi sistemli ölkələr üçün xarakte-rikdir. Qeyd etmək lazımdır ki, marksizm nəzəriyyəsinin banilərinin sinfi mübarizə nəzəriyyəsinin kökündə məhz jəmiyyətin iki kateqoriyaya: istismarçı kapitalistlər və istismar olanan proletariata bölünməsi dururdu. Nəzəriyyənin mahiyyəti isə ondan ibarət idi ki, bu iki sinif arasın-dakı ziddiyyət antaqonist ziddiyyətdir.
- Sosial, dini və etnik qruplar arasında baş verən konfliktlər. Kon-fliktin bu tipini müəyyən mənada əvvəlki tiplə müqayisə etmək olar. Bu tipli konfliktlər XX əsr üçün səciyyəvidir və bir sıra hallarda mülki əha-liyə qarşı törədilmiş qanlı aksiyalarla müşayiət olunur.
- Partiyalararası ziddiyətlər. Keçid dövrü yaşayan ölkələrdə bu tipli konfliktlər daha tünd rəng alır. Sabit siyasi sistemlərdə və demokratiya-nın gəlişdiyi ölkələrdə isə partiyalar arasında olan konfliktlər demokratik oyun qaydaları ilə müəyyən çərçivəyə salınır. Ona görə də belə ölkələr-də əmiyyəti silkələyən ciddi kataklizmlər baş vermir.
- Beynəlxalq konfliktlər. Konfliktin əvvəlki tiplərindən fərqli olaraq beynəlxalq konfliktlərin miqyası və əhatə dairəsi daha geniş, iştirakçı tə-rəflərin sayı, potensial imkanları daha çoxdur. Beynəlxalq konfliktləri aşağıdakı kimi qruplaşdırmaq olar:
- Bloklararası konfliktlər. Bu konfliktlərə hərbi-siyasi ittifaq bağla-mış birliklərin qarşıdurması aid edilir. Belə konfliktlərə ötən əsrin əvvəl-lərindən sonunadək «Antanta» və «Üçlər İttifaqı», Almaniya və İtali-yanın faşist recimləri ilə «Antihitler koalisiyası»nı misal göstərmək olar. İkinci dünya müharibəsindən sonra yaranmış NATO və Varşava Müqa-viləsi blokları arasındakı qarşıdurmanı da bu tip konfliktə aid etmək olar.
- Düşərgələrarası konfliktlər. Daha çox ideoloji prinsiplər əsasında formalaşmış dövlət qruplarının bir-birlərinə qarşı iqtisadi mübarizəsinə söykənir. Ötən əsrin 50-ci illərindən 80-ci illərin sonunadək dünyada iki düşərgə mövcud idi: inkişaf etmiş ölkələrin «Böyük Yeddilik»i və sosia-list düşərgəsinin Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ).
- Dövlətlərarası münaqişələr. Ötən əsr dövlətlərasrası münaqişələr və hərbi toqquşmalarla «zəngin» olmuşdur. Müasir dövrdə münaqişənin bu tipi bir qayda olaraq qonşu dövlətlərin bir-birlərinə qarşı ərazi iddia-ları zəminində baş verir. Qafqaz regionunun timsalında qonşular tərəfin-dən məcburi hərbi konfliktə cəlb olunmanı buna misal göstərmək olar.
- Xalqların və millətlərin müstəqillik əldə etmək uğrunda mübari-zəsi. Bu mübarizə həm siyasi, həm də beynəlxalq konfliktlər tipinə aid edilə bilər. 20-ci əsr bu tipli konfliktlərlə kifayət qədər zəngin olmuşdur.
- Milli və ya etnik seperatizm nəticəsində sərhədlərin dəyişdirilməsinə göstərilən cəhdlər. Bu konflikt çox tez bir zamanda beynəlxalq miqyas alır. Buna Qarabağda yaşayan ermənilərin silahlı yolla Azərbaycana qar-şı çıxmasını misal göstərmək olar.