Bu sualların ətrafında düşünün. Səmimi cavablarınız ailə həyatınızdakı real vəziyyəti aydınlaşdırmağa kömək edəcək.
1. Həyat yoldaşınız həqiqətənmi sizin ən yaxşı dostunuzdur?
2. Ünsiyyət zamanı aranızı kəsən sədlərin mövcudluğuna yol verirsinizmi?
* Həyat yoldaşım öz hissləri haqqında danışarkən, onu diqqətlə dinləyir və gözlərinə baxırammı?
* Onun fikirlərinə maraq göstərirəmmi?
* Öz mülahizələrimdə anlama və razılıq əlamətlərini nümayiş etdirirəmmi?
* Özümü yaxşı dinləyici hesab edirəmmi?
3. Öz həyat yoldaşınıza kifayət qədər diqqət yetirirsinizmi?
* Həyat yoldaşınızı sevdiyinizi hamı bilirmi?
* Həyat yoldaşınızı tez-tezmi qucaqlayıb öpürsünüz?
* Həyat yoldaşınızın hissləri hansı formada çatdırmağa üstünlük verdiyini bilirsinizmi?
4. Uşaqların tərbiyə edilməsində fikirləriniz üst-üstə düşürmü?
* İstifadə edilən intizam qaydaları ilə razılaşırsınızmı?
* Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?
* Qışqırıq və əsəbilikdən uzaqlaşaraq, öz səs tonunuzu idarə edə bilirsinizmi?
* Uşaqların yanında mübahisə etməkdən uzaq durursunuzmu?
* Həftədə bir gününüzü ailənizlə ünsiyyət üçün ayırırsınızmı?