Doğru kişi və Doğru qadın

Doğru kişi və Doğru qadın

Bir neçə il əvvəl bir qatarla yol gedərkən yanımdakı kresloda oturan bir adamın üzüyünü sağ əlinin işarə barmağına taxdığını gördüm. Biganə qala bilməyib 'Cənab, evlilik üzüyünüzü səhv barmağınıza taxmısınız dedim'. Kişi üzünü mənə dönərək;
'Çünki səhv qadınla evlənmişəm' deyə cavab verdi. Bu anda maraqlı bir sual çıxır ortaya:
Yaxşı, Görəsən bu adam doğru adam idi mi? Yəni adamın səhv qadını doğru adamla mı evli idi. Topiki yazarkən altından xətt çəkərək vurğulamaq istədiyim ilk məqam budu: hər şeyə rəğmən 'doğru kişi «və» doğru qadın «olmanın mütləq bir yolu var. „Səhv seçilmiş bir insana, doğru insanmış kimi davransanız nəticədə doğru insanla evlənmiş olarsınız… Doğru seçilmiş bir insanla evləndiyiniz halda səhv davranırsınızsa, deməli səhv bir evliliyə imza atıbsınız. DOĞRU İNSAN OLMAQ doğru insanla evlənməkdən çox daha əhəmiyyətlidir. Əl Qərəz, evlənmək üçün, doğru mu yoxsa səhv yoldaş mı seçməyiniz — tamamilə sizdən bağlıdır. “ Yəqin oxumuş yaxud da eşitmiş olarsız belə bir hekayəni:
Uzaq bir adada iki qızı olan bir Qəbilə başçısı yaşayırmış. Böyük qız çox eybəcər, sısqa, arzuolunmaz görünüşdə imiş. Atası onun müqabilində üç inək dəyərində qiymət qoymuşdu. Hətta danışıqdan asılı olaraq bu inək sayısı azala da bilərdi.Hər halda Ata özlüyündə evdə qalmasındansa ağır bir yükdən xilas olacağı ümidi ilə istənilən təklifə „HƏ“ deyəcəkdi. Kiçik qız isə əksinə, çox gözəl, zərif, incə və yaxşı xasiyyətdə olan bir qız idi. Elə buna görə Ata kiçik qızının müqabilində 12 inək qiymətini qoymuşdu.
Adanın ən varlı kişilərindən olan Johny Lingo bu kişinin qapısına elçiliyə gəldiyində hər kəs onun kiçik qızı istəyəcəyini düşünür. Halbuki o hər kəsin düşündüyündən fərqli olaraq yaşlı adamı sevincə boğaraq BÖYÜK QIZA talib olur. Qoca sevincindən az qala havaya uçur.
Johny qızı almağa gələndə yanında 12 dənə inəklə gəlincə atanın sevinc həddi-hüdudu olmur. Yaşlı ata az qala ürəkdən getmək üzrədir. O günlərdə normal bal ayı bir il sürərdi amma 12 inəklik qız aldınızsa hərhalda üç inəklik bal ayı ilə kifayətlənmək düzgün olmazdı. Beləcə gəlin və kürəkən iki illik bal ayı niyyəti ilə uzaq diyara üz tuturlar.
Nəhayət 2 il ötür və budur Johny yoldaşı ilə qol-qola adaya geri dönürlər. Amma cütlük yaxınlaşdıqca o 3 inək dəyərində olan qadın çox gözəl, zərif və təravətli görünürdü.
Topikin pik nöqtəsində isə bunu vurğulamaq istərdim: 'Johny 12 inək ödədi, qız 12 inəklik bir qadın halına gəldi.'
Əzəldən belə olub və olacaq da: Yoldaşınıza — sevgilinizə verdiyiniz dəyər, ona qazandırdığınız dəyərdir. Əslində 'doğru kişi' doğru qadını inşa edər.

DOĞRU QADIN DA DOĞRU KİŞİNİ ... 

Müəllif hüquqlarına və çəkilən əməyə hörmət olaraq paylaşrkən topikin mənbəyi və müəllifi lütfən qeyd edin.Hörmətlə MaksimuS 
Top