Azərbaycanda müasir nəqliyyatın bütün sahələri mövcuddur. Bura dəmir yolu, su, avtomobil, hava və boru-kəməri nəqliyyatları daxildir. Nəqliyyat kompleksi yük və sərnişin daşımalarında böyük rol oynayır. Yüklər bütün nəqliyyat növləri ilə, sərnişin daşımaları isə dəmir yolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilir. Azərbaycanda çay nəqliyyatının rolu çox azdır. Kür çayının mənsəbindən Yevlax şəhərinə qədər kiçik çay gəmiləri yerli əhəmiyyətli yüklər daşıyır.
Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük daşımanın 70%-i, sərnişin daşımanın 30%-i dəmir yolunun payına düşür. Azərbaycanda ilk dəmir yolu 1878-79-cu illərdə Bakı və Balaxanı arasında çəkilib. Azərbaycan neftini Dünya bazarına çıxarmaq üçün 1879-cu ildə Bakı-Tbilisi dəmir yolu xətti çəkilməyə başladı və 1883-cü ildə istifadəyə verildi. 1900-cu ildə Bakı-Dərbənd dəmir yolu çəkildi. 1908-ci ildə Tiflis-Yerevan-Uluxanlı-Noraşen-Culfa. 1941-ci ildə Ələt-Culfa yolu istifadəyə verildi. Sonralar Ələt-Culfa yolu üzərindəki Osmanlı stansiyasından Astaraya çəkilən dəmir yolu Azərbaycanın Cənub rayonlarının iqtisadiyyatında mühüm rol oynayır. Su nəqliyyatı ən ucuz nəqliyyat növüdür. Azərbaycanın bütün dəniz yollarının başladığı Bakı – Xəzərin ən iri limanıdır. Bakıdan Həştərxana, Maxaçqalaya, Mərkəzi Asiyaya, Iranın Ənzəli limanına üzmək olar. Azərbaycan Xəzər dənizi → Volqa çayı → Volqa - Don kanalı → Don çayı → Azov dənizi vasitəsi ilə dünya okeanına çıxa bilər. Azərbaycan gəmiləri Volqa-Don kanalından başqa Volqa-Baltik və Baltik-Ağ dəniz kanalları ilə də dünya okeanına çıxa bilər. Ən gənc nəqliyyat sahəsi olan avtomobil nəqliyyatı ilə əsasən tez xarab olan k/t məhsulları, cihaz və avadanlıq, sərnişin daşınır. Azərbaycanın ümumi avtomobil yollarının uzunluğu 27 min km-dir.
Hava nəqliyyatı daha sürətli olduğundan sərnişin, poçt və tez xarab olan məhsullar daşınmasında istifadə olunur. Bu nəqliyyat növündən həmçinin ucqar rayonların əhalisinə təcili tibbi yardım göstərilməsində və k/t ziyanvericilərinə qarşı mübarizə üçün istifadə olunur. Boru nəqliyyatı Azərbaycanın ən qədim və inkişaf etmiş sahələrindəndir. Ilk kəmər 1878-ci ildə Balaxanı ilə Qara şəhərdəki neftayırma zavodu arasında çəkilib. 1907-ci ildə Bakı-Batumi neft kəməri çəkilib. Azərbaycandan xaricdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri çəkilib. Boru kəmər şəbəkəsi Azərbaycanın Abşeron, Aran və Quba-Xaçmaz bölgüsündə daha sıxdır. Daxili iqtisadi əlaqələr Azərbaycanın k/t rayonlarından Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və s. iri şəhərlərinə ərzaq və digər k/t məhsulları, xammal gətirir. Iri sənaye şəhərlərimiz isə öz növbəsində kənd rayonlarına sənaye məhsulları göndərir. Xarici iqtisadi əlaqələr. XX-ci əsrin əvvəllərində Azərbaycan Dünya bazarına balıq, kürü, neft və ipək çıxarırdı. Hazırda Azərbaycan dünyanın çox ölkəsi ilə ticarət edir. Son dövrdə Azərbaycanın Iran, Türkiyə, Böyük Britaniya və Qərbi Avropanın digər ölkələri, ABŞ ilə iqtisadi əlaqələri genişlənmişdir.
Uzaq məsafələrə daşınan yüklər və sərnişinlər dəmir, dəniz və hava yolu ilə; orta və qısa məsafələrə isə avtomobil nəqliyyatı ilə aparılır. Yolların kəsişdiyi yerlərdə nəqliyyat qovşaqları yaranır. Nəqliyyat qovşağı avtomobil və s. nəqliyyat vasitələrinin bir yoldan o birisinə keçməsi üçün xüsusi keçidi olan bir və ya bir neçə səviyyəli yolların birləşmə yerinə deyilir. Yolların bir-birinə nisbətən tutduğu vəziyyətdən asılı olaraq 3 növ nəqliyyat qovşağı (kəsişən, qovuşan, şaxələnən) mövcuddur. Azərbaycanın ən iri nəqliyyat qovşaqları -Bakı, Gəncə, Yevlax və Şirvandır (Əli-Bayramlı).
Sonralar Yevlax-Mingəçevir; Yevlax-Ağdam-Xankəndi; Yevlax-Balakən dəmir yol xətləri istifadəyə verilib. Azərbaycandakı dəmir yollarının uzunluğu 2008 km-dir ki, bunun da 1111 km-i elektrikləşib. Keçmiş SSRI-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti 1926-ci ildə çəkilmiş Bakı-Sabunçu yolu olub.
Azərbaycan dəmir yolunun daha çox yük daşıyan hissəsi Bakı-Dərbənd sahəsidir. Dəmir yolu vasitəsi ilə əsasən neft tikinti materialları, filiz, qara və əlvan metallar, maşın və avadanlıq, ərzaq daşınır. Hazırda Bakı-Tbilisi-Poti və Batumi istiqamətində daha çox yük daşınır.
Azərbaycanın Abşeron, Aran və Gəncə-Qazax zonasında dəmir yolu xətləri daha sıxdır.
Bakı-Türkmənbaşı, Bakı-Aktau və Bakı-Bekdaş arasında işləyən dəmiryol bərə keçidi 11 saata iki sahil arasında əlaqə yaradır. Xəzərdə tankerlər vasitəsi ilə neft də daşınır. Qışda Xəzərin şimalı donduğundan Bakı-Həştərxan yolunda hərəkət kəsilir. Bu zaman bu xətt üzrə işləyən gəmilərin çoxu Qara və Aralıq dənizlərində yerləşən limanlara yük daşımaqla Azərbaycan büdcəsinə xeyli valyuta gətirirlər.
Azərbaycanın ən mühüm avtomobil yollarından biri Bakı-Qazax yoludur. O Azərbaycanın şərq və qərbini birləşdirməklə yanaşı bir neçə qola ayrılır. Məsələn: Yevlax-Laçın və Yevlax-Balakən. Bakıdan cənuba (Astaraya qədər) və şimala (Dərbəndə qədər) avtomobil yolları çəkilib. Avtomobil yolları dağlıq rayonlarda, məsələn Talış, Qobustan, Acınohur-Ceyrançöldə daha seyrək; Abşeron və Aranda isə daha sıxdır. Bakı-Tbilisi və Bakı-Rostov avtomobil yolları beynəlxalq əhəmiyyətlidirlər.
Azərbaycanın ən iri hava limanları Bakı, Gəncə, Naxçıvanda; həmçinin Yevlax, Şəki, Lənkəran və s. şəhərlərdə tikilib. Mühasirə (blokada) şəraiti və başqa nəqliyyat növlərinin məhdudlaşması ilə əlaqədar son illər Bakı-Naxçıvan marşrutu ilə uçan təyyarələrin sayı kəskin artmışdır.
Gələcəkdə Qazaxstan və Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana daşınması planlaşdırılıb.
Azərbaycan Avropa və Asiya arasında körpü rolu oynayaraq bu regionlara daşınan yüklərə görə xeyli gəlir əldə edir. Gələcəkdə tikilməsi nəzərdə tutulan Avrasiya (Transqafqaz) nəqliyyat yolu Abşeron, Aran və Gəncə-Qazax zonalarının ərazisindən keçəcək və Azərbaycanın büdcəsinə xeyli gəlir gətirəcək.
Azərbaycan xarici ölkələrə neft, neft məhsulları və avadanlıqlar, pambıq lifi, tütün, spirtli içkilər (şərab), soyuducu və kondisionerlər, əlvan metallar və kimya məhsulları göndərir, əvəzində isə ərzaq məhsulları (yağ, un, şəkər, taxıl, sitrus meyvələr), avtomobil və sənaye avadanlıqları, metal və meşə materialları, yüngül sənaye malları (parça, paltar, ayaqqabı), mineral gübrə və məişət əşyaları alır.
Azərbaycan gələcəkdə xammal əvəzinə daha çox hazır sənaye məhsulları ixrac etməyi planlaşdırır.