Maşınqayırma və kimya sənayesi

Maşınqayırma və kimya sənayesi

Maşınqayırma kompleksi bir-biri ilə qarşılıqlı əlaqədə olan energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat, k/t və s. maşınqayırma sahələrini əhatə edir. Sənaye sahələri arasında maşınqayırma istehsal edilən məhsulun dəyərinə işçilərinin sayına görə 1-ci yeri tutur. Azərbaycanda maşınqayırmanın müxtəlif məhsullarına tələbat olsa da bir çox müasir maşınqayırma sahələri inkişaf etməyib.

Son illərə qədər Azərbaycanda maşınqayırmanın - neft maşınqayırması sahəsi üzrə ixtisaslaşmışdır. O, bu sahə üzrə istehsal olunan ümumi məhsulun 1/4-ni verir. Neft maşınqayırmasında ən iri müəssisələrdən biri «Başneflkimmaş Birliyi»dir. Bu müəssisə hazırladığı məhsulu 40 ölkəyə ixrac edir.

Sahil qəsəbəsində yerləşən Bakı dərin dəniz özülləri zavodunda hazırlanan stasionar platformalar sayəsində Xəzərin 200-300 m-ə qədər dərinliyində quyu qazmağa imkan verir. Azərbaycanın neft maşınqayırmasına aid digər iri müəssisələri - Səttərxan adına zavod, Keşlə maşınqayırma zavodu, Binəqədi gil və poladtökmə zavodlarıdır.

Bakıda elektriktökmə zavodu tikildikdən sonra Azərbaycan xaricdən daha tökmə polad almır.

Son illər Azərbaycanda neft maşınqayırmasından başqa elektrotexnika, cihazqayırma, radioelektronika kimi daha yeni sahələri inkişaf edib.

Elektronika sahəsi yüksək ixtisaslı kadrlar və xammal tələb edir. Azərbaycandakı ən iri elektrotexnika müəssisələri aşağıdakılardır: Bakıda-kondisionerlər, soyuducular, akkumulyator, lampa, transformatorlar hazırlayan zavodlar , Şamaxıdakı «Star» televizor, Mingəçevirdə kabel zavodu; Salyanda su qızdırıcıları (kalonka) zavodu var və s.

Radioelektronika zavodlarına Bakıda - E.H.M zavodu, Bakı radio, «Nord», «Azon» və s. zavodları aiddir.

Nəqliyyat maşınqayırmasına - avtomobil və gəmiqayırma zavodları aiddir. Bakıdakı gəmiqayırma zavodunda - kiçik yedək gəmiləri düzəldilir. Bakıdakı avtomobil zavodunda yük və sərnişin maşınları buraxılır. Gəncədəki avtomobil zavodunda «Oka» avtomobilləri və «Belorus» traktorları istehsal olunur. Şamaxıdakı avtomobil zavodunda isə «Azsamand» və «Aziz» minik avtomobilləri yığılır.

Mingəçevir və Zəyəmdə kənd təsərrüfatı maşınları hazırlanır.

Azərbaycanın kimya sənayesi istehsal etdiyi məhsulun həcminə görə ağır sənaye sahələri arasında yanacaq-energetika və maşınqayırma sənayesindən sonra III-cü yeri tutur. Azərbaycanın kimya sənayesi neft-qaz, xörək duzu, yodlu-bromlu mədən (buruq) suları, əlvan metal tullantıları və qismən də gətirilmə xammalı əsasında fəaliyyət göstərir.

Azərbaycanda ilk kimya zavodu 1879-cu ildə Bakıda tikilib. Azərbaycanın ən iri kimya mərkəzi isə Sumqayıtdır. Kimya müəssisələrində-sintetik kauçuk, avtomobil şinləri, plastik kütlə, süni lif, mineral gübrələr, soda, xlor, yod, yuyucu tozlar, sabun, dərman və s. hazırlanır.

Bol xammal, işçi qüvvəsi və enerjisi olan Bakı-Sumqayıt sənaye qovşağında neft-kimya sənayesinin inkişafı üçün əlverişli şərait var. Bakı neft-yağ və Yeni Bakı neftayırma zavodlarında benzin, dizel yanacağı, sürtgü yağları və s. istehsal olunur.

Azərbaycanın ən iri kimya müəssisəsi Sumqayıtdakı «Kimyasənaye» birliyidir. Azərbaycanın digər iri kimya zavodları Sumqayıtdakı «Superfosfat», «Məişət kimyası», «Üzvi sintez», «Sintetik kauçuk»; Bakıdakı «Şin»; Salyanda «Plastik kütlə»; Gəncədə sabun, lak-boya; Bakıda, Böyük Şorda, Bakıxanov qəsəbəsində əczaçılıq, Neftçaladakı «yod-brom» zavodlarıdır.

Kimya zavodları təbii qiymətli xammala qənaət etməklə ucuz məhsullar hazırlayır. Lakin bu zavodlar ekologiyanı (havanı, suyu, torpağı) korlayır. Bu problemi müasir təmizləyici texnoloji avadanlıqları zavodlarda quraşdırmaqla həll etmək olar.

Top