Azərbaycanda qoruq və yasaqlıqlar

Azərbaycanda qoruq və yasaqlıqlar

Azərbaycanda 13 qoruq, 4 milli park və 16 yasaqlıq vardır. Onlar Azərbaycanın 5,3%-ni tutur. Qoruqlarda antropogen fəaliyyətə icazə verilmir, ərazidə olan bütün təbii landşaftlar qorunur və elmi təcrübə mərkəzi kimi istifadə edilir. Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Yasaqlıqda isə təbiətin bir və ya bir neçə komponenti mühafizə edilir və çoxaldılır. Yasaqlıqlarda bir sıra təsərrüfat işləri aparmaq olar.

Sahəsinə görə Qızılağac (88 min ha), Zaqatala (25 min ha), Şirvan (17 min ha), Türyançay (12 min ha),

Yaranma tarixinə görə Göygöl (1925), Zaqatala və Qızılağac (1929), Hirkan (1936).

Məqsəd və yerləşməsinə görə:

I. Böyük Qafqazda

1. Zaqatala

2. Pirqulu

3. İsmayıllı

5. Qəbələ dağ-meşə landşaftları qorunur.

6. Altıağac

7. İlisu

8. Qobustan - qədim tarixi qayaüstü abidələr;

II. Kiçik Qafqazda

1. Göygöl - qarmaqvari şam, xallı maral, cüyür və s. qorunur.

2. Bəsitçay - yaşı 2-3 min il olan təbii şərq çinarı qorunur.

3. Qaragöl - dağ çəmən landşaftı qorunur.

III. Talış dağlarında

1. Hirkan - relikt bitkilər - dəmirağac, şabalıdyarpaq palıd, azad, Hirkan şümşadı, güləbrişin və s.;

IV. Kür-Araz ovalığında

1. Qarayazı - Qazax rayonunda Kürboyu Tuqay meşələri qorunur.

2. Ağgöl - köçəri su quşları (Mil düzündə) qorunur.

3. Şirvan - Cənub-Şərqi Şirvan düzündə yaşayan nadir çöl heyvanı olan ceyran, həmçinin dovşan və bir sıra quşlar qorunur.

4. Qızılağac - Xəzərin sahilində yerləşib. Su quşları - qu, durna, ördək, qaz, və s. qorunur;

5. Türyançay - saqqız və ardıc ağaclarından ibarət arid meşələr (Acınohur arid ön dağlığında) qorunur.

6. Eldar oyuğu - Ceyrançöldə Göygöl qoruğunun filialı olub, Eldar şamı qorunur.

Azərbaycanda Zuvand, Şəki, Qubadlı, Laçın, Ordubad, Bərdə, Bəndovan, Qusar, Şəmkir, Korçay, Abşeron, Gil ada, Qarayazı, Qızılağac, Şirvan və Ağgöl yasaqlıqları mövcuddur.

Naxçıvanda Şahbuz dövlət qoruğu və Ordubad Milli parkı yaradılıb. Son illərdə Hirkan, Ağgöl, Şirvan və Ordubad dövlət qoruqları Milli parklara çevrilmişdir.

Sənaye müəssisələrinin təsiri ilə Azərbaycanın iri şəhərləri xüsusən Bakı, Sumqayıt, Gəncə və Şirvan (Əli-Bayramlı) atmosferi zəhərli qazlarla çirkləndirir, istehsal texnologiyasının (təmizləyici qurğuları) təkmilləşdirmək, yaşıllıqlar salmaqla bu problemi həll etmək olar.


Top