Azərbaycanın qərbini əhatə edən bu vilayət respublika tabeli Gəncə, Şuşa, Xankəndi və Naftalan şəhərlərindən, 20 kənd rayonundan və Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarından ibarətdir.
Gəncə-Qazax iqtisadi rayonu
Kəlbəcər-Laçın iqtisadi rayonu Yuxarı Qarabağ iqtisadi rayonu
Tərkibinə Qazax, Ağstafa, Tovuz, Göygöl (Xanlar), Daşkəsən, Goranboy, Şəmkir, Samux, Gədəbəy kənd rayonları, respublika tabeli Gəncə və Naftalan şəhərləri daxildir.
Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın şimal-qərbini əhatə edir və sənayenin inkişafına görə Abşeron iqtisadi rayonundan sonra Azərbaycanın 2-ci sənaye rayonu sayılır.
Relyefinə görə bu rayon 4 hissədən - Gəncə-Qazax maili düzənliyindən, dağətəyi, orta və yüksək dağlıqdan ibarətdir.
Təbii ehtiyatları zəngindir. «Azərbaycan Uralı» adlanan Daşkəsəndə dəmir filizi, mərmər; Zəylikdə alunit; Qazaxın Daş Salahlı kəndində metallurgiya sənayesindən istifadə olunan bentonit gil; Ceyrançöldə neft çıxarılır. Naftalanda dünyada yeganə olan müalicəvi əhəmiyyətli neftin əsasında sanatoriya tikilib. əhalisi sənayenin yüksək inkişafı ilə əlaqədar yüksək urbanizasiyalaşıb. Gəncə-Qazax maili düzənliyində əhali daha sıx məskunlaşıb.
Təsərrüfatı. Rayonda dağ-mədən, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, tikinti materialları, şərabçılıq, yüngül və yeyinti sənaye sahələri yaxşı inkişaf edib. Rayonda əlvan metallurgiyanın yaxşı inkişafı regionda xammal və elektrik enerjisi ehtiyatlarının bol olması ilə əlaqədardır. Azərbaycanın ən böyük dağ-mədən sənayesi mərkəzi olan Daşkəsəndə bu regionda yerləşir. Bu ərazidə faydalı qazıntılar intensiv çıxarıldığından torpaqların rekultivasiyaya böyük ehtiyacı var. Bu rayon Azərbaycanın ən iri xalçaçılıq mərkəzidir.
K/t-da əkinçilik heyvandarlıqdan yaxşı inkişaf edib. Rayon üzümçülük, kartofçuluq, taxılçılıq üzrə ixtisaslaşıb. Pambıq yalnız Goranboyda becərilir.
Rayonun düzənliklərində üzümçülük, dağlarında isə heyvandarlıq yaxşı inkişaf edib. Heyvandarlıqda Gədəbəy və Daşkəsənin yaylaqlarından, Ceyrançölün qışlaqlarından geniş istifadə olunur.
Nəqliyyatı. Ermənistan və Gürcüstanla həmsərhəd olan bu rayonda Bakı-Tbilisi dəmir və avtomobil yol xətləri, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri keçir. Regionun ən iri şəhərləri Gəncə və Qazaxdır.
Gəncə-əhalisinin sayına iqtisadi, sosial və mədəni həyatındakı roluna görə Azərbaycanın 2-ci böyük şəhəridir. Şəhərdə Azərbaycanlılardan başqa rus, belorus, yəhudi, ukraynalı və s. xalqlar da yaşayır. Gəncədə Zəylik alunit yatağı əsasında alüminium zavodu fəaliyyət göstərir. Digər iri müəssisələri xalça və toxuculuq kombinatları, çini-saxsı qablar zavodu, Gəncə cihazqayırma zavodlarıdır. Gəncədə avtomobil zavodu tikilir. Gəncə Daşkəsənlə birlikdə sənaye qovşağı əmələ gətirir.
Qazax şəhərində meyvə-tərəvəz konserv zavodu, tikiş, qənnadi, «Zili» xalça fabriki fəaliyyət göstərir.
Tərkibinə Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonları daxildir. Azərbaycanın cənub-qərbində yerləşən bu iqtisadi rayonda respublika tabeli şəhər yoxdur. Bu region cənubdan Iran və qərbdən Ermənistanla həmsərhəd olub, hazırda ermənilər tərəfindən işğal olunub.
Relyefi. Ərazisi əsasən dağlıq olub, Qarabağ vulkanik yaylası, Şərqi Göyçə və Qarabağ dağlarından, Arazboyu maili düzənliklərindən ibarətdir.
Təbii ehtiyatları. Qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları əsasən Kəlbəcərdə yerləşib. Burada həm də Istisu mineral bulağı da yerləşir.
Əhalisi əsasən kəndlərdə yaşayır. Ərazinin yüksək dağlıqdan ibarət olması və sənayenin çox zəif inkişaf etməsindən əhali çox seyrək məskunlaşıb.
Sənaye - çox zəif inkişaf edib. Yalnız yüngül və yeyinti sənayesi inkişaf edib.
K/t-da heyvandarlıq əkinçiliyə nisbətən daha yaxşı inkişaf edib. Xüsusilə subalp və alp çəmənliklərindən ibarət yaylaqlarda qoyunçuluq, maldarlıq və arıçılıq daha güclü inkişaf edib.
Relyefi dağlıq olduğundan – avtomobil nəqliyyatı daha güclü inkişaf edib.
Tərkibinə Ağdam, Şuşa, Tərtər, Xocalı, Xocavənd, Cəbrayıl, Füzuli rayonları və respublika tabeli Şuşa və Xankəndi şəhərləri daxildir. Murovdağ silsiləsi bu rayonu Gəncə-Qazax iqtisadi rayonundan ayırır.
Təbii ehtiyatları. Bu regionda Mehmanə (Ağdərədə) polimetal filiz yatağı, müxtəlif tikinti materialları (qum, çınqıl, mərmər, əhəngdaşı). Turşsu və Şırlan (Şuşada) mineral bulaqları yerləşib. Rayon rekreasiya və meşə ehtiyatları ilə zəngindir. Tərtər çayı üzərində Sərsəng S.E.S. tikilib.
Sənayesi zəif inkişaf edib. Daha çox yüngül və yeyinti sahələri inkişaf edib. Şərabçılıq, meyvə-tərəvəz konservi, unüyütmə və çörəkbişirmə - yeyinti sənayesinin başlıca sahələridir. Yüngül sənaye isə pambıqtəmizləmə toxuculuq, tikiş, ipəkçilik, xalçaçılıq, ayaqqabı və gön-dəri sənayesi təmsil olunur.
K/t. Regionun əsas ixtisaslaşmış k/t sahələri pambıqçılıq, üzümçülük və heyvandarlıqdır. Bundan başqa baramaçılıq, arıçılıq və meyvəçilik də yaxşı inkişaf edib.
Bu iqtisadi rayonun ən iri şəhərləri Xankəndi, Ağdam və Şuşadır. Şuşa Azərbaycanın dağ-iqlim kurortu şəhəridir. Rayon Iranla cənubdan həmsərhəddir.
Problemi. Əsas hissəsi ermənilər tərəfindən işğal olunub.