Kiçik Qafqaz vilayəti

Kiçik Qafqaz vilayəti

Bu vilayət Kür və Araz çayları arasında suayrıcı olub, şərqdən qərbə doğru yüksəlir. Ən uca zirvəsi Murovdağ silsiləsindəki -Gamışdağdır. Hündürlüyü 3724 m-dir.
Geomorfoloji vahidləri - Murovdağ, Şahdağ, Şərqi Göyçə, Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası.
Zirvələri - Gamışdağ, Hinaldağ, Böyük Işıqlı.
Relyefi - Böyük Qafqazdan fərqli olaraq vilayətdə Mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln. ildir. Gəncə ətrafında güclü zəlzələlər (7-8 bal) baş verir.
Iqlimi - Vilayətdə yarımsəhra və quru çöl iqlimindən başqa bütün iqlim tipləri mülayim-isti, dağ soyuq və dağ tundra iqlim tipləri mövcuddur.
Çayları sıxdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay – Kürə; Həkəri, Bərgüşad, Köndələn, Oxçuçay ilə Araz çaylarına tökülürlər.
Gölləri - uçqun və vulkanik mənşəlidir. Böyük və Kiçik Alagöl, Qaragöl, Göygöl, Maralgöl və s. vilayətdə şorsulu göl yoxdur.
Landşaft - 600 m-ə qədər dağ çölləri, 600-2000 m arasında dağ meşələri, 2000-3000 m arasında dağ çəmən1əri, uca dağ zirvələrində isə nival landşaft hakimdir. Vilayətdə yarımsəhra landşaftı yoxdur.
Qoruqları - Göygöl, Qaragöl, Bəsitçay.
Vilayət 4 fiziki-coğrafi rayona bölünür:
1. Qarabağ vulkanik yaylası rayonu - Ermənistan sərhəddir.
2. Qarabağ dağları rayonu - Ermənistan sərhəddir.
3. Gəncə rayonu - Ermənistanla həmsərhəddir;
4. Həkəri rayonu - Ermənistan və Iranla həmsərhəddir.

Top