Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanda 5 təbii vilayət var: I. Böyük Qafqaz; 2. Kiçik Qafqaz; 3. Kür çökəkliyi; 4. Lənkəran; 5. Orta Araz (və ya Naxçıvan).
Böyük Qafqaz vilayəti
Azərbaycanın şimal-şərqini əhatə edib, Abşeron yarımadasından Gürcüstan sərhədinə qədər uzanır. Relyef amplitudu -27 m Xəzər sahilindən başlayıb 4466 m Bazardüzü zirvəsinə qədər yüksəlir.
Geoloji vahidlər- Baş Qafqaz suayrıcı silsiləsi (Şahdağdan başqa bütün uca zirvələr bu silsilədədir), Yan silsilə, Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı, Şollar düzü, Ləngəbiz və Qobustan dağlığı, Ələt tirəsi, Abşeron yarımadası.
Zirvələr - Bazardüzü, Bazaryurd, Tufandağ, Yarıdağ, Raqdağ, Babadağ, Dübrar, Salavat aşırımı (hamısı Baş Qafqazda), Şahdağ (Yan silsilədə).
Relyef. Dağlar - Mezozoy; Xəzər sahili düzənliklər isə Kaynazoy yaşlıdır. Böyük Qafqazın şimal-şərq yamacında buzlaq; Qobustanda isə arid-denudasion relyef səciyyəvidir.
Filiz faydalı qazıntılar - yalnız Balakəndəki Filizçay hövzəsindədir. Vilayət neft-qaz, tikinti materialları və mineral bulaqlar - İlisu, Xaldan, Cimi, Xaşı, Qalaaltı, Şıx, Suraxanı və s. ilə zəngindir.
Iqlim. Azərbaycandakı bütün iqlim tipləri - yarımsəhra və quru çöl, mülayim-isti, dağ soyuq və dağ tundra iqlim tipləri yayılmışdır. Azərbaycanda ən az yağıntı bu vilayətdə – Abşeronun cənubunda qeydə alınır.
Çayları sıxdır. Böyük Qafqazın cənub yamacından başlayan - Kiş, Şin, Əyriçay, Dəmiraparan, Mazım, Ağsu, Girdman və s. çaylar Kür və ya Qanıx çaylarına; Böyük Qafqazın şimal-şərq yamacından başlayan Samur, Vəlvələ, Ataçay, Qusar, Qudyal və s. çaylar isə birbaşa Xəzərə tökülür. Pirsaat, Sumqayıt və Ceyrankeçməz çayları isə yayda quruyurlar. Region çaylarının əksəriyyəti sellidir. (Məsələn: Kiş, Şin və s.)
Gölləri. Düzənlikdə şor sulu - Böyük Şor, Masazır, Binəqədi, Agzıbirçala, dağlarda isə şirin sulu kiçik göllər məsələn: Tufangöl - gölləri yerləşmişdir.
Su anbarları. Ceyranbatan, Nohurqışlaq, Aşıq Bayramlı.
Su kanalları. Samur - Abşeron
Buzlaqları. 4000 m-dən yüksək zirvələrdə yayılıb.
Vilayət daxilində Azərbaycanda mövcud olan bütün landşaftlar yayılıb. Qrunt sularının səthə yaxın olması nəticəsində Şollar düzündə düzən meşələri geniş sahələri tutur.
Xəzərin Nabrandan Abşerona doğru sahillərində, Şəki, Qəbələ, Zaqatalada iri istirahət zonaları fəaliyyət göstərir. Qoruqları: Qobustan, Pirqulu, Altıağac, Zaqatala, Qəbələ, Ilisu, Ismayıllı.
Böyük Qafqaz 5 fiziki-coğrafi rayona ayrılır:
1. Samur-Dəvəçi.
2. Qonaqkənd.
3. Zaqatala-Lahıc. Bu rayon Böyük Qafqazın cənub yamacında yerləşib, əsasən Mezozoy yaşlı süxurlardan ibarətdir. Azərbaycanın ən hündür zirvələrinin yerləşdiyi bu rayonda Filizçay polimetal yatağı yerləşib.
4. Şamaxı (və ya Dağlıq Şirvan). Bu rayon fəal seysmik zonada (9 bal) yerləşib. Şabaladı, qara və dağ-meşə torpaqları ilə örtülmüşdür. Rayonda yayı quraq keçən mülayim-isti iqlim hakimdir.
5. Abşeron-Qobustan rayonu arid denudasion relyefə malik olub, Böyük Qafqazın ən çox Günəş radiasiyası alan sahəsidir. Rayonun çay şəbəkəsi zəif inkişaf edib, palçıqlı sellidir, yayda quruyurlar. Gölləri şorsuludur. Rayon neft, tikinti materialları palçıq vulkanları ilə zəngindir. Rayonda ekoloji problemlar var, səhralaşma prosesi sürətlə gedir. Böyük Qafqaz vilayətinin 3 rayonu - Samur-Dəvəçi, Qonaqkənd, Zaqatala-Lahıc Rusiya ilə; bir rayonu Zaqatala-Lahıc Gürcüstanla həmsərhəddir.