Azərbaycanda 8400-ə yaxın çay var. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır. Düzənlikdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud birbaşa Xəzərə tökülür. Azərbaycanın bütün çayları qapalı axarsız hövzə olan Xəzərə aiddir. Çayların orta illik su axımı 31 km3-a yaxındır ki, bunun da 2/3-si qonşu ölkələrdə yaranır. Iqlimin quraqlığının artması Böyük və Kiçik Qafqazda çay şəbəkəsinin sıxlığının düzənliklərə doğru azalmasına səbəb olur. Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənliklərdə müşahidə edilir.
IV. Relyef xüsusiyyətinə görə: V. Formalaşmasına görə: VI. Qidalanmasına görə 2 qrupa: VII. Coğrafi yerləşməsinə görə: Kür çayının uzunluğu 1515 km olub, Türkiyənin Qızılgədik dağından (2740 m) başlayıb, Gürcüsandan keçərək Azərbaycana daxil olur. Azərbaycan daxilində Kürün uzunluğu 906 km olub, Neftçala rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları (52%) ilə qidalandığından yazın sonu və yayın əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu olur. Çayda suyun maksimum səviyyəsi apreldə, minimum səviyyəsi isə sentyabr aylarında olur. Kürün sağ qolları əsasən Kiçik Qafqazdan başlanan Şəmkir, Gəncəçay, Zəyəm, Xaçın, Tərtər və s. sol qollar isə Böyük Qafqazın cənub yamacından başlayan Qanıx, Qabırrı, Türyan, Əlicançay və s. çaylarıdır. Kür üzərində Mingəçevir, Yenikənd, Şəmkir və Varvara kimi su anbarları var. Bu su anbarlarının yaradılması qrunt sularının səviyyəsinin artmasına, tuqay meşələri və torpaqların xeyli hissəsinin su altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın yeganə çay gəmiçiliyi yoludur. Buradakı gəmilər Kürün mənsəbindən Yevlax şəhərinə qədər hərəkət edir. Kür-Araz ovalığı ilə çay meandr (ayri-üyrü) döngələrlə axdığından gəmilərin hərəkətini asanlaşdırmaq üçün çayın yatağıdakı bəzi döngələr kəsilib düzəldilmişdir. Bu meandrda Kürün «axmaz» gölləri Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaranmışdır. Kür Sabirabad şəhərindən mənsəbinə qədər heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəqliyyat, suvarma və hidroenerji məqsədi ilə istifadə olunur. Araz çayı Türkiyənin Bingöl - silsiləsindən (2990 m) başlayıb, Ermənistan və Iran sərhəddindən keçərək Sabirabad rayonunun Suqovuşan kəndində Küra qovuşur. Uzunluğu 1072 km olan Araz çayının suyu çox bulanıqdır. Kürdən fərqli olaraq əsasən yeraltı sularla (46%) qidalanır. Suyunun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır. Naxçıvandakı Arpaçay, Ordubadçay, Naxçıvançay, Gilançay və Əlincəçay; Qarabağ vulkanik yaylasındakı Həkəri, Oxçuçay və Bəgüşad - Araza tökülən əsas çaylardır. Araz çayı üzərində - Bəhramtəpə, Mil-Muğan və Araz su qovşağı yaradılıb. Kür-Araz ovalığını suvarmaq üçün Araz çayından Baş Muğan, Baş Mil və Əzizbəyov adlı kanallar çəkilmişdir. Samur çayı Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu 216 km olan Samur çayından Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır. Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır.
Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.
I. Uzunluğuna görə: Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı - 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə: Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;
III. Mənsəbinə görə:
1. Mənsəbsiz - Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
2. Mənsəbli - qalan bütün çaylar;
3. Mənsəbi okean səviyyəsindən aşağı- Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s. ;
1. Üzərində şəlalə yaranan - Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
2. Dərəsində kanyon olan çaylar - əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay,Vəlvələçay və s. ;
3. Enli «U» şəkilli çaylar- gilli süxurları kəsib keçən düzənlik çaylarında - Kür, Araz və s. ;
1. Kənardan (tranzit) mənbə götürənlər - Kür, Araz, Arpaçay,Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
2. Azərbaycanda formalaşan - Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay,Ceyrankeçməz;
1. Yayda quruyan - Sumqayıt, Ceyrankeçməz, Pirsaat;
2. Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.
Azərbaycanın çaylarını coğrafi yerləşmə xüsusiyyətinə görə 4 əsas qrupa bölmək olar:
1. Böyük Qafqazın şimal-şərq yamacının çayları.
2. Abşeron-Qobustan sahəsinin çayları.
3. Kür hövzəsinin çayları.
4. Talış dağlarından axan çaylar.
Kür hövzəsinin çaylarından başqa , digər qruplara Aid çaylar sərbəst olaraq Xəzər dənizinə tökülür.
Azərbaycan çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır. Yüksək dağlıqdan başlayan çaylar (Qusarçay, Dəmiraparan, Qudyalçay və s.) yazda və yayın əvvəllərində bol sulu olur. Qar və buzlaqla qidalandıqlarından mənbələri qar xəttindən yuxarıda olur. Orta dağlıqdan başlayan çaylar (Lənkərançay, Ataçay) yeraltı su, yağış və qismən qar suları ilə qidalanır. Alçaq dağlıqdan başlayan çaylar (Ceyrankeçməz, Incəçay) ancaq yağış suları ilə qidalanırlar. Azsulu olub yayda quruyurlar.
1. Böyük Qafqazın şimal-şərqindən axan çaylar - Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
2. Böyük Qafqazın cənub yamacının çayları - Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu- iri gətirmə konusları yaradırlar.
3. Abşeron-Qobustanın çayları - Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
4. Talış dağlarının çayları- Lənkərançay, Astaraçay, Viləşçay - əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
5. Kiçik Qafqazın şimal-şərq yamacından axan Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay - Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
6. Kiçik Qafqazın cənub-şərq yamacından axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay - Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
7. Naxçıvanın əsas çayları - Arpaçay, Naxçivançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.
Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəbi rütubət çatışmamazlığıdır)
Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır.
Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir:
a) Palçıqlı sellər - Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları üçün;
b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux, Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata ziyan vurur. Iki yolla mübarizə aparılır:
1. Hidrotexniki qurğular tikməklə (beton bəndlər);
2. Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə). Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.
Samur, Qanıx, Araz, Astara və Bolqarçay Azərbaycanın sərhəd çaylarıdır.
Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı «Ölü suya» çevirmişdir.
Kür Gürcüstanın Tbilisi və Rustavi, qismən isə Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları Qoşqarçayla Kürə, Naxçıvandakı Parağacay mədənlərinin tullantıları isə Araza qarışır. Azərbaycanın əkin sahələrinə verilən 10 min tonlarla gübrələr, zərərverici maddələr axar sular vasitəsilə çaylara və s. sututarlara tökülür və onları çirkləndirir.
Sular təbii və süni yolla təmizlənir. Axar sular 8-20 km axdıqdan sonra təbii yolla özü-özünü təmizləyir. Çirkab sulardan istifadə etmək üçün onu xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.