Azərbaycanda 8 hava kütləsi daxil olur. Bunlardan Kontinental Arktik, dəniz Arktik, mülayim dəniz və tropik hava kütlələri Azərbaycanda iqlimin formalaşmasına təsir edən əsas hava kütlələridir.
1. Kontinental Arktik
2. Dəniz Arktik
3. Mülayim dəniz Nəticədə temperatur aşağı düşür, güclü külək əsir, yağıntı düşür.
4. Mülayim kontinental
5. Cənub siklonları
6. Tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur.
7. Orta Asiya hava kütlələri. Xəzərdən keçib qışda havanı soyudur, yayda isə isidir. Yağıntı ancaq qışda düşür.
8. Yerli hava kütlələri əsasən Xəzər ilə Azərbaycanın sahil əraziləri arasındakı təzyiq fərqi nəticəsində yaranır.
Azərbaycanda yayda tropik, qışda isə mülayim (qismən isə Arktik) hava kütlələri hakim olduğundan Azərbaycanda il ərzində hava şəraiti əhəmiyyətli dərəcədə dəyişir. Azərbaycanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının təsiri çoxdur, Sakit və Hind okeanlarının rolu isə azdır.
Küləklər. Azərbaycanda yaranan küləklər 2 qrupa bölünür:
1. Müxtəlif hava kütlələrinin Azərbaycana daxil olması nəticəsində yaranan küləklər;
2. Yerli şəraitdə yaranan küləklər. Yerli küləklər səth örtüyü və relyefin müxtəlifliyi nəticəsində yaranır.
Əsas küləklər.
a) Xəzri - sürəti 35-40 m/san. çatan şimal və şimal-şərq istiqamətli güclü küləkdir. Yayda temperaturu aşağı salır, sərinlik gətirir, qışda havanı soyudur. Havanı təmizləsə də təsərrüfata ziyan vurur;
b) Gilavar - Azərbaycana cənub və cənub-şərqdən daxil olur. Yayda hava qızır, qışda isə mülayimləşdirir. Havanı təmizləyir;
c) Dağ-dərə küləkləri - dağlıq ərazidə sutka ərzində yer səthinin qeyri-bərabər qızması nəticəsində yaranır.
d) Briz - Xəzərin sahilində sutkada istiqamətini 2 dəfə dəyişdirir.
e) Qara və ağ yel - Aran rayonlarında ilin ən isti dövrlərindi əsən isti və quru küləklərdir. Bitkilərin inkişafına mənfi təsir göstərir.
f) Fyon - ilin soyuq dövründə dağlarda əsən isti və quru küləklərdir.
Tropik hava küləkləri Azərbaycanda isti və quru küləklərin yaranmasına səbəb olur.
Abşeron və Qobustanda külək enerjisindən geniş istifadə etmək olar. (xüsusən Xəzri və Gilavardan)
Yağıntılar
Qışda mülayim hava kütlələri Azərbaycanda hakim olduğundan yağıntılar əsasən ilin soyuq dövründə düşür. Azərbaycana ən çox yağıntı dəniz arktik və mülayim dəniz hava kütlələri gətirir. Azərbaycanda orta illik yağıntının miqdarı 700 mm-dir. Ən az yağıntı Abşeron yarımadasının cənubuna (200 mm-dən az), ən çox isə Talış dağlarının ətəklərinə (1600-1700 mm) düşür. Azərbaycanda maksimum yağıntı 1959-cu ildə Astaranın Gəgiran qəsəbəsinə (2767 mm) qeydə alınıb.
Talış dağları, Lənkəran ovalığı, B.Qafqazın cənubu, Qanıx-Əyriçay Azərbaycanın ən rütubətli; Abşeron-Qobustan, Kür-Araz, Naxçıvanın Arazboyu düzənlikləri ən quraq sahələrdir.
Lənkəran ovalığında yağıntının çoxu ilin soyuq dövründə (oktyabr-mart), Böyük və Kiçik Qafqaz dağlarında yazın axırlarında, qalan ərazilərdə isə yaz və payızda düşür. Böyük və Kiçik Qafqazda orta dağlığa doğru yağıntı artdığı halda Talış dağlarında hündürlük artdıqca, yağıntı azalır. Buna səbəb, Talış dağlarına Iran dağlıq yaylasından isti və quru tropik havasının maneəsiz olaraq daxil olmasıdır.
Azərbaycanda buxarlanma Lənkəran ovalığı və Böyük Qafqazın cənub yamacında daha çoxdur. Mümkün buxarlanmanın illik miqdarı 800-1400 mm olub, Naxçıvan və Kür-Araz ovalığında maksimuma çatır. Culfa nəinki Azərbaycanın, həmçinin Zaqafqaziyanın ən yüksək buxarlanma qabiliyyətinə malik olan ərazisi sayılır. Abşeron-Qobustan, Arazboyu düzənlikləri və Kür-Araz ovalığında buxarlanma qabiliyyəti böyük, buxarlanmanın miqdarı isə çox kiçikdir. Bu ərazilərdə rütubətlənmə əmsalı 0,3-dan kiçik, alçaq və orta dağlıqda isə vahiddən böyükdür. Rütubət əmsalının az olduğu düzən sahələrin suvarmaya ciddi ehtiyacı var.