Torpaq örtüyü

Torpaq örtüyü

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində - qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:

1. Yarımsəhra və quru-çöl iqlimə malik Azərbaycan düzənliklərində (Lənkəran ovalığından başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Suvarma şəraitində pambıq, taxıl və bol meyvə yetişdirilir. Qış otlağı kimi istifadə olunur
Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeronda, Şərur və Ordubad düzənliklərində tala şəklində yayılıb. Buna səbəb suvarılmanın düzgün aparılmaması, suvarma kanallarının əksəriyyətinin dibinin betonlaşdırılmaması, qrunt sularının səthə yaxın olmasıdır. Meliorativ tədbirlər - yəni torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsi çəkməklə şoranlığı aradan qaldırmaq olar.
2. 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində şabalıdı torpaqlar yayılıb. Iqlim qismən rütubətli olduğundan Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acınohurda – tünd şabalıdı; Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan – açıq şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə şəraitində üzüm, taxıl, günəbaxan, kartof və tərəvəz becərilir.
3. 700-2000 m arasında mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı, qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə - qəhvəyi torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir. Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm yetişdirilir.
4. 1800-2000 m-dən hündür sahələrdə yağıntı sularının təsiri ilə dağ-çəmən torpaqları yayılmışdır. Subalp və alp çəmənlikləri ilə örtülmüş bu ərazilərdə dağ-çəmən torpaqlarının ibtidai torflu, çimli kimi növləri yayılmışdır.
5. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələ gəlməsi üçün şərait yoxdur.
6. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında - allevüal-çəmən torpaqları yayılıb.
Azərbaycanda rekultivasiya tədbirlərinin köməyi ilə Abşeron və Cənub-Şərqi Şirvanın neftlə çirklənmiş, Daşkəsənin dağ-mədən sənayesi ilə pozulmuş torpaqların yenidən bərpa etmək zəruridir.
Təkrar şoranlaşma, torpaq eroziyasının sürətli inkişafı və iqlimin qurşaqlaşması Azərbaycanda səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Azərbaycanın dağlıq sahələrində meşələrin qırılması, torpaqların eroziyası nəticəsində yarğan-qobu şəbəkəsi genişlənir. Eroziyanın qarşısını almaq üçün yarğan və qobular bərkidilir, ağac və kollar əkilir, yamaclarda terraslar salınır. Kür-Araz ovalığının suvarılan torpaqlarında qrunt sularının səviyyəsi qalxaraq şoranlıqlar yaradır. Belə torpaqların meliorasiyası vacibdir.


Azərbaycanın torpaq coğrafiyası
No torpaqlar bitki iqlim yayılma məhsuldarlıq təsərrüfat əhəmiyyəti
Dağ torpaqları
1 dağ-çəmən alp və subalp çəmənlikləri, dağüstü kserofitlər soyuq yüksək dağlıq aşağı yaylaq
2 dağ meşə qonur rütubətli meşə (fıstıq, vələs) mülayim-isti orta dağlıq yüksək dəmyə əkinçilik, bağçılıq, üzümçülük, tərəvəzçilik və tütünçülük
dağ meşə qəhvəyi quraq meşə (seyrək meşə və kolluq, palıd) dağ ətəyi
3 dağ qara dağ bozqır dağ ətəyi (Gədəbəy, Şamaxı, İsmayıllı) dəmyə kartofçuluq və taxılçılıq
4 şabalıdı seyrək meşə, kolluq və çöl mülayim-isti və qismən yarımsəhra və quru çöl dağ ətəyi (Böyük və Kiçik Qafqaz, Naxçıvan) dəmyə və qismən suvarma üzümçülük, taxılçılıq və tərəvəzçilik
5 sarı rütubətli meşə (dəmirağac) mülayim-isti (rütubətli subtropik) dağ ətəyi (Lənkəran ovalığı) suvarma çayçılıq, faraş tərəvəzçilik, subtropik meyvəçilik və üzümçülük
Düzən torpaqları
6 boz qonur yarımsəhra yarımsəhra və quru çöl Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan aşağı qışlaq
7 boz Kür-Araz ovalığı, Arazboyu
8 boz-çəmən Kür-Araz ovalığı, Arazboyu suvarma pambıqçılıq, taxılçılıq, subtropik meyvəçilik və üzümçülük, qışlaq
İntrazonal torpaqlar
9 şoran yarımsəhra yarımsəhra və quru çöl Muğan, Səlyan, Cənub-Şərqi Şirvan, Şərur, Ordubad, Abşeron
10 çəmən-meşə və çay-çəmən tuğay meşələri Kür boyu, Alazan-Əyriçay vadisi, Şollar düzü yüksək meşə
11 bataqlıq bataqlıq Şirvan, Mil, Qızılağac k-nin sahili, Dəvəçi limanı orta çəltikçilik
12 qumlar yarımsəhra Xəzər sahili

Qeyd: 2 No-li torpaqlar Naxçıvanın dağlıq hissəsi üçün xas deyil
3, 7, 9 və 11 No-li torpaqlar göstərilən ərazilərdə talalarla yayılmışdır
10 No-li torpaqların yayılma ərazisi kimi verilmiş Alazan-Əyriçay vadisi üçün mülayim-isti iqlim xasdır

Cədvəl coğrafiya müəllimi Yaşar Seyidəliyevindir- http://yasharaz.narod.ru

Top