Əgər dünyasını dəyişən qadın övladsız olarsa, malının yarısı ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər dünyasını dəyişən qadının ərindən və ya başqa ərindən övladı olarsa, malının dörddəbiri ərinə, qalan hissəsi isə vərəsələrinə qalır.
Əgər kişi övladsız olarsa, malının dörddəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Əgər dünyasını dəyişən kişinin həyat yoldaşından və ya başqa həyat yoldaşından övladı olarsa, malının səkkizdəbiri həyat yoldaşına, qalan hissəsi isə digər vərəsələrinə çatır.
Dünyasını dəyişən ərin daşınan əmlakı həyat yoldaşına miras qalır. Ərinin torpaq sahəsi və onun qiyməti isə qadına miras qalmır. Qadının ərinə məxsus torpaq sahəsində inşa olunan ev ona miras qalmasa da, evin qiymətinin varisi ola bilər.
Qadın ona miras qalmayan şeylərdən istifadə etmək istədikdə ərinin vərəsələrindən icazə alır. Eyni zamanda, vərəsələr onun payını vermədikləri müddətdə onun qiymətinə varis olduğu bina və s. kimi şeylərdən qadının icazəsi olmadan istifadə edə bilməzlər.
Vərəsələr qadının payına düşənləri satsalar, qadının icazəsi ilə aparılan müamilə düzgün verilmədikdə onun malı miqdarında olanı batildir.
Bina, torpaq, ağac kimi daşınmaz əmlaka qiymət qoyarkən istifadəyə yararlı olana qədər icazəsini olaraq malik olduğu dəyərlə qiymətləndirib qadının payı verilməlidir.
Dünyasını dəyişən kişinin bir neçə həyat yoldaşı olarsa, amma onlardan övladı olmazsa, onlara malının dörddəbiri, övladı olduqda isə səkkizdəbiri çatır. Kişi onlardan bəzisi və ya heç biri ilə yaxınlıq etməsə də, malı onların arasında bərabər bölünür.
Ölüm ayağında olan kişi qadını öz kəbininə bağlayıb onunla yaxınlıq etmədən dünyasını dəyişdikdə də qadın ondan irs aparmır və bununla yanaşı, mehriyyə haqqına da malik olmur.
Qadın xəstə vəziyyətdə ərə gedib həmin xəstəlikdən dünyasını dəyişdikdə və əri onunla yaxınlıq etmədikdə də ondan irs aparır.
Kişi xəstə vəziyyətdə olan həyat yoldaşına talaq verib 12 qəməri ayı keçməzdən əvvəl dünyasını dəyişərsə, həyat yoldaşı ondan üç halda irs aparır:
* bu müddət ərzində başqasına ərə getmədikdə
* əri ilə yaşamağa meyilli olmaması üzündən talaq verməyə razı salmaq üçün əri ona bir şey vermədikdə
*əri həyat yoldaşına verdiyi vaxtdaki xəstəliklə və ya başqa səbəblər üzündən dünyasını dəyişmiş olduqda.
Belə olduqda kişinin həyat yoldaşı onun varisi olmur.
Ata,ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri amldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müyəən edilmişdir. (Nisa surəsi, ayə 7)
Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və sözlərlə könüllərini alın. ((Nisa surəsi, ayə 8)
Mənbə: Karvan jurnalı