Azərbaycanın coğrafi mövqeyi

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.
Azərbaycan coğrafiyaçılarından H. Şirvani, Q. R. Mirzəzadə (o, ilk milli «Coğrafiya» kitabının müəllifidir), I.Qutqaşenli, H.Zərdabi, M.Baharli müxtəlif istiqamətlərdə tədqiqatlar aparmışlar.
Ümumi sahəsi 200 min km2-dən artıq olan Azərbaycan 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri əsasında Iran və Rusiya arasında iki hissəyə parçalanıb. Ərazinin çox hissəsi cənubdadır. (Iranda)
Hazırda Azərbaycan Respublikasının ümumi sahəsi 86,6 min km2 -dir ki, bunun da 20%-i Ermənistan tərəfindən işğal olunub. Azərbaycan şimaldan cənuba - 400 km, qərbdən şərqə -500 km uzanır. Azərbaycan Ispaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya ilə eyni coğrafi enlikdədir.
Ucqar nöqtələri:
1. Şimalda - Quton dağı
2. Cənubda- Astara çay
3. Qərbdə- Candargöl və ya Sədərək qəsəbəsi.
4. Şərqdə - Neft daşları (və ya Şahdili burnu).
Sərhədlərinin ümumi uzunluğu 3472 km olub, 5 ölkə ilə həmsərhəddir:
1. Şimalda - Rusiya ilə (391 km) - Baş Qafqaz Suayrıcı silsiləsi, Samur çayı, Sudur silsiləsi;
2. Şimal-qərbdə - Gürcüstan ilə (471 km) Alazan (Qanıx) və Iori (Qabırrı) çay dərələri boyu;
3. Qərbdə - Ermənistan ilə (1007 km) Murğuz, Şahdağ, Şərqi Göyçə, Mehri silsilələri, Qarabağ vulkanik yaylası. O cümlədən 224 km məsafədə Dərələyəz və Zəngəzur silsilələri boyunca Naxçıvanla həmsərhəddir;
4. Cənub-qərbdə (13 km) - Türkiyə ilə (Araz çayı ilə);
5. Cənubda - 765 km - Iranla Talış dağları, Araz, Astara va Bolqarçayla həmsərhədlənib.
6. Şərqdə - 825 km - Xəzərdə əhatələnib. Burada o, Qazaxıstan, Türkmənistan, Rusiya və Iranla sərhədlənib.
Azərbaycana Pirallahı, Çilov, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Gil Zirə, Səngi Muöan, Zənbil adaları, Bakı və Abşeron arxipelaqları, Sarı, Kürdili yarımadaları aiddir. Xəzərin səviyyəsinin artması ilə əlaqədar Sarı və Kürdili yarımadaları adaya çevrilib.
Azərbaycan Avropa və Asiya qitələrinin sərhəddində, Şimal və Şərq yarımadalarında yerləşir. Azərbaycan materik daxili, lakin dəniz sahili mövqeyə malikdir. Azərbaycan gəmiləri Volqa-Don və Volqa-Baltik kanalları vasitəsi ilə Atlantik okeanına, Baltik-Ağ dəniz kanalı ilə isə Şimal Buzlu okeanına çıxa bilir.

Həmçinin bax: Azərbaycanın iqtisadi-coğrafi mövqeyi
Top