Anama yaxşı bax, Ata!

Anama yaxşı bax, Ata!

Ata, anama yaxşı bax, olar ? 
Məndən sənə övlad vəsiyyətidir; ata, anama yaxşı bax! 

Axşam həyəcanla televizora baxarkən sən anama bax. 
Olub bitənləri, yaşanmışları görəcəksən onun uşaq baxışlarında; 
Yaşatdığın xatirələri, yaşada bilmədiklərini, sənə həsr etdiyi böyük bir ömrü görəcəksən baxışlarında..

Axşamlar gec gələndə yeyə bilmədiyi tikələri görəcəksən, boğazında qalan.. 
Sən əsəbləşməyəsın deyə, sın yatdıqdan sonra qonşulara gedişlərini, bizim ağzımızı yumduğunu, ürəyinin ağızına gəldiyi vaxyları görəcəksən. 
Ata, anama yaxşı bax ... 

-'' Arvad, mən gedirəm'' dediyində, sən nərdivanları enənə qədər arxanca baxan insana bir dəfə də nərdivanın 5-ci pilləsində, sən bax! 
Gözlərində sən hələ getmədən səninçün darıxan bir qadın görəcəksən. 
Küçədə gördüyün dostunun əlini sıxdığın kimi heç olmasa bir dəfə qucaqla onu. 
Möhkəmcə! 
Sevgiylə! 
Saatlarını xərclədiyin qəhvə növbəsində, stəkanından çayını qurtumlayarkən; heç birinin dadının anamın çayının dadına bənzəmədiyini fərq edərək; evdə, sənin üçün yemək bişirməkçün tər qan içiçdə olan o qadını düşün. 
Yarımçıq içdiyin kofenin yanına 5-10 qoyaraq ən sürətli addımlarla qaç anamın yanına ata.
Səni tərk edən Anan kimi, 
Arxandan bıçaqlayan dostların kimi, 
Sənin qiymətini bilməyən övladların kimi deyil; 
Nə vaxt yıxılsam, «ağrın mənə» deyən, Hər bayramda sənin əlini ''Evimin dirəyi'' deyərək öpən o qadına yaxşı bax ata.. 
Nə qədər yavaşca çıxsan da nərdivanları , Sənin gəldiyini daha ilk mərtəbədə anlayan qadına, 
Üzün gülməyəndə mətbəxdə səssizcə ağlayan amma sənə soğanın nə qədər acı olduğunu söyləyən qadına, 
Sən xəstəxanada yatdığın vaxtlarda; ağlayaraq yatan, oyandığında ağlayan;'' bu ev çox böyük gəldi mənə'' deyən anama yaxşı bax ata. 

Qucaqla Anamı. 
Tut əllərindən, Öp. 
Və ona de ki; 
'' Qara saçlarımın ağardığı illərimdən arxaya təkcə sən qaldın və mən bir tək sənə qaldım.!'' 
Anama yaxşı bax ata.
Onun gözlərində sənə həsr olunmuş böyük bir ömür görəcəksən!!!! 

P.S Başda Həyatımda ən dəyərli insan olan, ilk sevgilim — Anam başda olmaqla bütün Analara ithaf edirəm.
Top