Çatışmazlıqlar

Çatışmazlıqlar

... Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla , çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 - cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His - duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın...

Tutaq ki, çətinliklə də olsa, ocaq yandı. Bazarda kəsilmiş, yonulmuş hazır toyuq yoxdur təbii ki... Haydı, yoldaşınızın kəsdiyi toyuğu yolmağa başlayın, içini təmizləyin...

Hər tərəf yağa bulaşdı. Sabun çox bahadır və ancaq paltar yumaqda istifadə olunur. Əlinizi torpağa bulayın və yuyun. Başqa yol da yoxdur...
Süfrəni yığışdırdınız. Qab - qacağı yumalısınız. Həm də yuyucu maddə olmadan...
Artıq axşam düşür. Daş divarlı soyuq otaqlar üçün manqal qalayıb tüstüsü keçəndən sonra bir - bir otaqlara aparmalısıınız...
Çıraqları yandırın. Çünki əlinizi atan kimi yanan işıqları hələ tanımırsınız...

Aman Allah, hələ inəklər sağılmalıdır. Toyuq - cücənin qapısı açıq qaldı, haydı tələsin!...

Uşaq yenə altını islatdı. Uşaq bezi olsaydı?! Uşaq bezi? O nədir ki? Uşağınızı ocaqda isitdiyiniz o qiymətli su ilə yuyun...

Paltarları yumaq üçün isə çay kənarından gil gətirməlisiniz. Əvvəlcədən suya qoyun ki, gilli suyunuz hazır olsun...

Ananız üçün darıxdınız? Telefon olsaydı danışardınız. Ancaq böyük bir şəhərdə yalnız bir telefon var. Onun da o biri tərəfində ananız gözləmir təbii ki... Axşamdan qalan yeməyi ən soyuq otağa qoyun ki, xarab olmasın. Üstünü də möhkəm örtün ki, it - pişik dəyməsin... Kənddə toy var. Haydı geyinin toy - bayramlıq paltarınızı, özünüzü gəlin kimi hiss edin. " Bunlardan bir neçə dənə də olsaydı " fikri heç ağlınıza belə gəlməsin... Necədir, gözlərinizi açıb hazır qazı, işığı görəndə özünüzü varlı hiss etdinizmi? Bəli, analarımız olmasa da nənələrimiz belə yaşadılar o günlərdə...
Top