Böyük Pyotr

Böyük Pyotr

Pyot­run ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du
I PyotrRu­si­ya­nı əzə­mət­li döv­lə­tə çe­vi­rən ilk rus im­pe­ra­to­ru 1-ci Pyotr 1672-ci il iyu­nun 9-da Moskva­da ana­dan ol­muş­dur. Ro­ma­nov­lar sü­la­lə­si­nin da­vam­çı­sı olan 1-ci Pyot­run ana­sı Na­tal­ya Ki­ri­lov­na Na­rış­ki­na çar Alek­sandr Mi­xay­lo­vi­çin ikin­ci ar­va­dı idi. Pyot­ra ev mü­əl­lim­lə­ri və tər­bi­yə­çi­lər sa­vad ver­sə­lər də, o, öm­rü­nün axı­rı­na ki­mi sa­vad­lı yaz­ma­ğı öy­rən­mə­di, ya­zı­sın­da çox­lu or­foq­ra­fik səhvlər olur­du. Pyot­run əsas tər­bi­yə­çi­si Ni­ki­ta Zo­tov öm­rü­nün axı­rı­na ki­mi onun dos­tu ol­du. Spirtli iç­ki­yə də gənc ça­rı Zo­tov öy­rət­di və öm­rü­nün axı­rı­na ki­mi çar bu­nun əziy­yə­ti­ni çək­di.
Pyotr uşaq­lıq­da hər­bi iş­lə­rə, gə­mi­çi­li­yə meyl gös­tə­rir, göl­də və çay­da üzən ki­çik gə­mi­lər dü­zəl­dir­di.

1682-ci il­dən Pyotr for­mal ola­raq Ru­si­ya­nın ça­rı elan edil­di. Am­ma onun tax­ta çıx­ma­sı ba­cı­sı ça­ri­ça Sof­ya və bo­yar Mi­los­lavski tə­rə­fin­dən ha­zır­lan­mış qi­yam­la qar­şı­lan­dı. Nə­ti­cə­də tax­ta Pyotrla bir­lik­də çar Alek­se­yin Ma­ri­ya İva­nov­na Mi­los­lavski ilə bi­rin­ci ni­gah­dan olan oğ­lu, Pyot­run bö­yük qar­da­şı 5-ci İvan da də­vət edil­di. Ağıl­dan zə­if olan İva­na Sof­ya qəy­yam­luq edir­di. İvan 1689-cu il­də və­fat edə­nə qə­dər ha­ki­miy­yət­də ol­du. Onun və­fa­tın­dan son­ra Sof­ya taxtdan uzaq­laş­dı­rıl­dı və Pyotr çar ol­du. Hə­min il onu ka­sıb bo­yar nəs­lin­dən olan Yev­do­ki­ya Lo­pu­xi­na ilə ev­lən­dir­di­lər. Ev­lə­nə­nə qə­dər Pyot­run çox­lu say­dı mə­şu­qə­lə­ri var­dı. Bu ni­gah­dan on­la­rın Alek­sey ad­lı oğul­la­rı ol­du. Am­ma bu da Pyotrda ilk hə­yat yol­da­şı­na qar­şı sev­gi oyat­ma­dı.

Av­ro­pa­ya sə­ya­hət edən ilk rus ça­rı
1694-cü il­də Na­tal­ya Ki­ri­lov­na Na­rış­ki­na və­fat edə­nə qə­dər fak­ti­ki ola­raq ha­ki­miy­yə­ti o və qo­hum­la­rı bo­yar Na­rış­kin­lər ida­rə edir­di­lər. Onun öl­mün­dən son­ra Pyotr ha­ki­miy­yə­ti ta­ma­mi­lə əli­nə al­dı. Müs­tə­qil ida­rə­çi­li­yə baş­la­yan Pyot­run ilk işi Tür­ki­yə ilə mü­ha­ri­bə­yə baş­la­maq ol­du. Ru­si­ya­nı ti­ca­rət öl­kə­si­nə çe­vir­mək is­tə­yən Pyot­run məq­sə­di Qa­ra də­niz və Bal­tik də­ni­zi li­man­la­rı­nı zəbt et­mək idi. 1695-1696-ci il­lər­də türk hər­bi his­sə­lə­ri­nə hü­cum edən Pyotr Azov li­ma­nı­nı ələ ke­çir­di.
1697-1698-ci il­lər­də Pyotr Av­ro­pa öl­kə­lə­ri­nin sə­fir­lik­lə­ri­ni gəz­mə­yə baş­la­dı. O özü ilə 35 za­də­gan da gö­tür­müş­dü. Pyotr özü­nü "çar Pyotr Mi­xay­lo­vi­çin ur­yad­ni­ki" ki­mi təq­dim et­sə də, sə­fi­rin ət­ra­fı­nın 250 nə­fər­dən ar­tıq ol­ma­sı gös­tə­rir­di ki, çar da bu­ra­da ol­ma­lı­dır. Nü­ma­yən­də he­yə­ti Avstri­ya, Hol­lan­di­ya, İn­gil­tə­rə və sa­ir öl­kə­lə­rə baş çək­di. Əsas məq­səd Tur­ki­yə­yə qar­şı ko­a­li­si­ya təş­kil et­mək, də­niz ava­dan­lı­ğı al­maq, də­niz­çi­lər və gə­mi­dü­zəl­dən­lər gə­tir­mək, də­niz qüv­və­lə­ri ya­rat­maq idi. Pyotr həm də Av­ro­pa hə­yat tər­zi ilə ta­nış ol­maq is­tə­yir­di, ona qə­dər heç bir rus ça­rı Av­ro­pa­da ol­ma­mış­dı. Pyotr Av­ro­pa tip­li döv­lət və or­du ya­rat­maq is­tə­yir­di.

Pyotr Hol­lan­di­ya­nı ide­al döv­lət he­sab edir­di
Sə­fə­rə çıx­maz­dan əv­vəl Pyotr özü­nə üzük dü­zəltdir­miş­di və üzü­yə yaz­dır­mış­dı: «Mən şa­gir­dəm, özü­mə mü­əl­lim ax­ta­rı­ram».
Pyotr Hol­lan­di­ya­da Av­ro­pa­nın ən yax­şı də­niz­çi­lə­ri ara­sın­da özü­nü tap­dı. O, Hol­lan­di­ya­nı öm­rü­nün axı­rı­na ki­mi ide­al döv­lət nü­mu­nə­si he­sab edir­di və Ru­si­ya­nı da bu döv­lət ki­mi gör­mək is­tə­yir­di. Pyotr Prus­si­ya­da si­lah işi ilə ta­nış ol­du. Çar­la Av­ro­pa­ya ge­dən za­də­gan öv­lad­la­rı­nın ço­xu Av­ro­pa hə­yat tər­zi­ni sər­bəst və cəl­be­di­ci he­sab edə­rək Ru­si­ya­ya qa­yıt­ma­dı. Ru­si­ya­nın Av­ro­pa­ya qa­pı­sı açıl­dı 1697-ci il mar­tın 31-də Pyotr İs­veç kral­lı­ğı­nın tər­ki­bin­də olan Ri­qa­ya gəl­di. Bu­ra­da onu ça­ra la­yiq qar­şı­la­ma­dı­lar, Ri­qa qa­la­sı­nın içə­ri­si­nə bax­ma­ğa ica­zə ver­mə­di­lər. Bir qə­dər son­ra Pyotr İs­ve­çə mü­ha­ri­bə elan et­mək üçün bə­ha­nə tap­dı. Tür­ki­yə­yə qar­şı ko­a­li­si­ya uğur əl­də edə bil­mə­di. 1699-cu il­də Tür­ki­yə ilə mü­ha­ri­bə edən Avstri­ya, Pol­şa və baş­qa döv­lət­lər onun­la sülh bağ­la­yan­dan son­ra növ­bə­ti il­də Ru­si­ya Tür­ki­yə ilə Konstan­ti­no­pol sül­hü­nü bağ­la­dı. Bu mü­qa­vi­lə­yə əsa­sən Ru­si­ya Azo­vu, Ta­qan­ro­qu və Krım xan­lı­ğın­dan al­dı­ğı bir ne­çə ki­çik qa­la­nı sax­la­dı. Ru­si­ya­nın Av­ro­pa­ya qa­pı­sı açıl­dı. 1699-cu ilə İs­ve­çə qar­şı Pol­şa, Sak­so­ni­ya və Da­ni­mar­ka ilə Şi­mal İt­ti­fa­qı bağ­la­yan Pyotr il­də 11 rubl ma­aş ver­mək­lə əha­li­nin bü­tün tə­bə­qə­lə­rin­dən əs­gər top­la­dı və üç pi­ya­da di­vi­zi­ya­sı ya­rat­dı. 3 iyul 1700-cü il­də İs­ve­çə mü­ha­ri­bə elan edən Ru­si­ya 1700-cü ilin so­nun­da Nar­va ət­ra­fın­da məğ­lub ol­du. Məğ­lu­biy­yət­dən son­ra Pyotr güc­lü ar­til­le­ri­ya­sı olan ye­ni or­du ya­rat­dı və Pri­bal­ti­ka­da­kı bir ne­çə İs­veç qa­la­sı­nı, o cüm­lə­dən Nar­va­nı zəbt et­di.


Döv­lət ida­rə­çi­li­yin­də is­la­hat­lar
Döv­lət ida­rə­çi­li­yin­də ye­ni­lik­lər edən Pyotr 1720-ci il­də bir ne­çə üzvdən iba­rət olan 12 kol­le­giya (hər­bi, əd­liy­yə, ti­ca­rə və sa­ir) ya­rat­dı. Kol­le­qa­nın səd­ri olur­du və hər bir mə­sə­lə kol­le­giya­da mü­za­ki­rə olu­nur­du. 
Çar 1708-ci il­də yer­lər­də ida­rə­çi­lik sis­te­min­də is­la­hat­lar ke­çi­rə­rək Ru­si­ya­nı 8 qu­ber­ni­ya­ya böl­dü. Qu­ber­ni­ya­lar əya­lət­lə­rə, əya­lət­lər qə­za­la­ra bö­lü­nür­dü. Qu­ber­ni­ya­lar di­vi­zi­ya, əya­lət­lər polk sax­la­ma­lı idi. Ali nə­za­rət or­qa­nı olan se­nat və kil­sə ida­rə­çi­li­yi­nə nə­za­rət üçün si­nod ya­ra­dıl­dı. 1711-ci il­də ya­ra­dı­lan se­nat Pyotr yü­rüş­lə­rə ge­dən vaxt öl­kə­ni ida­rə edir­di.

İq­ti­sa­diy­ya­tın və el­min in­ki­şa­fı
Pyotr sə­na­ye­nin və ti­ca­rə­tin in­ki­şa­fı üçün hər cür im­kan­lar ya­ra­dır­dı. Onun ha­ki­miy­yə­ti­nin son il­lə­rin­də öl­kə­də 233 fab­rik və za­vod var­dı. O, ma­nu­fak­tu­ra­lar tik­mək üçün ta­cir­lə­rə və za­də­gan­la­ra kre­dit ve­rir­di.
Pyotr Ru­si­ya Elmlər Aka­de­mi­ya­sı­nı ya­rat­dı və xa­ric­dən ən yax­şı alim­lə­ri də­vət et­di. 1702-ci il­də Ru­si­ya­da ilk qə­zet olan «Ve­do­mos­ti» çap­dan çıx­dı. Hərbçi kadrla­rın ha­zır­lan­ma­sı üçün Na­vi­qa­si­ya mək­tə­bi və kor­pus aç­dı. Pyotr rus əlif­ba­sı­nı sa­də­ləş­dir­di, ərəb rə­qəm­lə­ri tət­biq et­di. Za­də­gan­la­rı və meş­şan­la­rı av­ro­pa­sa­ya­ğı ge­yin­mə­yə və yı­ğın­caq­la­ra ar­vad­la­rı ilə gəl­mə­yə məc­bur et­di. Kəndli­lər və din adam­la­rın­dan baş­qa ha­mı­ya saq­qal sax­la­ma­ğı qa­da­ğan et­di. Məhz Pyot­run vax­tın­da za­də­gan­lar və ta­cir­lər kəndli­lər­dən kəs­kin də­rə­cə­də fərqlən­mə­yə baş­la­dı­lar.

Se­nat Pyot­run oğ­lu şah­za­də Alek­se­yə edam hök­mü çı­xar­dı
Pyot­run Yev­do­ki­ya Fyo­do­rov­na Lo­pu­xi­na ilə ni­ga­hı uğur­suz alın­dı. O, al­man An­na Monsla ev­lən­di və Lo­pu­xi­na­nı mo­nastra gön­dər­di. Pyot­run oğ­lu şah­za­də Alek­sey ana­sı­na gö­rə in­ci­di­yi üçün ata­sı­nı sev­mir­di, onun rus mə­i­şə­tin­də et­di­yi ra­di­kal də­yi­şik­lik­lə­ri qə­bul et­mir­di. Pyotr lif­lan­di­ya­lı pal­tar­yu­yan Mar­ta Skav­ronska­ya ilə ev­lə­nən­dən son­ra Alek­sey xa­ri­cə qaç­dı və Avstri­ya im­pe­ri­ya­sın­da sı­ğı­na­caq al­dı. Pyotr Andre­ye­viç Tolstoy va­si­tə­si­lə oğ­lu­nu Ru­si­ya­ya qay­ta­ran çar onu se­na­tın mü­ha­ki­mə­si­nə ver­di. Se­nat ona edam hök­mü çı­xartdı. La­kin hökm ic­ra olun­ma­dı. Alek­sey həbsxa­na­da iş­gən­cə nə­ti­cə­sin­də öl­dü. Bə­zi ver­si­ya­la­ra gö­rə, Pyotr oğ­lu­nu özü öl­dürtdür­dü ki, çar ai­lə­si­nin üz­vü edam edil­mə­sin.

Pal­tar­yu­yan Mar­ta im­pe­rat­ri­ça Ye­ka­te­ri­na ol­du
Mar­ta Skva­ronska­ya ilə Pyotr 1703-cü il­də ta­nış ol­du. Bu qa­dın Ma­rin­bur­qa yü­rüş za­ma­nı Bo­ris Pet­ro­viç Şe­re­met­ye­vin əs­gər­lə­ri tə­rə­fin­dən əsir gö­tü­rül­müş­dü. O əv­vəl­cə feldmar­şal Şe­re­met­ye­vin mə­şu­qə­si ol­muş, son­ra­dan Şe­re­metyev onu ça­rın ya­xı­nı Alek­sandr Da­ni­lo­viç Men­şi­ko­va ver­miş­di. Men­şi­kov da öz növ­bə­sin­də Pyot­ra gü­zəş­tə get­miş­di. 1711-ci il­də Pyotr Mar­ta­nı hə­yat yol­da­şı elan edib, 1712-ci il­də onun­la ev­lən­miş­dir. Pra­vos­lav­lı­ğı qə­bul edən Mar­ta Ye­ka­te­ri­na ol­du və Pyotr tə­rə­fin­dən im­pe­rat­ri­ça ti­tu­lu­nu al­dı. Pyotrla Ye­ka­te­ri­na­nın 11 uşa­ğı ol­du, on­lar­dan yal­nız iki­si (An­na və Yel­ti­za­ve­ta) sağ qal­dı. Ye­li­za­ve­ta son­ra­dan im­pe­rat­ri­ça ol­du və onun qı­zı 2-ci Ye­ka­te­ri­na Ru­si­ya­nın gör­kəm­li çar­la­rın­dan ol­du. Ye­ka­te­ri­na ilə ni­gah da Pyot­ru də­yiş­mə­di, ye­nə də onun çox­lu say­da mə­şu­qə­lə­ri var­dı.

dahi PyotrPyotr in­san­la­rı işi­nə gö­rə qiy­mət­lən­di­rir­di
Pyotr İs­veç mo­de­li əsa­sın­da hər­bi ni­zam­na­mə yaz­dı. Pyot­run və­fa­tı­na ya­xın ka­zak­lar da­xil ol­ma­dan 210 min nə­fər­lik rus or­du­su var­dı. Or­du rus za­vod­la­rın­da bu­ra­xı­lan top­lar­la təc­hiz olun­muş­du. Bun­dan əla­və də­niz qüv­və­lə­rin­də 28 min adam xid­mət edir­di. Də­niz qüv­və­lə­ri­nin 48 iri, 787 ki­çik gə­mi­si var­dı. 
Pyotr in­san­la­rı sin­fi mən­su­biy­yə­ti­nə gö­rə yox, işi­nə gö­rə qiy­mət­lən­di­rir­di. Onun vax­tın­da çox­la­rı "çir­kab­dan knyaz­lı­ğa" yük­səl­di­lər. Ata­sı pi­roq al­ve­ri edən A.D.Men­şi­kov da be­lə­lə­rin­dən idi.

Av­ro­pa­da İs­ve­çin ye­ri­ni hə­mi­şə­lik Ru­si­ya tut­du
1709-cu il­də Pyot­run baş­çı­lı­ğı al­tın­da rus or­du­su İs­veç kra­lı 12-ci Kar­la qa­lib gəl­di. Karl Pyot­ra xə­ya­nət et­miş müt­tə­fi­qi Uk­ray­na get­ma­nı İvan Ma­ze­pa ilə bir­lik­də Tür­ki­yə qa­la­la­rı Ben­der­də və Bes­sa­ra­bi­ya­da xi­las yo­lu ax­tar­ma­ğa məc­bur ol­du. 23 min is­veç­li əsir düş­dü, on­la­rın yal­nız 4 mi­ni öl­kə­si­nə qa­yıt­dı. Karl və Ma­ze­pa ilə bir­lik­də cə­mi 1300 is­veç­li və uk­ray­na­lı Tür­ki­yə­yə get­di. Kar­lın Av­ro­pa yü­rüş­lə­rin­də əl­də et­di­yi sər­vət­lər Pyot­ra qal­dı. Əzə­mət­li İs­veç döv­lə­ti hə­mi­şə­lik ta­rix­də qal­dı. Av­ro­pa­da onun ye­ri­ni Ru­si­ya tut­du.

Pyotr «xal­qın ata­sı» ti­tu­lu­nu qə­bul et­mə­di
Pyotr qo­hum­la­rı­nın uşaq­la­rı­nın və öz uşaq­la­rı­nın Av­ro­pa öl­kə­lə­ri­nin hökmdar­la­rı ilə ni­ga­ha gir­mə­si­nə na­il ol­du.
1710-cu il­də Tür­ki­yə ilə ye­ni­dən mü­ha­ri­bə baş­la­dı. Müt­tə­fiq­lə­ri­nin heç bi­ri Pyot­ra cid­di kö­mək et­mə­di. Güc­lü türk or­du­su ilə əha­tə olun­muş Pyotr türk nü­ma­yən­də­lə­ri­nə bö­yük həcmdə rüş­vət ver­mək gü­cü­nə Konstan­ti­no­pol sül­hü za­ma­nı əl­də et­di­yi əra­zi­lə­ri, Ta­qan­ro­qu və Za­po­roj­ye­nin bö­yük bir his­sə­si­ni ver­mə­mək­lə sülh bağ­la­dı. Baş və­zir Konstan­ti­no­po­la qa­yı­dan­dan son­ra yün­gül şərtlər­lə sülh bağ­la­dı­ğı üçün xə­ya­nət­də it­ti­ham olu­na­raq edam edil­di. 1721-ci il­də Pyot­run mü­ha­ri­bə­lər­də qə­lə­bə­lə­ri he­sa­bı­na ar­tıq Ru­si­ya bö­yük əra­zi­lər əl­də et­miş­di, Bal­tik­ya­nı əra­zi­nin şərq his­sə­si­nə tam nə­za­rət edir­di. 1721-ci il 31 oktyabrda se­nat Pyot­ra «xal­qın ata­sı» və "ümum­ru­si­ya im­pe­ra­to­ru" ti­tu­lu­nu ver­di. Pyotr yal­nız Ru­si­ya­nın nü­fu­zu­nu ar­tı­ra­caq im­pe­ra­tor ti­tu­lu­nu qə­bul et­di. Ölü­mün­dan son­ra ona «Bö­yük Pyotr» de­yil­mə­yə baş­lan­dı.

Çar sa­bit­li­yin yo­lu­nu giz­li po­lis və do­nos­lar­da gö­rür­dü
Pyotr mə­mur­la­ra az ma­aş ve­rir­di, rus mə­mur­la­rı rüş­vət he­sa­bı­na ya­şa­yır­dı­lar. Pyotr rüş­vət­xor­luq­da həd­di­ni aşan mə­mur­la­rı cə­za­lan­dı­rır­dı, am­ma kor­rup­si­ya bir dam­la be­lə azal­mır­dı. Öl­kə­də sa­bit­lik ya­rat­ma­ğın çı­xış yo­lu­nu Pyotr giz­li po­lis ya­rat­maq­da və do­nos­lar­da gö­rür­dü. Pyotr do­nos­çu­la­rı mü­ka­fat­lan­dı­rır­dı, bil­dik­lə­ri ba­rə­də do­nos ver­mə­yən­lə­ri isə cə­za­lan­dı­rır­dı. Onun ha­ki­miy­yə­ti döv­rün­də Astra­xan­da əs­gər­lə­rin və şə­hər­li­lə­rin, Don­da Kon­dar­ti Bu­la­vi­nin rəh­bər­li­yi ilə ka­zak­la­rın üs­yan­la­rı ol­du. Uk­ray­na və Po­voljye­də də ki­çik qi­yam­lar ol­du. 1703-cü il­də Pyotr ye­ni pay­taxt olan Sankt-Pe­ter­burq şə­hə­ri­nin əsa­sı­nı qoy­du.
1725-ci il­də və­fat edən Pyotr özü­nə va­ris tə­yin et­mə­miş­di. Onu hə­yat yol­da­şı Ye­ka­te­ri­na əvəz et­di.
V.O.Klyu­çevski ya­zır ki, Pyotrdan son­ra döv­lət güc­lü ol­du, am­ma xalq ka­sıb idi. Ha­ki­miy­yə­ti döv­rün­də 4 min sə­rən­cam ve­rən Pyotr döv­lət büd­cə­si­nin 78-83 fa­i­zi­ni hər­bi iş­lə­rə yö­nəl­dir­di. Bu da verglə­rin yük­səl­mə­si­nə sə­bəb olur­du.  

 

Top