Ruslar tarixi qəhrəmanlar və böyük sərkərdələr cəhətdən çox da varlı deyillər. Ona görə istər rus çarları, istərsə də sovet çarlarının əmrilə tarixçi və publisistlər daim öz qələmlərilə bu boşluğu doldurmağa çalışırdılar. Və əgər XIX əsr çürük Osmanlı imperiyası olmasaydı, ümumiyyətlə Rusiya min il ərzində hər hansı bir döyüşdə qalib gələn sərkərdə nə olduğunu bilməyəcəkdilər. Ona görə bu xalq daim yalançı qəhrəmanlar və sərkərdələr düzəltməyi öz ideoloqlarına və sənətkarlarının qabağına tələb kimi qoyurdu.
Peterburqa qayıdanda Suvorova general-mayor rütbəsi verilir. Ümumiyyətlə götürdükdə, Suvorov bir sərkərdə kimi yalnız o dövrdə artıq tənəzzüldə olan türk imperiyası sərkərdələri üzərində qələbələri ilə tarixə daxil olur. Bu illərdə təzəcə evləndiyi arvadı Varvara İvanovna hədsiz sayda adamlarla intim əlaqədə olması nəticəsində Suvorov rüsvayçılığa dözə bilməyib arvadından ayrılmalı olur. Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı
Rusların tək-tük həqiqi döyüş komandanlarından biri də türk mənşəli Suvorovdur. Damarlarında türk qanı axan bu sərkərdə kiçik hərbçi ailəsində anadan olmuş, 17 yaşlarında Semyonovsk alayında fəaliyyətə başlamışdır. 1749-cu ildə podporuçik, iki il sonra serjant olur.
İlk döyüş sınaqlarını yeddiillik müharibədə keçirir (1756-1763). Rusiya bu zaman Liflandiya və Kurlandiya uğrunda isveçlilərlə qızğın döyüşlərdə idi. Bu zaman Suvorovu podpolkovnik rütbəsində Prussiyaya göndərirlər. Həmin ildə o, Sileziyanın alınmasında iştirak edir.
1761-ci ildə general Berqin yanında süvari alayının komandiri olur. Sonra Arxangelsk draqun alayına keçir. 1762-ci ildə Suvorov polkovnik rütbəsində Həştərxan alayına komandir təyin olunur. 1763-cü ildə Suzdal alayında ikən rus hərbi sistemində yenidənqurma başlayır.
Və bu zaman Suvorovun ideyaları ilk dəfə orduda tətbiq olunur. Suvorov sistemində ilk mərkəzi fiqur sıravi əsgərdir.
Lakin Suvorovun şəxsi hərbi məktəbi 1768-ci ildən başlayır. Onun alayı Smolenskini tərk edib, yeni Ladoqada polyak konfederatları ilə döyüşlərə başlayır. Alay tapşırıqları asanlıqla yerinə yetirir. Sonra sürətli bir gedişlə polyak Savvanın hissələrini əzir. Sonra Suvorov Dumurda mayın 13-də konfederatları təkrarən məğlub edir. O, polyak getmanı Oqinskinin Brestə hücum etdiyini eşidib ona doğru yeriyir. O, getmanı məğlub edib Lüblinə qayıdır. Lakin əvvəllər onun Krakovu həmlə ilə almaq cəhdi uğursuzluqla nəticələnir. Buna baxmayaraq, aprelin 12-də qala təslim olmağa məcbur olur.
O, 1783-cü ildə Noqay tatarlarının müqavimətini amansızcasına qırıb onları Rusiyaya təslim edir. Üç ildən sonra diviziya komandanı təyin olunur. 1788-ci ildə Fokşan və Rımnikdə türkləri məğlub etdiyinə görə müqəddəs Roma imperiyasının qrafı tituluna layiq görülür. İki il sonra İzmayıl qalasını türklərdən həmlə ilə aldığına görə feldmarşal olur. 1795-ci ildə 65 yaşlı sərkərdə Praqanı aldığına görə bir çox Avropa dövlətlərinin orden və medalları ilə təltif olunur. Avropada onun sərkərdəlik fəaliyyətinin ən parlaq nöqtəsi öz qoşunları ilə Fransadan Alp dağlarını keçib İtaliyaya gəlməsi olur. Və bu şücaətinə görə 1799-cu il oktyabrın 29-da ölümündən bir neçə ay qabaq generalissimus tituluna layiq görülür.