Hörümçək torları niyə asanlıqla çürümür?

Hörümçək torları niyə asanlıqla çürümür?

Bir çox insanın fobiyasına çevrilən hörümçəklərin ardından torları uzun müddət qalır. Aparılan bir araşdırmada, hörümçək torlarının uzun müddət çürümədən necə dayandığını ortaya qoydu.
Evimizin dib künclərində və çöldə heç kimin çöldə girmədiyi ərazilərdə gördüyümüz hörümçək torları kənardan təsir olmayanda orda da qalır. Təbii ki hörümçək torlarının da bir ömrü var. Ancaq uzun ömür sürürlər.
Uzun ömürlü hörümçək torları necə bu qədər dayanaqlıdırlar? Əslində hörümçək torları hörümçək növünə görə dəyişərək saatlarla və ya həftələrlə ölçülə bilən bir ömrü var. Bunu saxlayan amil,çürüməyə səbəb olan bakteriyaların hörümçək ipindəki azota asanlıqla çata bilməməsidir. Hörümçək torları niyə asanlıqla çürümür
Azot bakteriyaların ümumiyyətlə həm böyümə, həm də çoxalma üçün istifadə elədiyi bir qidadır. Bakteriyaların bu qidaya çata bilməməsi hörümçək torlarına bir növ saxta antimikrobiyal xüsusiyyətlər verir. Mütəxəssislərin fikrincə, əvvəlki bir araşdırma, hörümçək torlarının bakteriyaları tamamilə məhv edə biləcəyini ortaya qoydu. Ancaq 23 oktyabrda Eksperimental Biologiyanın dərc etdiyi  xəbərə görə hörümcəklər bakteriyaları öldürmək əvəzinə “müqavimət strategiyasını” istifadə edirlər .
Hörümçəklər torlarını bir ev kimi istifadə ilə yanaşı yemək və ov tutmaq üçün də istifadə edirlər. Torları zamanla ölü həşəratlarla dolur. Tordakı ölü böcəklər bakteriyaları da cəlb edir. Ancaq tədqiqatçılar, tor ilə birbaşa təmasda heç bir bakteriya nümunəsinin olmadığını söylədi. Tədqiqatçılar daha sonra bakteriyaların ipəkdəki azot ehtiyatına çatmasına mane olan təcrübələr həyata keçirtdi.
Tədqiqatçıların apardığı başqa bir təcrübə, ipəyi qida maddələri ilə islatmaq olmuşdur. Təcrübə azot çox olan yerdə bakteriyaların tor üstündə asanlıqla arta biləcəyini və hətta onu parçalaya biləcəyini göstərdi.


Mənbə: topic.az
Top