Molyuskalar tipi

Molyuskalar tipi

Molyuskalar(ilbizlər) tipi-Hazırda 130000 növü məlumdur. Onlardan Xəzərdə 118 növü qeyd edilmişdir.Molyuska sözünün mənası «yumşaq» deməkdir.
Xüsusiyyətləri

  •     Molyuskaların bədəni üçqatlı çanaq içərisində yerləşir.
  •     Bədən üç hissədən – baş, gövdə və ayaqdan ibarətdir.
  •     Bədən manti adlanan nazik dəri ilə örtülür.
  •     Manti hüceyrələrinin ifraz etdiyi mayedə olan kalsium duzlarından çanaq əmələ gəlir.
  •     Heyvanın bədəni ilə manti arasında manti boşluğu vardır.
  •     İkitərəfli simmetriyaya malikdirlər.
  •     Molyuskalar həzm, ifrazat, qan-damar, tənəffüs və sinir sisteminə malikdir.
  •     Molyuskaların bir hissəsi quruda, əksəriyyəti isə şirin sularda, dənizlərdə və okeanlarda yaşayır.
  •     Molyuskalar yosunlar və üzvi çürüntülərlə qidalanırlar, özləri isə balıqların qidasında mühüm rol oynayırlar.
Molyuskalar tipi                       Qarınayaqlılar sinfiQarınayaqlılar gölməçələrdə,durğun sularda,su bitkiləri üzərində olurlar.Qarınayaqlılar sinfinin nümayəndəsi olan böyük göl ilbizi durğun sularda, bitkilər üzərində yaşayır. Uzunluğu 3-4 sm-ə qədərdir. Bədənin önündə baş yerləşir. Başda ağız və iki lamisə çıxıntısı və onun dibində bir cüt göz vardır. Bədən xaricdən manti adlanan dəri qatı ilə, onun üzəri isə spiral şəkilli kirəc çanaqla əhatə olunmuşdur.Bədən baş,gövdə və2 ayaqdan ibarətdir.Ayaq bədənin qarın hissəsində yerləşir ki sinfin adı da buna uyğun olaraq verilib.Başın alt hissəsində ağız kənarlarında isə 2 çıxıntı yerləşir.Çıxıntılar hissetmə orqanı sayılır,bunlara toxunduqda ilbiz bağını və ayağını içəri salır.İlbizin qidasını su btkiləri təşkil edir.
Həzm sistemi
Ağız→Udlaq→Qida borusu→Mədə→Bağırsaq→Anus
İlk dəfə bunlarda qaraciyər əmələ gəlmişdir.
Tənəffüs sistemi
atmosfer havası ilə tənəffüs edir. Bədənin sağ tərəfində tənəffüs dəliyi olur.O suyun üzərinə  çıxır və bu dəliyi açır,nəticədə hava mantiyanın əmələ gətirdiyi cibə-ağciyərə daxil olur.O belə tənəffüs etməsi üçün 1 saatda 7-8 dəfə suyun üzərinə çıxır.
Qan damar sistemi
Ürək 2 kameralıdır.1 dəqiqədə 20-30 dəfə yığılır və qanı damarlara vurur.Qanı rəngsizdir.Qan damar sistemi açıqdır.
Qan→Ürək →damar→bədən boşluğu→damar→ağciyər→damar→ürək
İfrazat sistemi
1 ədəd böyrək vasitəsi ilə.
Sinir sistemi
Udlaq ətrafı sinir düyünləri vardır ki buradan da bütün orqanlara sinirlər gedir.
Çoxalması
Hermofroditdir.Yumurtalarını şəffaf selik içərisində su bitkilərinin üzərinə qoyur.Mayalanması çarpaz gedir.Yumurtadan nazikçanaqlı kiçik ilbizlər çıxır.


Mənbə: sirrler.blogspot.com
Top