Timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur.
Xarakterik xüsusiyyətləri
- Timsahlar isti yerlərdə yaşayaırlar,uzaqdan kərtənkələyə bənzəyirlər.
- Ön ayqlarında 5,arxa ayaqlarında 4 barmaq var.(18)
- Barmaq aralarında ya bütöv ya da qismən pərdə olur.
- Uzun quyruğu suda sükan rolunu oynayır.
- Güclü dişləri ,qüvvətli çənələri var.
- Yalnız üst çənə açılır.
- Dili alt damağa yapışıqdır.
- Gözləri,burnu və qulaqları başın üst tərəfindədir.
- Qurudu çətin gəzirlər,suda isə rahat üzürlər.
- Gündüzlər dincəlir,gece ov edirlər.
- Göz bəbəyinin qurluşu gecə rahat görməsinə səbəb olur.
- Dillərini çölə çıxarmırlar.
- Rəng korudurlar,rəngləri seçə bilmirlər.
- Ürəyi 4 kameralıdır.Mədəcəkdi tam arakəsmə var.
- Yumurta qoymaqla çoxalırlar.
- Beyinlərinin yalnız bir yarım kürəsi yatır,digərləri isə fəal və tətikdə olur.
- Yatarkən tək gözünü yumur.
Qidalanması
Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın.Gündüzlər dincəlir,gece ov edirlər.O «qurbanını» gözləyən zaman suyun altına çəkilib gizlənir. «Qurbanı» görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir.
Çoxalması
Yumurta qoymaqla çoxalırlar. Çütləşmədən sonra dişi, bir qumda açdığı çuxur içine qaz yumurtası iriliyinde 50 -80nə qədər yumurta qoyur. Yumurtaların üzərini qumla örtərək yaxınlarında növbə çəkər. Bəzən bu vaxt üç ay çəkir. Dişi bu vaxt ərzində heçbir şey yemədiyindən arıqlayır. Arabir erkək də dişinin yanına gəlir. Körpə balalar yumurta qabığını qırmağa başlayanda 20 metrə uzaqlıqda eşidilə bilən səslər çıxararaq analarını yardıma çağırırlar. Dişi, qumları açaraq yumurtalardan çıxmalarına yardım edir.Yumurtadan çıxmış yeni timsah həmin yumurtadan üç dəfə böyük olur.Yumurtadan çıxmiş timsah balası anasının ağzında tez suya daşınır. Ehtiyacı olan balalar ana və ataları tərəfdən 8 həftəlik bir müddətdə qorunurlar.Sonra isə müstəqil olaraq qidalanırlar,bir müddətədn sonra öz valdeyinləri belə onları tanımadığından ovlaya bilərlər.Orta yaş dövründə (70 il) erkəklərin uzunluğu 5 m, dişilər isə 3,5 m olur. Erkək timsahlar dişilərdən tez inkişaf edir. Cavan dişi timsah 15-17 ədəd, yaşlı dişi timsah isə 80 ədəd yumurta qoyur.
Timsahlar dəstəsinə aşağıdakı fəsilələr daxildir:
- Əsl timsahlar
- Alliqatorlar
- Qaviallar
Timsahlar və quşların simbioz həyatı
Nil timsahları digər timsahlar kimi qidalarını əsasən çeynəməmiş böyük loxmalarla udduğundan onların uzun iti dişləri arasında qida qalıqları qalır. Bu baxımdan sürü halında yaşayan Misir cüllütləri ilə timsahlar arasındakı simbioz diqqət çəkir. Belə ki, bu quşlar timsahların dişlərinin arasındakı ət parçacıqlarını yeyərək həm timsahların dişlərini çürüməkdən qoruyur, həm də özlərinə qida təmin edirlər.
Maraqlı faktlar
Mərkəzi Afrika Respublikasındakı Ubanqi çayında uzunluğu 4,5 m, kütləsi 420 kq olan nəhəng bir timsah tutulmuşdur. Ən iri timsahın kütləsi 600 kq-a çatır. Bu timsahların piyi yaşıl rəngdədir. Halbuki bütün heyvanların piyi sarıdır. Afrikalılara görə timsahların yaşını udduqların daşların sayı ilə təyin etmək olur.
Timsahlar suyun daha dərinliyində üzə bilmələri üçün daş udurlar.Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.
Osborn kaymanı ən kiçik timsahdır. Onun uzunluğu 120 santimetrdən çox olmur. Timsahın qulaqları, burnu və gözləri üzərkən suyun üzərində qalsın deyə, başının yuxarı hissəsində yerləşir.