Ördək cinsindən olan bu quş Çində və Yaponiyada yaşayır. 1830-cu ildə Avropaya parklardakı gölləri bəzəmək üçün gətirilib. Çində ali dövlət məmurlarına “mandarin” deyirlər. Mandarin ördəklərinə onların parlaq lələklərinə görə bu ləqəb verilib.
Çində bu quşa müqəddəs quş kimi baxırlar. Ana mandarin ördəyi çox həssas olur. Kənarda çubuqlardan, çör-çöpdən balaları üçün yuva tikir ki, suya düşməsinlər. Mandarin ördəyi yer kürəsində ən gözəl ördəkdir.
Ölçüləri kiçikdir, çəkiləri isə 0,4-dən 0,7 kiloqrama qədərdir. Mandarin ördəyinin erkəyi başqa ördəklərdən rəngi ilə fərqlənir.
Demək olar ki, bütün il boyu bu ördək nigah dövrünü yaşayır (sentyabrdan iyula qədər). Dişilər erkək ördəklərdən daha zərif görünürlər, amma onların lələklərində parlaq rənglər yoxdur.
Bütün ördəklərdən fərqləri budur ki, onlar ağaclarda yaşayırlar, həm də onların yuvalarını oyuqları 6 metrdən yuxarı hündürlükdə yerləşə bilər.
Bir tərəfdən, bu quşlar balaları üçün çox narahat görünürlər, hər bir ördək kimi üzməklə bərabər hündürlükdən də tullana bilirlər.