Qarğalar / Quzğunlar 200-300 il yaşayırlar?

Qarğalar / Quzğunlar 200-300 il yaşayırlar?

Mif: «Qarğalar müdrik heyvanlardır, 100-150 il yaşayırlar.»

Reallıq: Bir neçə yüz il yaşaya bilən tək bir qarğa növü belə yoxdur. Hətta qarğalar, insan ömrünün yarısı qədər belə uzun yaşaya bilməzlər. Bilinən onlarla Qarğa (Corvus cinsi heyvanlar) növünün və Quzğunların (Corvus corax növü qarğa) demək olar ki hamısının vəhşi həyatdakı ömürləri ən çox 15-20 ildir. Bəzilərinin ömrü yalnız 4-8 ildir. Ancaq çox xüsusi baxım altında, 30 ilə qədər yaşayanlar var. Qeydə alınan və bilinən ən uzun qarğa ömrü isə 40 ildir.

Məlumat 1: Qarğalar, Dünyanın dörd bir yanındakı mədəniyyətlərdə tez-tez mifologiyanın və dinlərin mövzusu olmuşdur, haqqlarında saysız hekayə yazılmış və bir çox məlumat uydurulmuşdur. Qarğalar, tünd rəngləri, çaşdırıcı səviyyədəki zəkaları və hiyləgərlikləri ilə hər zaman «ruhani dünya» nın bir qapısı olaraq görülmüş və insanlara bir mesaj çatdırdıqlarını güman etmişlər. Reallığı tam olaraq qəbul edə bilməyən insan növü də, bu quşları sıxlıqla hekayələrinin baş qəhrəmanı etmişdir. Xüsusilə qarğaların qidalanmaq üçün oğurlamaqda çəkinməməkləri, hər zaman "ölüm" və ya «pis ruhlar» ilə inteqrasiya səbəb olmuşdur, hətta Hollivud filmlərinə mövzu olmuşdur (Məsələn: The Crow filmi).

Məlumat 2: Böyük ehtimalla bu mif, qarğaların yüksək zəkaya sahib heyvanlar olmasından ötəri xalq arasında yayılmışdır. Ancaq Quşlar Sinifi içərisində həqiqətən uzun ömür axtarılırsa, Qarğalara deyil, Tutuquşulara baxmaq lazımdır. Bəzi tutuquşuların 80 ilə qədər yaşadıqları məlumdur.

BioFamily
Top