İti insandan üstün edən 13 fərq

İti insandan üstün edən 13 fərq

Heyvanlar arasında it insana ən sadiq canlıdır. Üstəlik, insanlardan fərqli və üstün xüsusiyyətlərə malikdir.

1. İnsan ona edilən pisliyi unutmur və intiqam alır. İt də unutmur, amma nə intiqam planları cızır, nə də intiqam alır.

2. İnsan həmişə daha çoxunu istəyir. İt bir parça sümük, yatacaq yer və bir az şəfqətlə kifayətlənir.

3. İt durduğu yerdə heç kimi öldürməz, yalnız özünü qorumaq və aclıqdan ölməmək, yəni həyatda qalmaq üçün bir cana qıya bilər. İnsan isə səbəbsiz belə, insan öldürə bilər.

4. İtin karyera ehtirası yoxdur.

5. Bir it dostuna quyu qazmaz.

6. İt birlikdə yaşadığı insanı tərk etməz, amma insan birlikdə yaşadığı iti tərk edə bilər.

7. İt ailə qurmur, insan isə sevir, münasibət qurur, nişanlanır və evlənir.

8. İnsanın 4 qan tipi var, itlərdə isə 13.

9. İt evə uyğunlaşır, bəzi insanlar isə evə uyğunlaşa bilmir.

10. İt yemək üçün insanı öldürməz, amma insan iti yemək üçün öldürür.

11. Bir insan bir uşağın ürəyini qıra bilər, amma bir it bir uşağa qarşı hər zaman nəzakətli davranır.

12. Bir itlə yaşayan insan istədiyi zaman tualetə gedir. Buna qarşılıq isə bir insanla yaşayan it tualetini edə bilmək üçün insanın onu çölə çıxarmasını gözləyər.

13. Bir itlə yaşayan insan istədiyi zaman yemək yeyə bilər. Amma bir insanla yaşayan it qarnını doyurmaq üçün o insanın yemək verməsini gözləyər.

ailem.az 
Top