Evdə pişik saxlamaq

Evdə pişik saxlamaq

Evdə pişik saxlamağın psixologiyamıza müsbət təsir etdiyi hamıya məlumdur. Belə ki, pişiyi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Amma bununla belə, bu kiçik dostlarımızı evdə saxlayarkən bəzi problemlər də qaçınılmazdır. Əgər siz də evdə pişik saxlayırsınızsa verəcəyimiz məsləhətlər işinizə yarayacaq.

Təmizliyi unutmayın
Evdə pişik saxlayırsınızsa daha çox təmizlik məsələsinə diqqət etməlisiniz. Çünki pişik olan ev tez-tez kirlənir və mikrobları özünə cəlb edir. Xüsusilə də, onların tükləri evin hər yerinə tökülür. Lakin bununla belə, gözünüz qorxmasın. Hər gün evinizi təmizləyib, tozsoranlayıb, silsəniz heç bir problem olmaz.

Pişik tükləri üçün fırça istifadə edin
Evinizdə pişik saxlayırsınızsa geyimlərinizi tüksüz təsəvvür etmək mümkün deyil. Pişiklərinizin tüklərini az tökməsi üçün onları tez-tez sərt olmayan fırça ilə darayın.

Pişiklərinizin dırnaqlarını kəsin
Pişiklərin ən sevdiyi iş heç şübhəsiz ki, evdə olan yumşaq əşyaları cırmaqlamaqdır. Əşyalarınızın sağlam qalması üçün onların dırnaqlarını kəsin.
Top