Keçən əsrin 20-ci illərdində Yellowstone Parkından bütün canavarları yox etmişdilər, səbəb sadə idi — canavarlar yırtıcıdırlar, maral, ceyran və.s kimi canlıları məhv edirlər. 1995-ci ildə canavarlar həmin parka yenidən qaytarıldı.
Bu 70 ildə nə baş vermişdi?
1. Maralların sayı həddən çox artmışdı. İnsanlar nə qədər də bu artımı nizamlamaq istəsələr də uğurlu olmamışdılar.
2. Marallar yamaclardakı otları və cavan ağacları elə gəmirirdilər ki, park səhraya dönmə təhlükəsi ilə üz üzəydi.
Amma canavarları geri qaytardılar. Canavarlar bu parka həyat verdilər.
1. Maralların sayı normallaşdı, azaldı.
2. Maralların davranışı dəyişdi. Onlar artıq parkın rahatca ovlana biləcəkləri yerlərində görünmədilər (vadilər və dərələr). Bu ərazilərdəki otlar ağaclar əməlli böyüdü, 10 ildə boş ərazilər meşəyə çevriləməyə başladı.
3. Bu baş verdikdə quşlar həmin ərazilərdə məskən saldılar. Mahnı oxuyan quşlar, köçəri quşlar. Ağacla qidalanan qunduzlar peyda oldu. Canavarlar çaqqalları məhv etdilər. Beləcə dovşanlar və siçanlar artdı. Tülkülər də artdı. Qurdlardan qalan artıq qidaya toplaşan qarğa-quzğun sayı artdı.
4. Bitkilərin artması və meşələşmə səbəbiylə erroziya azaldı, çaylara töküntülər azaldı, çaylar daha stabilləşdi.
Canavarları təbiətə qaytarmaqla böyük bir ekosistem məhvdən xilas oldu