Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.
Məsələn, atlar dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
İtlər ürək-damar sistemini gücləndirir, qısa müddətdə depressiyadan çıxmağa kömək edir. Bu heyvanlar öz sahiblərində xərçəng şişlərini erkən mərhələdə üzə çıxarır.
Pişiklər isə sahiblərini nevroz və depressiyadan müalicə edir. Arılar insana çıxıqlar və radikulit zamanı kömək edir. Müalicəni bu həşəratların istehsal etdiyi bal və propolis təmin edir.
İlan zəhəri də çox xeyirlidir. Onu damar və oynaqların müalicəsində istifadə olunan bəzi gellərə və losyonlara əlavə edirlər.
Azərtac