Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:
Ən böyük öküz
Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.
Ən böyük timsah
Şəkildə altı metr uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın mövcudluğunu təsdiqləyib.
Ən böyük ilan
Dünyanın ən böyük ilanı Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqram ola bilər.
Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.
Bildirək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.
Ən böyük at
Dünyada ən böyük at «Sampson» ləqəbli atdır. Onun hündürlüyü iki metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.
Qeyd edək ki, hazırda yaşayan atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu yeniləyə bilməyib.
Ən böyük dovşan
Böyük Britaniyanın Sasseks qraflığında «Ralf» ləqəbli dörd yaşlı dovşan «Dünyanın ən kök dovşanı» tituluna sahibdir.
Ralfın sahibi Paulina Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir metrdən çox olduğunu deyir.
Ən böyük hörümçək
Yalnız sonluqlarının ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük hörümçək Terafoza Blonda olar.
O, qurbağa, kərtənkələ, siçan və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib.
Ən böyük köpəkbalığı
Bu gün köpəkbalıqları arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.
Bildirək ki, bəzi köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur.
Ən böyük ayı
İndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə asanlıqla ikinci mərtəbəyə boylana bilər.
Ən böyük meduza
Dünyada ən böyük meduza arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.
Ən böyük vəhşi pişik
Şir və dişi pələngin törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar, rastlaşmır.
Bu törəmənin dünyada ən böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir.
Ən böyük böcək
Ən böyük, rekordçu böcək «Titanus giganteus»dur. Ən böyük təmsilçi barədə dəqiq məlumat isə yoxdur.
Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17 santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir.
Ən böyük tısbağa
Dünyada ən böyük tısbağa qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600 kiloqrama çata bilər.
Lakin 916 kiloqram çəkiyə malik tısbağanın tapıldığı məlumdur.
Qeyd edək ki, bu, Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur.
Ən böyük uçan quş
Təkcə qanadlarının uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.
Bəzilərində qanadların uzunluğu 310 santimetrə çata bilər.
Mənbə:salamnews.org