Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir.
Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir.
Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlılarısudansüzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.
Flaminqolar koloniyada cüt-cüt yaşayırlar. Cütlər hər il törəmirlər. Törəmək üçün müəyyən dövr yoxdur. Yağış yağan zaman cütləşmə üçün uyğun olur. Çünki yuvanın istehsalı yağış yağdığı dövrlərdə daha asan olur. Ayrıca, bu dövrdə qida tapmaq da asanlaşır. Flaminqoların yuvaları vulkan şəklindədir. Yuva quran flaminqolar palçıq, kiçik daş parçaları və tökülmüş lələklərdən istifadə edirlər.
Burada maraqlı və əhəmiyyətli cəhət ondan ibarətdir ki, quşun istifadə etdiyi bu qarışıq çox tez quruyur. Yuva 30 sm hündürlüyündə olur. Yuvanın hündür olması suyun yüksəlməsi zamanı yumurtanısudanqoruyur. Flaminqolar yaxşı üzgüçüdürlər. Pərdəli ayaqları üzmələrini asanlaşdırır. Ayaqların yastı və geniş olması sayəsində flaminqolar yumşaq palçıq üzərində belə batmadan asanlıqla gəzirlər.