Səhraların möcüzəvi canlısı | Dəvə

Səhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?
Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?
Dəvələr haqqındakı Quran möcüzəsi necədir?
Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
Uca Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə Rəbbimizin mükəmməl yaratma sənətini göstərən möcüzəvi xüsusiyyətlərə malikdir.
 Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub
Dəvələrin yaşadığı qızmar səhralarda temperatur yüksək olmasına baxmayaraq, buxarlanacaq su olmadığına görə rütubət çox azdır. Rütubətin bu qədər az olduğu mühitdə dəvə nəfəs alarkən havadakı rütubəti itirməməlidir. Ona görə, uca Allah dəvələrin burnunu böyük, qırışlı və süngərəbənzər toxuma ilə örtülü yaratmışdır. Bu qüsursuz burun quruluşu sayəsində dəvələr havadakı rütubətin 66%-ini saxlayırlar. Beləliklə, nəfəs aldıqda 40°C-dən yuxarı temperaturu 20°C-yə qədər azaldaraq ağciyərləri üçün əlverişli edirlər.
Dəvələrin burnundakı bu sistemdən ilham alan elm adamları dəvədəki bu sistem kəşf edilməzdən əvvəl heç təsəvvürlərinə belə gətirmədikləri layihə üzərində işləyirlər: səhrada meşə salmağı və Saxara səhrasını nəhəng elektrik stansiyasına çevirməyi planlaşdırırlar. Layihəyə əsasən, səhranın 1%-dən bir az böyük sahədə hasil ediləcək enerji bütün dünyadakı elektrik stansiyalarının birlikdə hasil etdiyi enerji miqdarına bərabər olacaq. Dizayn edilən sistemdə səhranın ətrafındakı okean və dənizlərdən götürülən su duzdan təmizlənəcək, güzgülər vasitəsilə əldə edilən günəş enerjisi sayəsində nasos və borularla səhraya gətiriləcək və su dəvənin burnundan ilham alınaraq qurulan bir sistemlə bitkilərin köklərinə veriləcək. Strateji yerləşdirilən bəndlər isə istixananı sərin saxlayaraq bitkilərin böyüməsi üçün ideal temperatur meydana gətirəcək.  Bu sayədə buxarlanmanın və sızmanın səbəb olduğu su itkisi ən az səviyyəyə endiriləcək və səhranın bəzi sahələri 8°C-yə qədər soyudulacaq. Göründüyü kimi, dəvələrin burnundakı mükəmməl sistemdən ilham alan elm adamları uca Allah’ın üstün yaratma sənətindən nümunə götürürlər.

Dəvələr 10 dəqiqədə 130 litr su içmələrinə baxmayaraq, həyati funksiyalarını necə itirmirlər?

Ağlasığmaz xüsusiyyətlərə malik olan dəvələr qızmar səhrada uzun müddət susuz yaşayacaq şəkildə yaradılıblar. 10 dəqiqədə 130 litr su içən dəvələr günlərlə davam edən səfərlərində ehtiyacları olan mayeni mədələrində toplayırlar. Normal şəraitdə bir çox məməli heyvan temperatur yüksək olduqda soyumaq üçün tərləyir. Bu şəkildə, bədənlərindəki su qısa müddətdə tər şəklində xaric olunur. Ancaq dəvələr tərləmək əvəzinə bədən temperaturlarını normal şəraitdəkinə nisbətən11°C artırırlar. Beləliklə, bədənlərindəki suyu uzun müddət saxlayaraqsudan maksimum dərəcədə faydalanırlar. Bir insanın normal bədən temperaturu 37°C-dir. Bədən temperaturunda dəyişikliklər olduqda ölümcül nəticələr verir. Lakin uca Allah’ın mükəmməl yaratması ilə dəvələr bu prosesi problemsiz həyata keçirirlər. Səhra həyatına uyğun yaradılmış dəvələrdəki bu mexanizmdə digər diqqətçəkən cəhət isə dəvənin 130 litr suyu 10 dəqiqədə içdiyi halda, həyati funksiyalarını davam etdirməsidir. Qandakı suyun miqdarı həddindən artıq artmasına baxmayaraq, dəvənin həyatının təhlükəyə girməməsi heyrətamizdir. Üstəlik, dəvələr bu qədər çox su içərək qanlarının həcmini 30% azaldırlar. Başqa canlının qan dövranı qanın bu qədər azalmasına tab gətirə bilməz. Çox su içdikdə qandakı su miqdarı digər maddələrə müqayisədə artır. Qan hüceyrələrinin içində daha az su olduğuna görə, hüceyrə kənardan su sormağa başlayır. Beləliklə, hüceyrələr həddindən artıq şişərək partlayır və ölümə səbəb olurlar. Z. Etzion və R. Yagil adlı bioloqlar dəvələrin bu qədər çox su içib necə həyatda qaldıqlarını araşdırmış və susuz qalmış dəvənin içdiyi suyu birbaşa qan damarlarına ötürdüyünü, digər bütün orqanların bu dəyişikliyə görə tənzimləndiyini müəyyən etmişlər.
Dəvələr qandakı suyun miqdarını həddindən çox artırdıqları halda, hüceyrələrinin partlamasının qarşısını alan amil qan hüceyrələrini örtən xüsusi zülal təbəqəsidir. Bu təbəqə osmos səbəbi ilə şişən hüceyrələrin divarlarının gərilməsinin qarşısını alır, hüceyrələri parçalanmağa qoymur.  dəvələrin həyatını davam etdirməsi üçün hüceyrələrini şişərək partlamaması üçün oval formada yaratmışdır.
 Möcüzəvi şəffaf göz qapağı
Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. dəvələrin göz qapaqlarında ən mükəmməl şəkildə təcəlli edir və şəffaf göz qapaqları ilə dəvənin yeriyərkən görməsinə səbəb olur. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur.

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
Dəvələrin həzm sistemini səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaratmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər. Uca Allah’ın yaratdığı güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində belə maddələri asanlıqla yeyə bilirlər. Əlbəttə, hər şeyi həzm edən güclü mədələri də buna kömək olur. Mədə seliyinin parçalayıcı təsiri ilə ən bərk maddələri də həzm edirlər. Digər məməlilərin mədəsi 1 kameralı olur, dəvələrin isə mədəsinin 800 kamerası var. Qida və su bu kameralarda saxlanılır.  Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalar vasitəsilə digər canlıların həzm edə bilmədiyi sellülozanı asanlıqla həzm edirlər. Rəbbimizin yaratdığı bu üstün xüsusiyyətlər sayəsində normal şərtlərdə gündə 30-50 kilo qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər.
Dəvələrin böyrəkləri də yaradılış möcüzəsidir. Dəvələrin böyrəkləri səhra şəraitinə uyğun olaraq az miqdarda maye ilə işləyirlər. Dəvələr möcüzəvi xüsusiyyətə malik böyrəkləri sayəsində su tapmadıqda, duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı da digər heyvanlardakından daha uzundur. Beləliklə, daha çox su geri sorulur və su itkisi az olur. Beləcə, su qıtlığı zamanı gündəlik 5-10 litrlik sidik ifrazını 90% azalda bilirlər. Normal şərtlərdə məməlilərin böyük hissəsi böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə vəziyyət fərqlidir. Dəvələrin böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yollasudanvə qidalardan maksimum faydalanırlar. Dəvələrin orqanlarındakı hər mükəmməl təfərrüat bütün üstün sifətlərin sahibi uca Allah’ın qüdrətini göstərir.
 Hamiləlik və balaya süd verilməsi
Dəvələrin hamiləlik müddəti 13 aydır. Bala dəvələr, əsasən, qış fəslində doğulurlar. Doğuş vaxtı quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1.5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır.
 Tibbin yeni ümidi: dəvə qanı və şəfa mənbəyi dəvə südü
Sonsuz elm sahibi uca Allah’ın səhrada insanların xidmətinə vermək üçün yaratdığı dəvələr, elm adamlarının fikrincə, tibbin gələcəyini işıqlandırır. Çünki bir müddət əvvəl elm adamları yalnız dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyətini kəşf ediblər. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər.
Dəvə qanı ilə yanaşı, əsrlərdir səhradakı köçərilər tərəfindən qida kimi istifadə olunan dəvə südünün faydaları da çoxdur. Uca Allah’ın möcüzəvi xüsusiyyətlərlə yaratdığı dəvələrin südü insanlar üçün şəfa mənbəyidir. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Vitamin və minerallarla zəngin olan dəvə südü yeni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autist xəstələrə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən, üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir.
 Quran möcüzəsi: sapsarı erkək dəvə sürüləri
Elm adamlarının günəşdə baş verən partlayışları tədqiq etməsi bir Quran möcüzəsini də üzə çıxarıb. Tədqiqatlar nəticəsində günəşdən püskürmə ilə yüksələn alovların yanan bir sarayın ətrafını işıqlandırması kimi 4 milyard km2-ə qədər sahəni işıqlandırdığı müəyyən edilib. Üstəlik, bu alovların ikihürgüclü dəvə formasında olduğu görülüb.
Şəkillərdən göründüyü kimi, alovlar dəvə sürülərinə bənzəyir. Elm adamlarının əldə etdiyi bu son məlumatlar Quranda “Mursəlat” surəsinin 32-ci və 33-cü ayələrində belə xəbər verilmişdir:
 “Hərəsi hündür imarət həcmində qığılcımlar püskürür. O (qığılcımlar), sanki sarı dəvə sürüləridir.” (Mursəlat surəsi, 32-33)
Elm adamları dövrümüzdə apardıqları tədqiqatlar nəticəsində günəşdən kosmosa püskürən saray kimi nəhəng alovların dəvə sürüsünə bənzədiyini müəyyən ediblər. Lakin bu fakt Qurani-kərimdə əsrlər əvvəl açıqlanmışdır.
Top