İnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.
Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.
Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir.
Yağışa aldanmayan kiçik canlı
Ağcaqanadlar yağışlarla birlikdə törəməyə başlayan canlılardır. Ancaq bəzi ağcaqanad növləri yumurtlama dövrlərinin gəlməsinə baxmayaraq, ilk yağışdan sonra deyil, ikinci, hətta üçüncü yağışlardan sonra yumurtlayırlar. Bu tədbir sayəsində ağcaqanad öz nəslini qoruya bilir.
Ağcaqanadların yumurtlamasını gecikdirmələrinin əhəmiyyətli bir səbəbi var. İlk yağışlarla yaranan nəmişliyin və yerüstü suların qısa zamanda quruma ehtimalı çox yüksəkdir. Bu isə sürfələrin quruda qalmaları, bu səbəbdən, inkişaf edə bilməmələri deməkdir. Bu, bir ehtimaldır, ancaq ağcaqanad bu ehtimalı əvvəlcədən bilirmiş kimi hərəkət edir. İlk yağışa aldanmır və yumurtlamaq üçün sonrakı yağışları gözləyir.
Bu vəziyyət belə bir sual meydana gətirir: ağcaqanad ilk yağış nəticəsində torpaqdakı nəmin kifayət etməyəcəyini, su yığıntılarının qısa zamanda quruyacağını haradan bilir? Ağcaqanad belə bir tədbir görmək üçün buxarlanma prosesindən xəbərdar olmalı və: “Bu, ilk yağışdır, zamanla torpağın içindəki və səthindəki su buxarlana bilər, buna görə, yumurtlamaq üçün bir müddət daha gözləməliyəm”, – deyə ciddi şəkildə düşünməlidir.
Ancaq bütün bunların ağlı və şüuru olmayan bir ağcaqanad tərəfindən düşünülməsi, əlbəttə ki, qeyri-mümkündür. Yalnız bir neçə həftə yaşayan hər dişi ağcaqanad ehtiyacı olan məlumatları doğulduğu andan bilir. Bəs bu məlumatları onlara kim öyrətmişdir?
Çətin günlərdən sağ çıxmağı bacarmaq…
Ağcaqanadlar yaz və ya payız aylarında yumurtlayırlar. Temperatur ağcaqanad sürfələrinin inkişaf etməsində əhəmiyyətli rol oynayır. Temperatur müəyyən dərəcəyə çatdıqda (ən az 1000C, ən çox 3000C) inkişaf sürətlənir, bu temperatur yüksək olduqda inkişaf ya zəifləyir, ya da sürfə ölür.
Sürfələrin bu həssas vəziyyətlərinə görə yumurtalar quraqlığa və soyuğa qarşı davamlı olurlar. Lazım olan şərait meydana gəlməsə, çatlamadan yağışların yağmasını və hava temperaturunun müəyyən dərəcəyə çatmasını gözləyirlər.
Müddətinin bitməsinə baxmayaraq, çatlamayan və uyğun hava temperaturunu gözləyən bir yumurta!..
Möcüzəvi tədbir: istilik-nəm sığortası
Lazım olan şərait yaranmasa, yumurtanın inkişafı dayanır. Bu, bir ölüm növü deyil, yalnız şərait yaxşılaşana qədər alınmış tədbirdir. Ümumiyyətlə, yumurta mərhələsindəki bu gecikmə hərəkətinə diapoz deyilir.
Yumurtanın böyüməsi üçün lazım olan nəm və istilik kifayət etmədikdə inkişaf dayanır və yumurta pozulmadan illərlə varlığını davam etdirir. Yəni yumurtada bir növ istilik-nəm sığortası var. Uyğun şərait olmadıqda sığorta dövrəyə girir və yumurtanın inkişafını dayandırır.
Bu xüsusiyyət ağcaqanadın nəslinin davam etməsi baxımından çox əhəmiyyətlidir. Məsələn, səhra ağcaqanadı 1-2 il sonra çatlaya bilən qalın qabıqlı yumurtalar yumurtlayır. Bu yumurtalar pozulmadan illər sonra çatlayır və içindəki sürfələr, sanki heç bir şey yoxmuş kimi, inkişaf mərhələlərini tamamlayırlar.
Ağcaqanaddakı proqramlaşdırma
Məlum olduğu kimi, ağcaqanaq embrionları bir proqrama görə hərəkət edirlər. Bu proqram embrionun ana bətnində və ya yumurtada keçirdiyi inkişaf proqramıdır və bir cəhətdən kompüter proqramına bənzəyir. Proqramın bütün detalları isə hüceyrə nüvəsində olan DNT molekulunda yazılmışdır.
Ağcaqanadlarda da bu proqramdakı əmrlər tətbiq olunur və lazım olduqda yumurtaların inkişafı dayanır.
Ancaq burada vurğulamaq istədiyimiz vacib bir məqam var: embriondakı bu proqram necə meydana gəlmişdir?
Embrionu meydana gətirən hüceyrələrin hər biri bu proqrama itaət edir və birlikdə hərəkət edərək inkişafı dayandırırlar.
Bütün hüceyrələr Allah’ın ilhamı ilə hərəkət etdikləri üçün bu şüurlu hərəkətləri edə bilirlər.