Nəsli tükənmiş heyvanlar

Nəsli tükənmiş heyvanlar

1. Yura dövrünün sonları (150 milyon il əvvəl) ilə pro-kalkoltik dövrünün sonu ( 6 milyon il əvvəl) arasında yaşayan T-Rex dünyada ən böyük ətyeyən heyvan olub. Təxminən 7 metr boyu və 4,7 ton çəkisi olan T-Rex güclü arxa ayaqları üzərində gəzirdi. Böyük quyruğu ilə müvazinətini saxlayırdı. Ən çox diqqət çəkən dinozavr növü kimi seçilir. Dişiləri erkəklərindən daha güclü idi və bir dişləmədə 250 qram sümüklü ət yeyə bilirdi.

2. Yarı zebra, yarı at olan Kuaqqa 1883-ci ildən bəri Cənubi Afrikanın Keyp vilayətində və “Orange Free” əyalətində geniş yayılmışdı. Bədəninin ön hissəsindəki parlaq cizgiləriylə digər zebralardan ayırd edilirdi. Adının mənası zebra mənasını verir. Kuaqqalar ətləri və kürkləri üçün nəsli tükənənə kimi ovlanıblar. Sonuncusu 1970-ci illərin sonlarında ovlanmışdı. Fərqli növlərdən olduğu tam olaraq bilinmədiyi üçün ovlanmışdı. Nəsli tükəndikdən sonra ilk heyvandır ki, üzərində DNA testi edilib.

3. Silakine — Tasmaniya canavarı hesab edilən Silakine 1936-cı ildən bəri ən böyük kisəli ətborulu heyvanı idi. Avstraliya və Yeni Qvineyada yaşayan bu heyvanının nəslinin 20-ci yüzillikdə tükəndiyi düşünülür. Tasmaniya qurdu, canavarı və ya Tazii olaraq tanınır. Bəzi növlərinin qalıqları tapılsa da, Silakine soyadı nəslinin sonuncu üzvü bu idi. “Silakine”nin nəsli Avstraliyada Avropa düşərgəsi qurulmasından minlərlə il əvvəl tükəndiyi düşünülsə də, Tasmaniyada bəzi geniş yayılmış növləriylə həyatda qalmağı bacarmışdılar. Həddən çox ovlanmaqla yanaşı, itlərin hücumu, xəstəlik, insanların bu ərazilərdə  yaşamağa başlaması bu canavarın nəslinin tükənməsini sürətləndirdi. Rəsmi olaraq tükəndikləri deyilsə də hələ də görüldükləri bildirilir.

4. Stellerin dəniz inəyi -  Səyahət edən təbiətşünas  Corc Steller tərəfindən 1741-ci ildə Berinq dənizinin Asiya sahillərində tapılmışdı. 7,9 uzunluğu və 3 ton ağırlığında olan dəniz inəyi dəniz ayısına bənzəsə də, 2 ön ayağı və balinalar kimi bir quyruğu var. Stellerin dediklərinə görə bu heyvan heç vaxt sahilə çıxmaz. Dərisi qalın və qaradır. Ancaq dənizdə yaşayır. Başı bədəninə nisbətən çox balacadır. Dişləri olmasa da ağzında alt və yuxarıda üzbəüz iki ağ sümüyü var. Həmin yerlərdə insanların yaşamağa başlamasıyla nəsil tükənmələri sürətlənmişdir. Hələ də Qvineya və Qrinland sahillərində göründüyü deyilir.

5. İrlandiya maralı təxminən 7 min 700 il əvvəl yaşamış ən böyük maraldır. Avrasiya, Oradita, Baykal gölü şərqinə qədər geniş bir yerdə yaşadığı deyilir. Arxeoloji tapıntılar zamanı tapılan qalıqlarının Miladdan 7 min 700 il əvvələ aid olduğu düşünülür. Buynuz aralığı 3,65 metr və çiyin uzunluğu 2,1 metrə çatır. Tez-tez ovlanması və böyük buynuzlarının meşədə hərəkətinə mane olması nəsillərinin tükənməsinə səbəb olub.

6. Xəzər canavarı — Qərb canavarının ən məşhur növü olan Xəzər canavarı üçüncü ən böyük canavardır. Pers canavarı da adlandırılan bu canavarın İran, İraq, Əfqanıstan, Türkiyə, Qazaxıstan, Tacikistan, Türkmənistan kimi yerlərdə olduğu deyilir. 1970-ci illərdə nəsli tükənib. Bədəni qalın, pəncələri geniş, ayaqları güclü, dırnaqları uzun olub. Qulaqları balaca və tüksüzdür. Yanaq bölgəsi olduqca tüklüdür, digər yerlərdəki tükü uzun və qalındır. Rənglərinə görə Benqaliya canavarına bəznəyir. Erkəkləri olduqca böyük — 169-240 kilo ağırlığında, dişiləri isə daha balaca — 85- 135 kilo ağırlığındadır.

7. Avropanın ən məşhur nəsli tükənmiş heyvanlarından biri olan çöl öküzü olduqca iri bir öküzdür. Hindistan sahillərində 20 milyon il ortaya çıxmış və 250 min il öncə Orta Şərq və Asiyanın daxilinə doğru köç edib Avropaya gəlib çıxıblar. 1564-cü ildə kral ailəsinə məxsus sadəcə 38 üzvü qalmışdı. Sonuncü üzvü dişi idi və 1627-ci ildə Polşanın Yaktorov meşəsində ölüb. Stokholmda Livrusda saxlanılır. 1920-ci illərdə Heinz və Lutz Hek adlı iki alman bu öküzün nəvəsi sayılacaq çöl öküzü növündən yenisini yaratmağa çalışıblar. Ancaq bu yeni yaradılan öküzün fərqli olduğu deyilirdi.

8. Böyük Pinqvin — 75 santimetr boyu və təxminən 5 kilo ağırlığı olan bu pinqvin ən böyük pinqvin hesab olunur. Tükləri ağ və parlaq qara rəngdədir. Kanada, İslandiya, Norveç, Böyük Britaniya  adalarında çox ovlandığı üçün nəsli tükənib.

9. Mağara pələngi  - 2 min əvvəl yaşamış ən böyük pələnglərdən biri. Avropa və ya Asiya  pələngi olaraq tanınır. Almaniyada tapılan erkək pələngin 1,2 metr çiyin uzunluğu,  quyruğu istisna olmaqla 2,1 metr uzunluqda bədəni var. Müasir pələnglərdən 5-10 faiz daha iridir. Nəslinin 10 milyon il əvvəl tükəndiyi deyilsə də, son araşdırmalar Balkanlarda 2 min il öncə tükəndiyini ortaya çıxarıb.

10. Dodo nəsli tükənən heyvanların ən məşhurudur. Mavritius adasında yaşayan uça bilməyən quşdur. Göyərçin və qumru quşlarıyla qohumluğu olan bu quş  1 metr uzunluğundadır,  meyvələrlə qidalanır və yerdən yuva qururdu. İnsanların təsiriylə nəsli tükəndiyi deyilir.

 

Yazar: Fərizə Əhmədova

Top