Okean ilbizləri — 507 yaş. Şimali Atlantik okeanında yaşayır.
Nəhəng Aldabra tısbağası — 256 yaş. Advaita adlı bu tısbağa 1750-ci ildə doğulub, 2006-cı ildə ölüb. 1875-ci ildə hədiyyə olaraq, Hindistana gətirilən bu tısbağa Kalkuta şəhərində zooparkda yaşamışdı. 2005-ci ildə isə Aldabra nəhəng tısbağası adlandırılmışdı.
Mirvari ilbizləri – 250 yaş. Ən keyfiyyətli mirvariləri xaric edən bu mollusklar 250 il yaşayıblar.
Koi balığı — 226 yaş. Ulu atası sazan balığı olan bu balıq növü sazan kimi yaşıl yox qırmızı, ağ, qara və gümüşü rəngdədir. Sazan balığından fərqli olaraq daha zərifdir. Axıntının tərsinə üzməsiylə tanınan şirin su balığıdır.
Qırmızı dəniz şabalıdı — 200 yaş. Sakit okeanının Şimali Amerika sahillərində rastalan bu dəniz şabalıdlarının 200 illik ömrü var.
Lamellibraçia luymesi — 170 yaş. Heyvana elə də çox bənzəməyən bu canlı su altında yaşayan qurd növüdür. Meksika körfəzinin 800 metr dərinliklərində soyuq və qaranlıqda 170 il yaşayan bu canlı çox yavaş-yavaş böyüyür və 3 metr uzunluqdadır.
Geoduk — 168 yaş. Sakit okean sahillərində olan Amerika, Kanada və Yaponiyada görünən bu qəribə heyvan əslində duzlu bir su qabıqlısıdı. Burnu 2 metrə qədər uzanır və dəniz qabıqlıları içərisində ən uzun ömürlü olanıdır.
Narıncı rafi — 149 yaş. Parlaq narıncı rəngi olan bu balaca canlı okean sularında yaşayır. Öləndə rəngi dəyişib sarı olur.
Mersin balığı — 125 yaş. Həm şirin, həm də duzlu suda yaşayan Mersin balıqları gəncliklərini şirin suda keçirib sonra duzlu suya köç edirlər. Yetkin olduqda cütləşmək üçün yenidən şirin suya geri dönürlər. 1 tondan ağır olduqları üçün dünyanın ən böyük şirin su balıqları hesab edilir.