ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

Arılar pətəklərini ikitərəfli tikirlər. Altıbucaqlı prizma formasındakı pətək yuvaları dibdə digər tərəfin yuvaları ilə birləşir. Arıların inşa etdiyi pətəklər hər cəhətdən qüsursuz dizayna malikdir. Ancaq pətək yuvalarının birləşmə hissələrində başqa bir dizayn möcüzəsi var.

Arı pətəyinin quruluşunu tədqiq edən elm adamları ağlasığmaz riyazi hesablamalara heyran qalırlar. Çünki bu həddindən artıq mürəkkəb riyazi əməliyyatlar tələb edən bir dizayndır. Koniqin apardığı hesablamaya əsasən ən qüsursuz pətək üçün dibdəki bucaqlar 109 dərəcə 26 dəqiqə və 70 dərəcə 34 dəqiqəlik olmalıdır.

Bəs arılar pətəklərini hansı bucaq altında hörürlər?  https://www.youtube.com/watch?v=EOU9TpSD-DM

Aparılan ölçmələrdə arıların pətək inşa edərkən düz 109 dərəcə 28 dəqiqəlik və 70 dərəcə 32 dəqiqəlik bucaq ölçüsündən istifadə etdiyi məlum olmuşdur. Bu demək olar ki, inanılmazdır. Çünki ağlı, şüuru və təbii ki, heç bir riyazi təhsili olmayan arılar qeyri-mümkün olanı bacarır, yalnız riyazi dühaların həll edə bildiyi hesablamanın öhdəsindən gəlirlər. Koniqin hesablaması ilə arıların hesablaması arasında cəmi 2 dəqiqəlik fərq var. Və arılar pətəklərini inşa edərkən nəzərəçarpmayan, cüzi xətaya yol verirlər.

Amma işin ən maraqlı cəhəti bir müddətdən sonra ortaya çıxdı. 

Şotland riyaziyyatçı Kolin Maklorin sözügedən hesablamanı yenidən apardı və əldə etdiyi nəticə elm dünyasında böyük təəccüblə qarşılandı. Çünki Maklorin arıların istifadə etdiyi bucaq ölçüsünün tamamilə doğru olduğunu, pətəklər üzərində ilk tədqiqatı aparan Koniqin və onun tədqiqat qrupunun hesablamalarında istifadə etdiyi loqarifm cədvəlindəki xətaya görə səhv nəticə aldıqlarını açıqladı.

Bir sözlə, məlum oldu ki, arıların hördüyü pətəklərdə heç bir səhv yoxdur. 1/30 dərəcəlik səhv arıların deyil, elm adamlarının səhvidir.

Üstün elm sahibi olan Allah bütün digər canlılar kimi, arıları da sahib olduqları üstün qabiliyyətləri ilə birlikdə yaratmışdır.

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Top