Atlar və insanlar

Atlar və insanlar

Bəzi atlar həm ağılları, həm də iradələri ilə seçilirlər. Onları seçmək üçün at təlimçiləri horseqəribə bir üsuldan istifadə edirlər. Atlara ancaq fit səsi eşidəndə su içməyi öyrədirlər. Bu mərhələdən sonra atları günəşin altında tikdikləri tövləyə salırlar və atları susuzluqdan yanana qədər bu tövlədə saxlayırlar. Sonra təlimçilər tövlədən bir qədər kənara(üstəlik, atları görə biləcəyi bir yerə) su qoyurlar və atları tövlədə bir qədər də saxlayırlar. Nəhayət, təlimçilər tövlənin qapısını açırlar və qapı açılar-açılmaz atlar suya tərəf qaçırlar. Ancaq bir neçəsi başlarını qaldıraraq gözləyirlər. Ta ki… Ta ki fit səsini eşidənə qədər. Artıq bu atlar seçmə atlardır və onları yetişdirmək olar. Əslində, insanlar üçün də bu belədir. Məsələn, bir çempionu çempion edən onun gücü və əzələsi deyil, ağlı və iradəsidir…
Top