İşıldaquş

İşıldaquş

Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərək sarı-yaşıl işıq verən bir böcəyi görmüsünüz. Yanına yaxınlaşıldığında işığını söndürən, gecə qaranlığında izini itirən bu böcəyin adı işıldaquşdur. Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir. Elm adamları dünyada milyonlarla ildir mövcud olan bu təbiət texnologiyasının əvvəl iş mexanizmini həll etmək sonra da təqlid edərək insanlıq xidmətinə təqdim edə bilmək üçün işlərinə sürət vermişlər. Qısa bir zaman əvvəlinə qədər sürtünmə və ya istilik olmadan işıq əldə etmənin qeyri-mümkün olduğuna inanılırdı. Necə ki normal bir lampa özünə verilən enerjinin yüzdə 4′ünü, ağ işıq saçan lampa isə yüzdə 10′unu işığa çevirə bilir, geri qalanını istilik olaraq yayırsa, işıldaquşda da bənzər bir vəziyyət olduğunu düşünən elm adamları, böcəyin bu iş üçün istifadə etdiyi enerjinin hamısını işığa çevirə bildiyini müəyyən edikdə heyrətə düşdülər. Gələk işıldaquşun işıq yaratma mexanizminə... Əslində işıldaquşun işıq vermə reaksiyaları o qədər sürətlidir ki, bu funksiyanın addımlarını araşdırmaq az qala qeyri-mümkündür. Yəni işıq istehsal mexanizmi haqqındakı məlumatlar hələ nəzəriyyə kimi qalmaqdadırlar. Qəti olaraq bilinən bunun molekulyar səviyyədə kimyəvi bir əməliyyat olduğu, bəzi molekulların ayrılaraq daha yüksək enerjili hala və bu enerjini işığa çevirə bildikləridir. İşıldaquşun qarın bölgəsindəki işıq orqanında olan vəzilərdən, işığın əldə edilməsində rol oynayan iki əsas kimyəvi maddə yaradılmaqdadır. Bunlardan birincisinin kimyəvi quruluşu aydınlaşdırılmış və süni olaraq əldə edilmişdir. İkincisinin isə quruluşundakı sirr həll edilməsinə baxmayaraq süni olaraq yaradılması hələ mümkün ola bilməmişdir.İşıldaquşlarında  əmələ gələn iki kimyəvi birləşmənin də işıq verməyə tam olaraq bəs etmədiyi, böcəyin işıq bölgəsinə yaxın tənəffüs orqanının işıq vermə anında buranı oksigenlə bəsləməsi lazım olduğu da müəyyən edilmişdir. Bu sirrli böcəklərin 2000 növü olub erkək cinsləri uca bildikləri halda dişiləri qanadsızdırlar. Erkəklər dişiləri axtarmaq üçün gecələri uçarlar və işıqlarını bir-birləri ilə ünsiyyət qurmaq üçün istifadə edərlər. Ən yaxşı işıq keyfiyyətini inkişaf etmiş dişilər verir.işıldaquşlar gecələri 3 saat müddətində işıq verə bilərlər. Ümumiyyətlə dişləyərək zəhərlədikləri ilbizləri yedikləri üçün əhəngli torpaqların olduğu nəmli bölgələrdə daha çox görünürlər. Parlamağı təmin edən kimyəvi
maddələr sayəsində, qəza ilə onu yeyən bir düşməni qusmaq məcburiyyətində qalar və bir daha başqa işıldaquş yeməyə təşəbbüs göstərməz.

Top