Gizli sualtı sığınacaq olan mərcanlar

Gizli sualtı sığınacaq olan mərcanlar

Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yalnış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.
Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.
Mərcanlarda yaşayan balıqların əsas davranışı da bir-birindən fərqlənir. Məsələn, tutuquşu balığı kimi bəzi balıqlar gecələr yataq örtüyü içində dərin bir yuxuya dalırlar. Tikanlı balıq kimi bəzi növlər isə yarıoyaq şəkildə dincəlirlər. Keçi balığı və digər bəzi balıqlar gündüz çox parlaq rənglərdən istifadə edir, gecələr isə adətən bu balıqlarən dərisi dəyişir, rəngləri daha solğun olur.
Süngərlər, mərcanlar və kürü tökən bəzi balıqlar da ölü mərcan qalıqlarında yaşayan canlılardır. Bundan başqa, kiçik yengəclər və krevetlər də mikroskopik bitkilərlə, heyvanlarla qidanlanmaq üçün mərcan qayalarına doğru gedir. Mərcan qayalarında yaşayan köpək balıqları və müren balıqları isə qaranlıqda qida tapmaq üçün çox güclü olan qoxu orqanlarından istifadə edirlər.







Top