Hörümçək

Hörümçək

Hörümçəyin qidalanması maraqlıdır. Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir. Hörümçək isə onu sorur.
Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə də qidalanır. Belə hörümçəklər Afrikada olur və quşyeyən hörümçəklər  adlanır.
Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir. Tordan xəbəredici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır. Hörümçək öz gizli yerindən çıxır və ovuna hücüm edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir, yalnız müəyyən təsirlərlə və amplitudalarla, həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.
Yeni Qveniya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi çərçivəyə hörümçək sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir".
Fidji, Madaqaskar və başqa adaların sakinləri də beləcə hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Çünki bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir.
Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi şeylərlə qidalanır.
Hörümçək torlarındakı mühəndis layihəsi- hörümçəklər torlarını qurmaq üçün iki müxtəlif yerə ehtiyac hiss edirlər. torlar əsasən iki divarın birləşdiyi künc və ya iki budaq arasında qurulur. lakin bəzi hörümçəklər yalnız bir tərəfdən istifadə edərək də torlarını qurmaq bacarığına malikdirlər. hörümçəyin öz torunu qurması üçün isə çox yüksək bir qabiliyyətdir. hörümçək torunu qurmaq üçün kifayət qədər uzun, elastik bir budağı seçərək işə başlayır. əvvəlcə sapı budağın ucuna möhkəmcə yapışdırır. Bir tərəfdən, budağın aşağı tərəfinə doğru gedir, digər tərəfdən isə ağzından sap ifraz edir. Müəyyən bir məsafəyə gəldiyi zaman dayanır və sap ifrazını saxlayır. İfraz etdiyi sapı qüvvətli şəkildə özünə sarı çəkməyə başlayır. Bunun nəticəsində budaq yay formasında bükülür. Hörümçək bu yaydakı bir tel kimi düz vəziyyətdə olan sapın digər ucunu özünün olduğu yerə möhkəm yapışdırır. Bundan sonra isə bu yayın içində öz torlarını hörməyə başlayır. Aralarındakı məsafə 2 m olan iki divar arasında 2.5 m uzunluğunda bir ipi tarım çəkmək lazım olsaydı, nə edərdiniz? Siz bunu düşünməkdə olun, mən isə sizə bağça hörümçəyinin bu problemi necə həll etməsindən yazım.
Bağça hörümçəyi bəzən torunu bir- birindən çox aralı olan iki budaq arasında qurur. Belə torlar çox böyük olduğu üçün onların ov ovlamaq qabiliyyəti də böyükdür. Lakin torun böyüklüyü sapların bir müddət sonra boşalmasına səbəb olur. Bu da ovun azalması deməkdir. Belə halda hörümçək vəziyyətdən çıxış yolu axtarmalıdır. Tor boşaldıqda hörümçəyin yeni bir tor quracağını düşünə bilərsiniz. Lakin yox, hörümçək toru təzələmək əvəzinə başqa bir heyrətamiz üsula əl atır: torun mərkəzinə gələrək buradan yerə doğru bir iplik çəkir. İpliyin yerə yaxın ucuna da kiçik bir daş bitişdirir. Yenidən tora qayıdır və ipliyi çəkərək daşı yerdən yuxarı qaldırır. Hörümçək daş havada olduğu zaman ona bağlanmış ipliyi yenidən torun ortasına möhkəmcə bitişdirir. Nəticədə tor ortasından sallanan bu daşın təsiri ilə tarım çəkilir. Beləcə  tor yenə evvəlki vəziyyətini alır.

Top