Cırcıram səs- küylü bir həşəratdır. Həşərat bu səs- küyü bədənində ki yüksək bir sistem vasitəsilə çıxarır. Gövdəsinin arxa hissəsindəki hava kisəcikləri üzərində sağ və sol tərəfdə yerləşmiş iki lövhə var. Cırcırama daş kimi sərtləşmiş bu lövhələri bir- birinə vuraraq həmin səsi çıxarır. Lövhə bağlı olduğu əzələ tərəfindən dartılıb buraxıldığı zaman boş tənəkə qutunun çıxardığı səsə bənzər bir səs yaranır. Həşəratın etdiyi dartıb- buraxma hərəkəti saniyədə 500 dəfə təkrar olunur. Saniyəni bir göz qırpımı qədər düşünsək, onun bu hərəkəti bir saniyədə 500 dəfə etməsinin nə qədər çətin olduğunu dərhal anlayarıq.
Böcəyin döş hissəsinin alt tərəfində olan çıxıntının açılıb- bağlanması ilə səs yüksəlir və ya alçalır.
Insan qulağı saniyənin onda birindən də qısa müddətdə açılıb-bağlanmanı, yəni qırıq səsləri müəyyən edə bilməz. Elə bu səbəbdən də biz cırcıramanın fışıltısının daim olduğunu zənn edirik.
Elm adamları cırcırama ayağının quruluşunu tədqiq etmiş və müəyyənləşdirmişlər ki, bu canlının ayağı elastiklik və qırılmağa qarşı çox dözümlüdür.
İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecinin mühəndisi Dr. Jan-Henning Dirksin başçılığı altında bir qrup elm adamı cırcıramanın ayağını bükərək sındırmağa sərf olunan enerjini müəyyən etmək üçün apardıqları təcrübəni “The Journal of Experimental Biology” adlı elmi jurnalın internet saytında yerləşdirmişlər.
Böcəyin ayağını bükərək sındırmağa sərf olunan enerjinin 5,56 kilojul m üstü -2 olduğunu müəyyən edən tədqiqatçılar bunun çuqunu qoparmaq üçün tələb olunan enerjidən daha çox olduğunu bildirmişlər.
Tədqiqatçılar apardıqları təcrübələr nəticəsində sümük əsaslı buynuzla eyni sərtliyə malik olan cırcırama ayağının insan sümüyündən daha dözümlü olduğunu aşkara çıxarmışlar.
Elm adamları cırcıramanın şiddətli toqquşmalara tab gətirən sıçrayışlar həyata keçirmək üçün belə dözümlü ayaqlara ehtiyacı olduğunu qeyd etmişlər.