Yaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçündə təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdırlar.
əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər
.
Mikroblardan müdafiə olunmalı olan canlılara başqa bir nümunə kimi quşları götürək. Mikroblar quşları da narahat edir, lakin onların bədənində qarışqalarda olduğu kimi qoruyucu maddələr hazırlayan sistem yoxdur. Buna görə də quşlar bu mikrob probleminin fərqli və çox düşünülmüş həllini tapıblar. Onlar qarışqaların yuvasına gedir və yuvanın üzərinə uzanaraq qarışqaların onların tüklərinin arasına girmədini gözəyirlər. Yemək axtaran qarışqalar quşun tükləri arasında gəzirlər və bu vaxt mikrobları öldürən maddə də quşun tüklərinə bulaşır. Beləliklə, quş bu maddənin köməyi ilə mikroblardan təmizlənir.