Xarici işlər nazirliyi

Xarici işlər nazirliyi

Əksər ölkələrdə «XİN» adı ilə gedir, lakin istisnalar da var: ABŞ-da – «Dövlət Departamenti», İngiltərədə – «Forin ofis», (yerləşdiyi küçənin adı ilə «Dauninq street»); Fransada – (yerli küçənin adı ilə və s.)
Fəaliyyətin əsas məzmunu – beynəlxalq münasibətlər aləmində öz dövlətinin hüquqları və maraqlarının müdafiəsində durmaqdır. XİN mərkəzi aparatı, xaricdə yerləşən diplomatik nümayəndəliklər, konsul təsisatlarından ibarətdir.

XİN əsas funksiyaları


-Höküməti və dövləti ölkənin özündə və ölkədən kənarda təmsil etmək.
— öz dövləti adından xarici ölkələrlə danışıqlar aparmaq, beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq sazişlər bağlamaq, bu sazişlərdən irəli gələn öhdəliklərə riayət olunmasına və onların əməl olunmasına nəzarət etmək, rəsmi səfərlərin təşkilatı ilə məşğul olmaq;
-beynəlxalq vəziyyətin xarici dövlətlərin xarici və daxili siyasətlərin, beynəlxalq təşkilatlar və hərəkatların öyrənilməsi, əhəmiyyət kəşf edən beynəlxalq hadisələr haqqında öz hökümətini vaxtında məlumatlandırmaq, və bu hadisələrdən irəli gələn yeni məsələlərinə müvafiq təkliflər vermək;
-xarici siyasət üçün kadrların hazırlanması; xarici siyasət aləmində arxiv materialların işləyib hazırlanması; və xarici siyasət məsələləri üzrə rəsmi sənədlərin nəşr edilməsi.
XİN-yi mərkəzi aparatının əsas bəndləri. Nazirliyin rəhbərliyi – nazir, nazir müavinləri, kollegiya (şura) üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, nazir müşavirələri, baş (icraçı) katiblik (dəftərxana) (idarələr, departamentlər, şöbələr). Onlar da öz fəaliyyətlərinə görə, 2 qrupa bölünür:
A) Əməliyyat, ərazi, yaxud, regional idarələr.
Onlar müəyyən ölkələr qrupu ilə xarici münasibətlər üzrə məsələlərlə məşğuldular.
B) Funksional idarələr öz funksiyalarına görə – xarici siyasət üzrə tədbirlərin planlaşdırılması, ümumbeynəlxalq və qlobal problemlər üzrə, mədəniyyət əlaqələri üzrə məsələlər və s. işlərlə məşğul olan bölmələrə ayrılırlar.
C) Kargüzarlıq, dipkuryer (dipl.kuryer) və diplomatik şifrələrin tətbiqi ilə (sirli əlaqə) ilə məşğul olan idarələr.
D) XİN-in mərkəzi və xarici aparatların bütövlüklə təmin edən XİN-in inzibati təsərrüfat idarəsi və onun müxtəlif xidmətləri.
Nazirlik rəhbərliyinin işinin tərkibi və forması.
-Xarici işlər naziri nazirlik rəhbərliyinə görə fərdi olaraq cavabdehdir. Geniş mənada, bu idarənin rəhbərlik aparatına nazirin müaavinləri, departamentlər başçıları, nazirin müşavirələri, xüsusi tapşırıqlar üzrə səvfirlər və bir sıra başqa səlahiyyətli şəxslər də daxildil. XİN rəhbərliyində kollegiya (şura) da fəal iştirak edir. Bu kollegiyanın tərkibinə nazir, onun müavinləri, bəzi departamentlərin rəisi daxildil.
Şura məsləhəti funksiyalar daşıyır. Nazirliyin rəhbərlik aparatı adətən baq (icraçı) katiblik, yaxud dəftərxana tərəfindən xidmət olunur.
-XİN rəhbərliyi öz idarəsini fəaliyyətini daha ümumi istiqamətdə həyata keçirir, beynəlxalq problemləri müzakirə edir, bu problemlərin həll edilmə yollarını ali dövlət orqanları üçün hazırlayır və onların göstərişlərinə uyğun müvafiq hərəkətlər edir.
Nazirin müavinləri əməliyyat – ərazi (regional), funksional idarələr, inzibati-təsərrüfat və nazirliyin başqa xidmətlərinə rəhbərlik edirlər. Onların səlahiyyətlərinə xaricdəki səfirliklər və missiyaların fəaliyyətlərinin rəhbərliyi də daxildil. Bunlardan əlavə, nazirlik rəhbərliyi ölkəsində təyin edilmiş başqa dövlətlərin səfirləri ilə gündəlik ünsiyyət saxlayır, müxtəlif diplomatik qəbullar və rəsmi tədbirlərdə iştirak edir, başqa dövlətlərin nümayəndələri ilə danışıqlar aparır, müxtəlif beynəlxalq konfranslara və müşavirələrə gedir.
Xarici səfirlərin, diplomatik elçilərin və işlər vəkillərin qəbulu XİN rəhbərliyinin fəaliyyətinin mühüm hissəsini təşkil edir. Diplomatik nümayəndəliklərin başçıları vaxtaşırı nazirliyə gəlir, nazirlə, onun müavinləri ilə, və müxtəlif departamentlərin rəisləri ilə danışılar aparırlar.
Mərkəzi aparatda konkret ölkələrlə münasibətlərin inkişafına nəzarəti (ƏƏİ) – əməliyyat-ərazi idarələr həyata keçiriri. Onların gündəlik işlərinin həcmi və forması bunlardan ibarətdir:
-onlar konkret ölklələrdə baş verən hadisələr haqqında rəhbərliyə məlumat verir və bu hadisələrə çevik reaksiya göstərməyi təmin edir.
-onlar konkret ölkələrlə münasibətlər üzrə və konkret beynəlxalq məsələlər üzrə təkliflər irəli sürürlər. Bunun üçün isə rəhbərlik və ƏƏİ-nin əməkdaşları müntəzəm olaraq alınan məlumatları sistemləşdirir (imzalayır) və təhlil edi. Bu məlumatlar dövlətin həmin ölkələrdə təyin edilmiş diplomatik nümayəndəliklərindən, çap və elektron kütləvi məlumat vasitələrindən və başqa mənbələrdən əldə olunur. Əlavə məlumat almaq üçün ƏƏİ öz fəaliyyətini XİN-in başqa diplomatik bölmələri və xarici siyasətlə bağlı olan dövlət idarələri ilə üzlaşdırır.
-ƏƏİ xarici səfirliklərlə və missiyalarla diplomatik kontaktlar saxlayırlar. Bu və ya digər ölkə ilə siyasi vəziyyətdən və münasibətlərdən asılı olaraq, həmin ölkələrin nümayəndəliklərinə qarşı müvafiq addımlar atılır. Səvirləri və xarici səfirliklərin başqa əməkdaşlarını ƏƏİ-nin gündəlik işinə, həmçinin müxtəlif sorğulara, xarici səfirliklərin müraciətlərinə reaksiya vermək, onlara cavab hazırlamaq, nota və başqa diplomatik sənədləri tərtib etmək də daxildir. Xarici səfirliklərlə nazirliyin məktublaşması adresata nazirlik adından göndərilən notalar (verbal (imzasız şiyahi) və şəxsi); yaddaş kağızları (məktubları), yaxud memorandumlar şəklində aparılır.
— Əməliyyatsı diplomatik bölmələr idarələrin sərəncam dairəsinə aid olan ölkələrdə diplomatik nümayəndəliklər rəhbərlik edirlər. Diplomatik nümayəndəliklərdən göndərilən söhbətlər, hesabatlar və arayışların təhlilin nəticələrinə əsaslanaraq, diplomatik poçt və şifrəolunmuş əlaqədən istifadə edərək səvirliklər və missiyaların fəaliyyətini uzlaşdırır və istiqamətləndirir.
ƏƏİ öz aralarında (misal üçün, həmhəmhüdud ölkələrlə məşğul olan idarələrlə) əlaqə saxlayırlar.
Funksional idarələrin müzakirə etdikləri problemlərin geniş spektrini nəzərə alaraq ƏƏİ onlarla da əlaqə saxlayır.
-XİN-in bölmələri və başqa idarələr üçün nəzərdə tutulmuş arayış və məlumat materialların hazırlanması da ƏƏİ vəzifələrinə daxildir.
-Müvafiq ölkələrlə münasibətlərin inkişafı ilə bağlı məsələlər kompleksini dərindən təhlil edərək, ƏƏİ öz işinin müəyyən planını hazırlayır. Plan ölkələrdə vəziyyəti obyektiv şəkildə öyrənməyə, həmin dövlətlərdən yekun məlumatın almağına imkan verən tədbirlərdən ibarətdir.
Alınan məlumatların əsasında idarələr konkret ölkələrə qarşı mövqelərini, hərəkətlərini sonradan həyata keçirilən xətt üzrə planlaşdırırlar.
«Böyük səkkizli»yə daxil olan ölkələrin təcrübəsinə qısa şəkildə nəzər salaq.
Böyük Britaniya
Britaniya xarici siyasətinin idarəedilməsinin özəlliyi var: beynəlxalq münasibətlərdə dövləti təmsil edən, xarici dövlətlərə səfir və elçiləri göndərən və ölkəsində xarici səfir və elçiləri qəbul edən dövlət başıçısı kraliçadır.
Diplomatik xidmət aparatında əsilzadə ailələrinin üzvlərinə, yaxud diplomatik iş təcrübələrini irsən öz oğullarına ötürən, ingilis diplomatiyasının ənənələrini qoruyub saxlayan xadimlərə tez-tez təsadüf edilir.
Böyük Britaniyada konstitusiya yoxdur. Kraliça ənənələr və parlamentin qəbul etdiyi müxtəlif dövlət aktlarının əsasında, onun adından ölkəni idarə edən hökümətin qərarlarına müvafiq olaraq hərəkət edir.
Ali qanunverici hakimiyyətə kraliça və parlamentin iki palatası malikdir.
Xarici əlaqələr sahəsində kraliça müharibə elan etmək və sülh bağlamaq, beynəlxalq sazişləri ratifikasiya etmək, səfirləri təyin etmək və qəbul etmək kimi formal səlahiyyətlərə malikdir. Lakin praktikada kraliça faktiki olaraq əsas funksiyaları hökümətə həvalə edir və sadəcə olaraq nazirlər kabinetinin qərarlarını təsdiqləyir.
Parlament qanunları və büdcəni qəbul edir, hökümətin fəaliyyətinə nəzarət edir. Bütün vacib beynəlxalq sazişlər və razılıqlar adətən parlamentdə nəzərdən keçirilir və bundan sonra kraliça tərəfindən imzalanır.
Lakin parlament yalnız xarici siyasi məsələlər üzrə debatları həyata keçirir və bu yolla bir növ ictimai rəyi əks etdirir. Həlledici rola hökümət və onun kabineti malikdir.
İcraedici hakimiyyətin ali orqanı hökümət məhdud bir tərkibi — nazirlər kabinetini seçir. Kabinetdə aparıcı rolu (o cümlədən xarici siyasət məsələlərində) baş nazir oynayır. Bu günə qədər Böyük Britaniyada bütün idarəetmə orqanlarından üstün olan Məxfi Şura mövcuddur. Onun tərkibinə kraliça tərəfindən təyin edilən xüsusi imtiyazlı şəxslər daxildirlər. Şuraya eyni zamanda kabinetə daxil olan sədr-lord başçılıq edir. Məxfi şura çox nadir hallarda çağırılır.
Xarici əlaqələrin vacib əməliyyat orqanı xarici işlər nazirliyidir – Forin ofis (www.fco.qov.uk ). Onun strukturunda keçmiş və yeni elementlər bir-birini tamamlayırlar. Qurumun başçısı əlahəzrət kraliçanın xarici işlər üzrə baş dövlət katibidir (müasir diplomatiya praktikasında xarici işlər naziri adlanır). Nazir parlament və kabinet üzvüdür.
Forin ofis nazirliklər və qurumlara, bəzi təşkilatlara (məsələn, Britaniya şurasına) nəzarət edir. Mədəniyyət-təhsil istiqamətli olan Britaniya şurası 60-dan çox ölkədə 4 min əməkdaşı işləyən iri bir təşkilatdır.
Forin offisdən başqa xarici əlaqələr məsələləri ilə daha iki qurum məşğul olur: Millətlər və müstəmləkələr Birliyi işləri üzrə nazirliklər.
İtaliya Respublikası
İtaliya Respublikasının xarici işlər nazirliyinə (www.esteri.it ) nazir başçılıq edir. Ona bilavasitə tərkibində hüquqi şöbə və parlamentlə əməkdaşlıq üzrə şöbə olan katiblik, həmçinin daxili nəzarət xidməti tabedir. XİN vəzifə pilləsində növbəti şəxs XİN ali məmurlarından ibarət xarici işlər üzrə Şura ilə sıx işləyən dövlət katib yardımçısıdır. Ardıcılıqla sonra baş katib və ona yardım edən baş katibin müavini gəlir. Nazirliyin strukturu üç departamentdən ibarətdir: xarici siyasi fəaliyyətinin koordinasiya departamenti, xarici siyasi təhlil və planlaşdırılma departamenti; əməliyyat işi departamenti. Öz növbəsində, departamentlər idarələrə bölünürlər. Xarici siyasi koordinasiya departamentinə Avropa idarəsi, Amerika idarəsi, aralıq dənizi və Yaxın Şərq ölkələri idarəsi, Asiya, Okeaniya, Sakit okean və Antarktida idarəsi daxildir.
Xarici siyasi təhlil və planlaşdırılma departamentinə aşağıdakı idarələr daxildir: avropa inteqrasiya idarəsi; çoxtərəfli siyasi münasibətlər və insan hüquqları idarəsi; çoxtərəfli iqtisadi və maliyyə əməkdaşlığı idarəsi; mədəniyyət sahəsində əməkdaşlıq idarəsi; konsulluq idarəsi; əməkdaşlığın inkişafı üzrə idarə; kadrlar idarəsi; inzibati idarə.
Üçüncü departamentə İtaliya Respublikasının dövlət protokolu xidmətləri, nazirlik və xaricdəki diplomatik nümayəndəliklər üzrə müfəttişlik, informasiya və mətbuat idarəsi, müqavilə-hüquq idarəsi, sənədləşmə və arxivlər idarəsi, informasiya texnologiyları idarəsi və Diplomatiya institutu daxildir.
Kanada
Kanada XİN, daha doğrusu, Xarici siyasət və beynəlxalq ticarət departamenti (www.dfaitmaeci.gc.ca ) də özünəməxsus xüsusiyyətlərə malikdir. Mərkəzi aparatdan başqa o, 180-dan çox ölkədə 270-dən çox missiyanı, həmçinin 1365 ticarət nümayəndəliyini əhatə edir. Əməkdaşların ümumi sayı 7 mindən çoxdur. Departament fəaliyyətini daha çox Kanada iqtisadi maraqlarının genişlənməsi, güclənməsi və ticarətin inkişafına yönəldib. Departament mütəmadi olaraq icmallar, audit və qiymətləndirmə məruzələri nəşr edir. Onlarla yuxarıda göstərilən internet saytında asanca tanış olmaq olar.
Rusiya Federasiyası
Rusiyanın Xarici İşlər Nazirliyi son on il ərzində bir neçə daxili dəyişikliyə məruz qalmışdı. 2004-cü ilə qədər rəhbər şəxslərin sıralaması aşağıdakı şəkildə idi: nazir, baş katib (stats-katib), nazirin birinci müavini və digər 12 nazir müavini. Bu rəhbəredici heyətə baş katiblik xidmət edir. Ərazi bölmələri 14 departament və bir idarə, funksional bölmələr 22 departament və bir idarədən (www.mid.ru ) ibarətdir.
2004-cü ilin iyulunda Rusiya Federasiyasının prezidentinin fərmanı ilə nazir müavini, xarici işlər nazirliyinin baş direktoru vəzifələri təsis edilmişdir. Nazir müavinlərinin sayı 7 nəfərə qədər azaldılmışdı.

Amerika Birləşmiş Ştatları
17 sentyabr 1787-ci ildə qəbul olunmuş ABŞ konstitusiyası, sonralar ona xarici məsələlər üzrə əlavələrin daxil edilməsinə baxmayaraq, əsaslı dəyişikliklərə məruz qalmayıb. Lakin praktikada bəzi uyğunsuzluqlara rast gəlinir: məsələn, konstitusiyada prezidenti xüsusi olaraq xarici əlaqələri həyata keçirməyə səlahiyyətləndirən maddələr yoxdur. Əvəzində ABŞ qanunları ilə təsbit edilmiş və konqress tərəfindən qəbul edilmiş zəngin tarixi təcrübə mövcuddur.
Xarici siyasət məsələlərində əsas rolu iki şəxs oynayır – prezident və dövlət katibi.
Bir simada birləşən prezident və hökümət başçısı iki funksiyaya malikdir: dövlət adından təmsiletmə və bu və ya digər qanunların qəbulu zamanı son qərarı verən hakim. İcraedici hakimiyyətin başçısı kimi prezident senatın təsdiqlədiyi bütün qanun və müqavilələri imzalayır, səfirləri qəbul edir, digər dövlətlərin nümayəndələri ilə danışıqlar aparır, iri beynəlxalq müşavirələrdə ABŞ adından çıxış edir. Onun xəbəri olmadan ABŞ xarici siyasətində heç bir ciddi addım atıla bilməz.
Dövlət katibi ölkənin ikinci şəxsidir və xarici əlaqələr sahəsində gündəlik fəaliyyətə nəzarət edir, eyni zamanda hökümət daxilində beynəlxalq məsələlərlə məşğul olan aparıcı şəxsdir. Dövlət katibi prezidentin tapşırığı ilə sazişləri imzalayır, konqress qarşısında hesabat verir və s.
ABŞ beynəlxalq məsələlər sahəsində vacib şəxslərindən biri də prezidentin Milli təhlükəsizlik üzrə köməkçisidir. XX əsrin 70-ci illərində o, ölkənin xarici siyasi kursunun formalaşmasında aparıcı rol oynayır və xarici siyasət məsələləri sahəsində prezidentin qərarlarına həlledici təsirə malik idi. Şübhəsiz, bunda tanınmış amerikalı diplomat Henri Kissincerin xidməti böyükdür. 1971-ci ilin yanvarında «Nyu-York tayms» qəzeti yazırdı: «Bir vaxtlar xarici siyasəti idarə edən edən məğrur və inkaredilməz dövlət departamenti, nəhayət, çoxlarının çoxdan dediklərini qəbul etməli oldu: o artıq ABŞ bütün xarici əlaqələrinə görə məsuliyyət daşımır və, göründüyü kimi, bu məsuliyyəti özünə qaytarmağa ümid edə bilməz». Bu anormal vəziyyəti aradan götürmək üçün 1973-cü ildə Kissincer eyni zamanda dövlət katibi vəzifəsinə də təyin edilmişdi. Prezident C.Fordun dövründə yenə bölünmə baş verdi və dövlət departamenti prezident və konqress tərəfindən təsbit edilən ümumi xarici kursa müvafiq olaraq həyata keçirilən xarici siyasətin və diplomatik aksiyaların işlənib hazırlanmasında yenidən aparıcı rol oynamağa başladı.
Dövlət departamentinin funksiyaları və strukturu ilə daha dolğun şəkildə İnternetdə tanış olmaq olar (www.state.gov ).
Almaniya Federativ Respublikası
Almaniyada xarici siyasət orqanları aşağıdakı özünəməxsusluğa malikdirlər. Xarici siyasət sahəsində federal torpaqların səlahiyyətləri kifayət qədər məhduddur. Xarici əlaqələrin federal orqanları ikipalatalı parlament, prezident, federal kansler və hökümət, xarici işlər naziridir. İkipalatalı parlament bundestaq və bundesratdan ibarətdir.
Xarici əlaqələrin ali orqanı prezident olsa da, real hakimiyyət, demək olar ki, tamamilə icra edici hakimiyyətin – hökümət və onun başçısı kanslerin əlindədir. Hətta buna görə alman sistemini hərdən kansler diktaturası adlandırırlar.
Parlament qanunverici formalaşdırmaya ehtiyac duyan xarici əlaqələr məsələləri həll edir. Hər palatanın ayrıca xarici işlər üzrə komissiyası var. Bütövlükdə xarici əlaqələr sahəsi faktiki olaraq prezidentin, federal kanslerin, federal hökümətin və xarici işlər nazirliyinin əlində cəmləşib.
İcraedici hakimiyyətin hüquqlarının genişlənməsi Almaniyada uzun müddət federal kansler xətti ilə getmişdi.
Əsəs əməliyyat halqası başda federal nazir olmaqla xarici işlər nazirliyidir (www.auswaertiges-amt.de ). Bundan başqa xarici işlər nazirinin müavini qismində iki dövlət naziri işləyir ki, onlardan biri avropa işləri üzrə müavindir. Həmçinin iki baş (stats) katib fəaliyyət göstərməkdədir ki, onlardan biri nazirliyin direktorlar konfransı adlanan kollegiyasına rəhbərlik edir. HəmçininXİN strukturuna avropa və qərb şöbələri, Şərq şöbəsi, ticarət-siyasi və hüquqi şöbələr, kadrlar şöbəsi və mədəniyyət işləri üzrə idarə daxildir.
Almaniyanın xaricdəki missiyalarında bir qayda olaraq, siyasi şöbələrdən başqa geniş iqtisadi şöbələr, həmçinin informasiya və mədəniyyət üzrə şöbələr mövcuddur, maliyyə, sığorta, sosial məsələlər üzrə referentlər çalışır. Bütövlükdə alman diplomatik qurumunda 5600 yaxın adam işləyir (3200 nəfəri xaricdə).
Fransa Respublikası
Xarici siyasətinin idarəedilməsinin Fransa sistemi də bəzi xüsusiyyətlərə və ənənələrə malikdir.
1958-ci və sonrakı illərin hadisələri Fransanı prezident respublikasına çevirdi. Məlum olduğu kimi, bu general Ş. de Qollun adı ilə bağlıdır.
Parlament iki palatadan ibarətdir: Milli məclis və senat. Milli məclis bilavasitə, senat bilvasitə səsvermə yolu ilə seçilir. Senatda ərazi vahidləri və xaricdə yaşayan fransızlar təmsil olunur. Fransızların ifadəsinə görə, parlament haqqında bölmə konstitusiyanın «künc-bucağında» yerləşir. Lakin müharibənin elan edilməsi kimi mühüm məsələnin həlli məhz parlamentin səlahiyyətlərində təsbit edilib. Həmçinin Milli Məclis hökümətə inam yaxud inamsızlıq (o cümlədən xarici siyasət sahəsində) nümayiş etdirmək hüququna malikdir. Bəzi beynəlxalq müqavilələr yalnız parlament tərəfindən təsdiqlənə bilər.
Əsas funksiyalar – səfir təyin etmək və xarici səfirləri akreditə etmək, sazişlərin bağlanması haqda danışıqları aparmaq və həmin sazişləri ratifikasiya etmək, Milli təhlükəsizliyi təmin etmək və hərbi qüvvələrin başçısı olmaq, prezidentin əlində cəmləşib.
Baş nazirin rolu Böyük Britaniyaya nisbətən xeyli aşağıdır. Bununla yanaşı, baş nazir hökümətə başçılıq edir və deməli, gündəlik olaraq xarici siyasət məsələləri ilə də məşğul olur.
Həmçinin konstitusiya şurası mövcuddur. Şura 9 illik səlahiyyətlərə malik olan 9 üzvdən ibarətdir və xarici siyasi fəaliyyətə nəzarət edir. Ölkənin bütün keçmiş prezidentləri ömürlük bu şuranın üzvləridirlər.
Xarici siyasətin əsas halqası tarixçəsi 1628-ci ilə gedib çıxan XİN (www.france.diplomatie.fr ). 1853-cü ildən nazirlik məşhur Ke d’Orse bulvarında yerləşir. Ona nazir başçılıq edir, nazir yanında dəftərxana fəaliyyət göstərir. Həmçinin avropa və frankofon işləri üzrə iki nazir müavini də var.
Xarici əlaqələr orqanlarına Frankofon cəmiyyətinin mərkəzi orqanları da aiddir.
1952-ci ilin 19 sentyabr dekreti ilə Fransanın diplomatik xidməti ümumi inzibatçılıq qulluqçularından ayrılmış, diplomatik və konsul personalı dörd məmur qrupuna bölünmüşdür: elçilər, məsləhətçilər və xarici işlər üzrə katiblər, Şərq üzrə mütəxəssislər və iş icraatçıları. Həmçinin iqtisadi işlər üzrə referentlər, attaşelər və s. var.
Xarici nümayəndəliklərdə adətən siyasi, ticari-siyasi, konsul, protokol, həmçinin mətbuat, mədəniyyət şöbələri yaradılır.
Yaponiya
Yapon XİN (www.mofa.go.jp ) strukturuna daxildir: nazirin katibliyi, yaxud əlaqələndirmə və inzibatçılıqla, protokol məsələləri və mətubat və ictimaiyyətlə əlaqələrlə məşğul olan katiblik; strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik məsələləri, Yaponiyanın BMT ilə əməkdaşlığı, hümanitar problemlər və digər büroların fəaliyyətinin siyasi əlaqələndirilməsi ilə məşğul olan xarici siyasət bürosu; Asiya və Okeaniya bürosu; Şimali Amerika bürosu; Latın Amerikası və Karib bürosu; Avropa işləri üzrə büro; Yaxın Şərq və Afrika işləri üzrə büro; iqtisadi məsələlər üzrə büro, həmçinin iqtisadi və texniki yardım proqramları, tədqiqatlar və statistika ilə məşğul olan iqtisadi əməkdaşlıq bürosu; beynəlxalq-hüquqi məsələlərlə məşğul olan müqavilə bürosu; təhlil və kəşfiyyat bürosu.
***
Praktiki olaraq bütün ölkələrdə xarici işlər nazirliyi xarici siyasət aparatının əsas halqası, xarici siyasəti həyata keçirən, dövləti və höküməti beynəlxalq arenada, digər dövlətlərlə əlaqələrdə, paytaxtda akreditə olunmuş diplomatik korpus qarşısında təmsil edən qurumdur. XİN aşağıdakı əsas funksiyaları yerinə yetirir:
•ümumi beynəlxalq vəziyyətə aid informasiyanı ümumiləşdirir və təhlil edir;
•xarici siyasət məsələləri üzrə təkliflər hazırlayır;
•xarici diplomatik nümayəndəliklərlə əlaqələri təşkil edir və davamiyyətini təmin edir;
•müqavilə və sazişlərin lahiyələrini işləyib hazırlayır;
•öz vətəndaşlarının xaricdə şəxsi və mülki maraqlarını mühafizə edir.
XİN mərkəzi aparat və xaricdəki diplomatik nümayəndəliklər və konsul qurumlarından ibarətdir. Nazir, onun müavinləri, kollegiya üzvləri rəhbərliyi təşkil edirlər.
Bir qayda olaraq xarici işlər qurumlarında aşağıdakı bölmələr mövcuddur:
  • siyasi şöbə – adətən regional bölmələri daxil edir. Məsələn, Latın Amerika, Afrika, Asiya bölmələri;
  • beynəlxalq və regional təşkilatlar şöbəsi;
  • müqavilə-hüquqi şöbə – iri dövlətlərdə müstəqil şöbə; adətən beynəlxalq hüquq məsələləri ilə məşğul olur. Bəzi dövlətlər bu məsələləri ədliyyə nazirliyinin səlahiyyətlərinə daxil edirlər;
  • protokol şöbəsi;
  • ticari-iqtisadi şöbə;
  • hümanitar əməkdaşlıq şöbəsi;
  • beynəlxalq təhlükəsizlik şöbəsi;
  • informasiya şöbəsi. Həmçinin mətbuatla işləyir;
  • kadrlar şöbəsi;
  • maddi-texniki təminat şöbəsi;
  • konsul münasibətlərini həyata keçirən şöbə;
  • inzibatıi şöbə; bu şöbəyə adətən kommunikasiya və təhlükəsizliklə məşğul olan bölmə, həmçinin arxivlər və kitabxana daxildir.
     
Top