Diplomatik nümayəndəlik – bir dövlətin digər dövlətdə yerləşən daimi dövlət xarici əlaqələr orqanı. Səfirin rəhbərlik etdiyi diplomatik nümayəndəlik — səfirlik (dövlət başçısı yanında), elçi tərəfindən idarə olunan diplomatik nümayəndəlik – missiya (hökümət başçısı yanında) adlanır.
Nümayəndəliyin başçısı yerində olmadığı təqdirdə onu XİN yanında işlər vəkili (həm səfirlik, həm missiya üçün) əvəz edir. Beynəlxalq praktikada bəzi ölkələrdə təsis edilən “maraqlar şöbələri” mövcuddur. Belə hallara dövlətlər arasında rəsmi dirlomatik münasibətlər olmadıqda rast gəlmək olur.
Diplomatik nümayəndəliyin tərkibinə üç kateqoriyalı əməkdaşlar daxildir:
a) diplomatik personal – diplomatik immunitetə – toxunulmazlığa (missiyalarını yerinə yetirdikləri dövlətlərin ərazisində xarici diplomatlara verilən xüsusi hüquq və üstünlüklər.
b) texniki personal (şifrləyici, makinaçı və s.)
c) xidmətçi personal (sürücülər, süpürgəçilər və s.)
Diplomatik korpus – hər hansıbir dövlətdə fəaliyyət göstərən xarici diplomatlar həmin dövlətdə duayenin (ağsaqqal) başçılıq etdiyi diplomatik korpusu təşkil edirlər. Duayen ən yüksək ranqlı (dərəcəli) diplomatik nümayəndə, bir neçə bərabər dərəcələi diplomat olduqda həmin dövlətdə öz vəzifəsini daha uzun müddət icra edən şəxs seçilir.
Diplomatik ranqlar – səfirlik və missiyalaın, XİN mərkəzi aparatının diplomatik personalının fərqlənmə dərəcələri. Əksər dövlətlərin qanunvericiliyində aşağıdakı dərəcələr müəyyən edilib: fövqəladə və səlahiyyətli səfir, elçi, müşavir, səfirliyin birinci katibi, ikinci katibi, üçüncü katibi, attaşe.
Attaşe — ən aşağı diplomatik dərəcə. Adətən diplomatın karyerası məhz bu pillədən başlayır. Attaşe müəyyən sahə üzrə mütəxəssisdir və bu sahə üzrə səfirin məsləhətçisi qismində çıxış edir: hərbi attaşe, ticarət məsələləri üzrə attaşe, turizm üzrə attaşe və s.
Səfirlikdə əsas işi 4 şöbə aparır: siyasi, iqtisadi, konsulluq, inzibati.
Aqreman – hökümətin müəyyən şəxsin diplomatik nümayəndə qismində təyinatına razılığı. Bir qayda olaraq, bu öz vəzifəsini tərk edən diplomatik nümayəndə vasitəsilə edilir və yerli hökümətə yeni namizədə aid məlumatları özündə ehtiva edən arayış təqdim olunur. Aqremanını əsas şərti məxfilikdir.
Konsul xidməti – ilk dəfə olaraq orta əsrlərdə İtalyan şəhər-dövlətləri tərəfindən yaranmışdı, Suriya və Fələstində onların maraqlarını təmin və müdafi etmək üçün.
Hal-hazırda konsulluq idarəsi aşağıdakı yerlərdə açılır:
— digər dövlətdə yaşayan, dilini, Milli mədəniyyətini saxlayan, həmin ölkənin vətəndaşları olan yerlərdə;
— konsul idarəsinin təmsil etdiyi dövlətin digr dövlətdə çoxlu sayda vətəndaşları olan yerlərdə (iri turist mərkəzləri, ziyarət yerləri, iş mərkəzləri);
— konkret ticarət və ya digər maraqların olduğu yerlərdə.
Konsulluq idarəsinin başçıları üçün aşağıdakı ranqlar müəyyən edilib:
— baş konsul, konsul, vitse-konsul, konsul agentləri
Kontaktların qurulması üçün diplomat öz ölkəsini, xüsusən, qarşı tərəfi maraqlandıran sahəni yaxşı bilməli, son hadisələrdən təfsilatından xəbəri olmalıdır; fəaliyyət göstərdiyi ölkəni, onun iqtisadiyyatını, tarixini, mədəniyyətini və s. yaxşı tanımalı, yerli abu-havaya, adət-ənənələrə uyğunlaşmağı bacarmalıdır. Həmçinin həmin dövlətin dilini bilmək çox önəmlidir. Əvvəla, bu özü-özlüyündə həmsöhbətin sizə qarşı hörmətini artırmış olur, ikincisi isə, tərcüməçi lazım olmadığı halda etimad mühitini formalaşdırmaq qat-qat asandır.
Kontakt formaları
1. Ali səviyyədə kontaktlar.Dövlətin ali rəsmi dairələri, qərar vermək, real hakimiyyətə malik olan şəxslərlə kontaktlar ən vacib hesab edilirlər. Bu sıraya monarxlar, prezidentlər, baş nazirlər, nazirlər, hakimiyyətin qanunverici və icraedici qollarının ali nümayəndələri daxildir. Bu mühüm olduğu qədər də çətin bir məsələdir və diplomatı qarşısında obyektiv və subyektiv amillərlə üzləşdirir.Obyektiv amillər: diplomatın təmsil etdiyi dövlətin dünya siyasəti və iqtisadiyyatında yeri, rolu və əhəmiyyəti; ikitərəfli münasibətlərin hal-hazırkı vəziyyəti, bu kontaktın qurulmasında qarşı tərəfin maraqlılıq səviyyəsi;
Subyektiv amillər: diplomatın ali şəxsi maraqlandırmaq, söhbəti onun üçün maraqlı və faydalı etmək bacarığı; diplomatın öz ölkəsində nüfuzlu olub-olmaması, qarşı tərəfə hörmət və ehtiram səviyyəsi, onu incə şəkildə nümayiş etdirmək məharəti və s.
Diplomat unutmamalıdır ki, dövlət başçıları, baş nazirlər və nazirlərin onu qəbul etmək kimi öhdəliyi yoxdur və onlarla istənilən sərgidə, qəbulda, konfranslarda görüşmək mümkünlüyündən maksimum dərəcədə istifadə etməlidir. Tədbirdə iştirak edəcək və kontakt qurmaqda maraqlı olduğunuz şəxslərin siyahısını, onlarla söhbətlərin mövzularını əvvəlcədən müəyyən etmək tövsiyyə olunur. Ehtiyatda bir neçə maraqlı xəbər, müəyyən məsələlərlə bağlı diqqətəlayiq fikirlər, incə zarafatlar olmağı kontaktın qurulması şansını daha da artırar.
2.Xarici İşlər nazirliyində kontaktlarƏn önəmli kontakt növləridən biridir. Ümumi struktura baxmayaraq, hər ölkənin XİN fərqli özünəməxsus xüsusiyyətlərə də malikdir və diplomat onlardan agah olmalı, XİN daxili strukturunu, departamentlərin şəxsi heyəti barədə məlumatı, əməkdaşların subordinasiyasını yaxşı öyrənməli və tədqiq etməlidir.
3. Parlament üzvləri ilə kontaktlarA) Diplomat üçün parlamentdə hansı qanunların hazırlandığı, bu qanunların ölkə siyasəti və iqtisadiyyatı, həmçinin diplomatın vətəni olan dövlətlə munasibətlərə təsiri səviyyəsi barədə məlumatları birinci əldən əldə etmək vacibdir;B) Bəzi millət vəkilləri yalnız parlamentdə deyil, ümumən ölkədə xarici və daxili siyasətə təsir etmək iqtidarındadırlar. Diplomat belə şəxsləri düzgün müəyyən edib onlarla kontakt qurmağı bacarmalıdır;
C) Parlament komissiya və qruplarının fəaliyyəti bu və ya dicər qanunların qəbulunu tezləşdirə, yaxud əksinə, gecikdirə bilər;
D) Bir qayda olaraq, parlamentdə aparıcı partiyalar, işgüzar dairələr və s. geniş şəkildə təmsil olunurlar;
E) Parlamentin strukturu və işləmə mexanizmini bilmək lazımdır.
4. Müxalifətlə kontaktlarDiplomatik nümayəndəlik başçısı əməkdaşlarını ölkədə fəaliyyət göstərən bütün partiyaları müşahidə edib onlar barədə məlumat toplamağı tapşırır. Bu məlumat sonradan təhlil olunur və müəyyən nəticələr və qiymətləndirmələr çıxarılır. Lakin söhbət yalnız müşahidə, dinləmək, nəticələr çıxartmaqdan gedə bilər, dövlətin daxili işlərinə qarışmaq olmaz. Buna görə müxalifətlə kontaktlar qurarkən nəzərə almaq lazımdır:A) İfrat yaxınlıqdan qaçmaq. Müxalifətlə ifrat dərəcədə tez-tez görüşməklə diplomat özü və öz ölkəsinə qarşı hakimiyyət dairələrində şübhələrin yaranmasına səbəb olur;
B) Müxalifət hakimiyyətin fəaliyyətinə və ümumən ölkədəki vəziyyəti tənqidi prizmadan yanaşmağa meyillidir və çox vaxt problemləri şişirdir. Obyekvtilik naminə müxalifət nümayəndələrindən informasiya əldə edilən zaman bu amil mütləq nəzərə alınmalıdır;
C) Müxalifətin mövqeyində duraraq hakimiyyəti açıq şəkildə tənqid etmək olmaz;
D) Rəhbərliyin bilavasitə tapşırığı olmadan müxalifətə hər-hansı gizli məlumatı ötürmək olmaz;
E) seçki kampaniyaları zamanı müxalifətlə əlaqələrdə xüsusən ehtiyatlı olmaq;
F) Kiçik partiyalarla kontaktlardan qaçmaq lazım deyil. Hakimiyyətə gəlmək şansları az olduqları üçün, bu partiyaların nümayəndələri ölkədəki real vəziyyət haqqında daha obyektiv təsəvvürə malikdirlər;
G) Radikal partiyalarla münasibətlərdə xüsusən ehtiyatlı olmaq yaxud ümumən bu əlaqələrdən qaçmaq lazımdır.
5. Biznes dairələri ilə kontaktlarTicarət diplomatiyası dərin köklərə malikdir və həmişə diplomatların fəaliyyətini ən vacib istiqamətlərindən biri olmuş və olmaqdadır. İqtisadiyyat sahəsində çalışan diplomatların vəzifəsi bütün mümkün vasitələrlə öz ölkəsinin iqtisadi maraqlarını müdafiə etmək, çalışdığı ölkəyə gəlmiş öz dövlətinin biş adamlarına yardımçı olmaq, yerli bazarda möhkəmlənmələri üçün müvafiq informasiya dəstəyini verməkdən ibarətdir.Bu sahədə uğurlu fəaliyyət üçün diplomat təmsil etdiyi və çalışdığı ölkələrdə fəaliyyət göstərən, ikitərəfli və beynəlxalq əməkdaşlıqda maraqlı olan şirkətlər barədə dolğun və dürüst informasiyaya malik olmalı, hər iki ölkənin iqtisadi vəziyyəti və inkişaf səviyyəsi, perspektivləri barədə obyektiv məlumatlara sahib olmalıdır. Digər tərəfdən, çox vaxt işgüzar dairələrdə ölkədəki vəziyyət haqqında diplomata lazım ola biləcək əlavə, maraqlı informasiya olur.
6. Kütləvi İnformasiya Vasitələri ilə kontaktlarA) Xarici KİV ilə.Bu kontaktlar diplomatlara iki məqsəd üçün lazımdır: əlavə informasiya əldə etmək və çalışdığı ölkənin ictimaiyyətinə təsir etmək üçün. Lakin bu zaman jurnalistin və onun mənbəyinin səriştəliyi və etibarlılığını nəzərə almaq lazımdır. Nüfuzlu jurnalistlərlə etibarlı münasibətlər qurmaq diplomatın fəaliyyətində ciddi uğur amili kimi qiymətləndirilir. Bu cür KİV köməyi ilə diplomat, həmin KİV orqanın artıq formalaşmış axtarış və təhlil qrupunun gəldiyi nəticələrə tam əmin olaraq, məlumatın dürüstlüyünü əlavə enerji və maliyyə vasitələri xərcləmədən yoxlaya bilər. Bundan başqa, ölkəni diplomata nisbətən daha yaxşı tanıyan bəzi istedadlı jurnalistlərin analitik məqalələri səfirlik əməkdaşlarının tədqiqatlarından daha maraqlı və xeyirli olurlar.
Bəzən KİV hər-hansı ölkəyə qarşı mənfi mövqedən çıxış edirlər. Bu halda həmin ölkəni təmsil edən diplomat səbrli olmalı və jurnalistlərlə münasibətlərdə kəskin ifadələrdən qaçmalıdır. İzahatlar və təkziblər yalnız KİV orqanı ifrat qeyri-dəqiq və Milli maraqlara toxunan informasiyanı dərc etdikdə verilməlidir.
Diplomat ölkədə xəbərləri kimin «yaratdığını» bilməli və həmin şəxslə kontakt qurmağı bacarmalıdır. Nəticədə o, bir tərəfdən informasiya ilə maksimal dərəcədə effektiv şəkildə təmin olunacaq, digər tərəfdən isə, KİV köməyi ilə fəaliyyət göstərdiyi ölkənin vətəndaşlarında öz ölkəsinin müsbət obrazını yarada biləcək (bu prosesə, ehtiyac varsa, nüfuzlu şəxsləri də cəlb etmək olar).
B) Öz ölkəsinin KİV
Bəzi hallarda diplomatın çalışdığı dövlətdə öz ölkəsinin də KİV orqanı yaxud onun yerli şöbəsi olur. Bu orqanla xoş əlaqələr həm yeni informasiyanın əldə edilib yoxlanılmasında kömək edir, həm də jurnalistin yuxarı dairələrdə artıq malik olduğu kontaktlardan bəhrələnmək imkanı verir. Əksər diplomatik nümayəndəliklər ayda 2-3 dəfə öz ölkəsinin KİV ilə görüşlər keçirirlər.
C) İnformasiyanın əldə edilməsində elektron mühitin rolu
Kompüter texnologiyaları səfirliklərin fəaliyyətini xeyli asanlaşdırdı, azalmaqdadır. İnternetdən ümumi faydalı məlumatlar əldə edilir, siyasi, iqtisadi, sosial problemlər və s. sahələr üzrə elektron banklar sifariş edilir və s.
7. Ziyalılar, elm, mədəniyyət və incəsənət nümayəndələri ilə kontaktlarA) onlar cəmiyyətin və ölkənin konkret sahələri üzrə dolğun, analitik informasiyaya malikdirlər;B) onlarla görüşlər diplomatın yerli cəmiyyət arasında nüfuzunun artmasına səbəb olur;
C) bəzi hallarda onlar vasitəsilə ölkənin hakimiyyət dairələrinə təsir etmək olur;
D) onlarla kontaktlar diplomatın öölkəsinin nüfuzunun artırılmasının və yerli cəmiyyətin bütün təbəqələri ilə əlaqələrin yaxşılaşdırılmasının ən effektiv və əlverişli yoldur;
E) Bilvasitə təsirli təbliğat üsuludur
8. Cəmiyyətin digər təbəqələri ilə kontaktlarDiplomatın kontaktlar qurmağa səy göstərməli qruplara aiddir:A) bir çox ölkələrdə yalnız iqtisadi deyil, həmçinin mühüm siyasi rol oynayan həmkarlar ittifaqları;
B) humanitar ictimai təşkilatlar;
C) qadın təşkilatları;
D) ekoloji təşkilatlar;
E) hərbi qurumlar. Lakin bu zaman nəzərə almaq lazımdır ki, bu cür əlaqələr üçün xeyli məhdudiyyətlər mövcuddur və hərbçilər bir qayda olaraq, rəhbərliyin icazəsi olmadan heç bir kontaktda getmirlər.
Müxtəlif təşkilatlarla daha sıx əlaqələr yaradarkən diplomat onların təsir dairəsini, çalışdığı ölkənin və təmsil etdiyi dövlətin siyasi xəttində onların maraqlarının nə dərəcədə önəmli olub-olmadığını nəzərə almalıdır.
9. Həmvətənlilərlə kontaktlarSəfirliklərə nisbətən həmvətənlilərlə əlaqələr konsulluqlarda daha sıx və mütəmadidir. Konsulluqlar vaxtaşırı onları kinobaxışlara, müəyyən qəbullara dəvət edirlər. Bəzi səfirliklər istənilən vətəndaşın istənilən mövzu ilə bağlı müraciət edə biləcək konkret gün və vaxt təyin edirlər. Diplomatlar beynəlxalq normalar və yerli qanunlara müvafiq qaydada çalışıdığı ölkədə həmvətənlilərinin və ilk növbədə öz ölkəsinin vətəndaşlarının hüquqlarını maksimum dərəcədə təmin etməyə çalışmalıdırlar.Bir səfirlik daxilində diplomatların kontaktlarının sistemləşdirilməsi və əlaqələndirilməsi lazımdır. Əksər hallarda hər diplomatın ayrıca kontaktlar kartotekası yaradılır. Bu zaman nəzərə almaq lazımdır ki, kontaktlar bəzən digər qurumların (məsələn, MTN, kəşfiyyat) maraqları ilə toqquşa bilər. Diplomat öz kontaktlarını xələfinə «ötürməyi» bacarmalıdır. Kontaktların inkişafı və möhkəmləndirilməsi planını ümumən səfirlik qəbul edir, çünki bunun üçün əksər hallarda maliyyə vəsaitləri tələb olunur. Kontakt saxlanılan şəxsləri vaxtaşırı tədbirlərə, konsertlərə (xüsusən öz ölkəsinin ifaçılarının) dəvət etmək, əlamətdar günlərdə kiçik hədiyyələr vermək lazımdır və s.
Diplomatların xanımlarının kontaktların qurulması və inkişafında rolu
Qədim Dünyada və Orta əsrlərdə diplomatların xanımlarının diplomatiyada rolu inkar edilirdi. Fransua Kalyer belə XVIII əsrin əvvəllərində diplomatları xəbərdar edirdi ki, xanımları onları rəsmi səfərdə müşayiət etməsinlər və bunu qadınların sirrləri saxlaya bilməməkləri ilə əsaslandırırdı. Daimi diplomatik nümayəndəliklərin inkişafı, diplomatik qəbullarının təşkili bu tədbirlərin təşkilatçılarından biri kimi diplomatların xanımlarının rolunu artırdı. Bu gün əksər diplomatlar hesab edirlər ki, diplomatik xidmətdəki qədər heç bir peşədə həyat yoldaşı bu qədər mühüm rol oynamır.
Səfirin xanımına yüksək diqqət və tələbkarlıqla həm səfirliyin əməkdaşları, həm onların xanımları, həm də qonaqlar yanaşırlar. Səfirin xanımı həyat yoldaşının çalışdığı ölkə, adət-ənənələri, mədəniyyəti haqqında heç olmasa minimum biliklərə malik olmalıdır. Ehtiyac varsa, hansısa qısamüddətli kurslara da yazılmaqdan çəkinmək lazım deyil. Diplomatların xanımları qəbullarda ərləri üçün faydalı ola biləcək tanışlıqlar qura bilərlər.
7. Diplomatiya müasir mərhələdə: yeniliklər və dəyişikliklər
Müasir beynəlxalq vəziyyət 20-30 il bundan öncəsindən xeyli dərəcədə fərqlənir. Qloballaşan dünyada etnik, maliyyə, sosial və digər problemlər daha da kəskinləşdi. Diplomatiya tarixiində bu günə qədər bu qədər regional və qlobal problemlər və onların həllinə bu qədər dövlətin qoşulması prosesinə təsadüf edilmir. Bunlar isə diplomatlardan daha da incə, düşünlümüş fəaliyyət tələb edir. Digər tərəfdən, informasiya texnologiyaların inkişafı diplomatların işini asanlaşdırsa da, onlardan daha çevik olmağı, baş verən hadisələrə və əldə etdikləri informasiyaya daha cəld, operativ şəkildə reaksiya verməyi tələb edir.
Əksər məsələlərin dövlət və hökümət başçıları səviyyəsində müzakirəsi bəzi mütəxəssislərin diplomatiyada nəinki səfirlərin, hətta ümumilikdə Xarici İşlər Nazirliyinin rolunun heçə endiyi fikrini bildirmələrinə səbəb oldu. Əlbəttə, ali səviyyədə görüşlərin rolu artıb, bu inkaredilməzdir. Lakin əvvəlki tək hər belə bir görüş diplomatların, ekspertlərin uzunmüddətli fəaliyyətinin nəticəsində baş tutur. Onların köməyi, məsləhətləri, rəyləri olmadan ali səviyyədə görüşlər keçirilmir. Və beynəlxalq problemlərin mürəkkəbliyi, qarşılıqlı asılılığı diplomatları daha da peşəkar olmağa vadar edir. Əgər 1914-cü ildə Londonda 14, 1971-ci ildə 114 səfirlik var idisə, XXI əsrin əvvəllərində səfirliklərin sayı 150, diplomatların sayı isə 3300 nəfəri keçdi. ABŞ-ın keçmiş dövlət katibinin irəli sürdüyü tezis aktuallığını saxalamaqdadır: «Bizim mövcud olmuş yox,mövcud olan dünya ilə deyil, mövcud olacaq dünyada işləməyi bacaran qadın və kişilərə ehtiyacımız var». Bacarıqlı və incə diplomatiya yürütmək məharəti dövlətlər, xüsusən də kiçik ölkələr üçün həyati bir məsələyə çevrilib. ABŞ-ın keçmiş dövlət katibinin irəli sürdüyü tezis aktuallığını saxalamaqdadır: «Bizim mövcud olmuş yox,mövcud olan dünya ilə deyil, mövcud olacaq dünyada işləməyi bacaran qadın və kişilərə ehtiyacımız var». Bacarıqlı və incə diplomatiya yürütmək məharəti dövlətlər, xüsusən də kiçik ölkələr üçün həyati bir məsələyə çevrilib. Bir çox dövlətlər artıq bu istiqamətdə islahatlar aparmaqdadır.
Hələ 1993-cü ildə Fransa Xarici İşlər Naziri vəzifəsinə keçərkən A.Jüppe Fransa diplomatiyasının məqsədlərini bu cür müəyyən etmişdi:
1. Fransa dünya səhnəsində müstəqil rol oynamalıdır;
2. Fransa digər dövlətlərin ona nəyiə diqtə etməyini istəmir;
3. Bir nömrəli prioritet məsələ – avropa həmrəyliyidir. Fransa ABŞ yaxud Sakit okean regionu ölkələri ilə bərabər səviyyədə tək çıxış edə bilməz;
4. Fransanın təhlükəsizliyinin əsas təməllərindən biri Atlantik həmrəylikdir;
5. Xarici siyasətin ideoloji xarakteri (xarici siyasətin əsasında müəyyən ideyalar və prinsiplər durmalıdır; prinsiplərsiz diplomatiya zəif siyasət deməkdir).
Bu məqsədlərin reallaşdırılması istiqamətində o, diplomatlar üçün aşağıdakı vəzifələri müəyyən etdi:
1. Hər səfir çalışdığı ölkədə Fransa maraqlarının təmin edilməsi və inkişaf etdirilməsi üzrə strateji planı rəhbər tutaraq fəaliyyət göstərməlidir. Əvvəllər Fransa daxil olmaqla bir çox ölkələrdə səfirə təlimatlar sadəcə XİN yaxud onun müavinlərindən biri söhbət və bir neçə tövsiyyədən ibarət idi. Nəticədə bir çox hallarda səfir göndərildiyi ölkədə tam məlumatı olmadan fəaliyyə başlayırdı, çünki onlarla ölkələrə nəzarət funksiyasını icra edən nazir müavini özü həmin
ölkələr haqqında ötəri təsəvvürə malik idi və təbii ki, bu halda onun verdiyi təlimatlar da ümumi xarakter daşıyırdı. Jüppe bu məsələdə daha ciddi və məntiqli olmağı tələb edirdi;
2. Yeni səfir iş başına keçdikdən yarım il sonr yerli vəziiyyəti əks etdirən və özündə konkret təklifləri ehtiva edən strateji plan tərtib edir. Onun əsas müddəaları bilavasitə nazir tərəfindən təsdiqlənir. Mütəmadi hesabatlar rejimi qüvvəyə minir;
3. Nazirlik və səfirliklər arasında informasiya mübadiləsi daha mütəmadi xarakter daşımağa başlayır. Əgər hələ bu yaxınlarda Fransa səfirləri XİN fəaliyyəti, digər ölkələrin diplomatlarının görüşləri barədə mətbu at vasitəsilə öyrənirdilərsə, hal-hazırda diplomatik nümayəndəliklərin operativ şəkildə informasiya ilə təminatı təşkil olunub. «Əgər Parisdə xarici işlər naziri ABŞ dövlət katibi ilə söhbət edirsə, artıq iki saatdan sonra Vaşinqtondakı Fransa səfirin söhbətin məzmumundan xəbərdar olacaq» — deyə nazirin göstərişində qeyd edilirdi.
4. Lokal maraqlardan daha geniş sahəni əks etdirən teleqramlar və digər materiallar digər nazirliklər və lepartamentlərə, digər Fransa səfirliklərinə çap edilərək göndərilir.
İngiltərə: XX əsrin 60-cı illərindən başlayaraq, ingilislər diplomatik sistemin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində dörd dəfə islahat aparmışdılar. Məsələn, onlar səfirin fəaliyyətə etimadnamənin təqdimatından sonra deyil, ölkəyə gəldiyi andan başlaması qaydasını tətbiq etdilər. Bu səfirə həftələr və bəzi hallarda hətta aylarla kraliçanın Londonda olub onu qəbul etmək üçün vaxt tapacağını gözləmədən dərhal iş başına keçmək imkanı verir. Digər bir yenilik digər bir ölkə ilə üçüncü bir ölkədə birgə səfirliyi n təsis edilməsidir (məsələn, ingilis-alman səfirliyi).
İngilislər səfirlklərdə diplomatlar mübadiləsi kimi yeniliyi ilk tətbiq edənlərdəndirlər. Məsələn, Vaşinqtondakı ingilis səfirliyinin birinci katibi U.Şepqott alman səfirliyinə həmin səfirliyin müşaviri əvəzinə göndərilmişdir.
Ayrı-ayrı dövlətlərin diplomatlarının və diplomatik xidmətlərinin yaxınlaşması prosesi davam edir və artıq iri ölkələr arasında müştərək səfirliklərin yaradılması məsələsi təəccbülə qarşılanmır. Artıq 1988-ci ildə Fransada Paris və Bonn arasında vahid diplomatiyanı nəzərdə tutan «avropa siyasi konfederasiyası»nı qurmaq təklifi irəli sürülmüş və qarışıq tərkibli, növbə ilə dəyişən səfirləri olan birgə səfirliklərin yaradılması barədə danışıqlara başlanmışdı. İngiltərənin keçmiş xarici işlər naziri indii də aktual olan ingilis diplomatiyasının əsas məqsədlərini ifadə etmişdi:
1. Ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi, Avropada sülh və təhlükəsizlik;
2. Birləşmiş krallığının tabəələrinin maddi rifahı, həyat səviyyəsi və keyfiyyətini artırmağa xidmət edən ticarət, turizm, xarici investisiyalar və əmtəə ixracatı.
ABŞ: ABŞ səfirləri digər diplomatik funksiyalara nisbətən ticarətə daha çox diqqət nümayiş etdirirlər və bu onlarla rəqabət etməyə çalışan bir çox ölkələri narahat edir. Artıq 1997-ci ildən ABŞ dövlət departamenti prezidentə istinad edərək bildirmişdi ki, bu və ya digər səfirin fəaliyyəti onun vaxtında çalışdığı ölkədə Amerika mallarının ixracının artması ilə qiymətləndiriləcək.